25 Dekabr 2024, Çərşənbə

Dekabrın 7-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov tədbirdə çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Dahi rəhbər Sovet İttifaqı dövründə Azərbaycanda milli ruhun bərpası, milli kadr hazırlığı və iqtisadiyyatın dirçəldilməsi istiqamətində ardıcıl tədbirlər görmüş, gələcək dövlət müstəqilliyi üçün zəmin hazırlamışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində isə ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan qorumuş, dövlətçiliyimizin əsasları yaradılmışdır. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider itirilməkdə olan müstəqilliyimizi qoruyub saxlamış, torpaqlarımızın işğalının qarşısını almış, qüdrətli Azərbaycan dövlətini yaratmışdır. Bu gün ulu öndər ­Heydər Əliyev ideyalarının həyata keçirilməsi Azərbaycanı sürətli sosial-iqtisadi inkişafa və sabitliyə qovuşdurmuşdur.
Baş konsul demişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin əsasını qoymuşdur. Bu gün qonşu ölkələr arasındakı münasibətlər uğurla inkişaf edir.
Sonra mərasimdə ehsan süfrəsi açılmışdır.
Anım mərasimində İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Məhəmməd Məhəmmədpur, İranın Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan Vilayətindəki nümayəndəliyinin sədri Əhməd Müntəzəmi, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki Baş konsulu, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR