25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda dəyirmi masa keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm ixtisası üzrə təhsil alan tələbələri və muxtar respublikanın fəal gəncləri iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov, Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov, Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda böyüdülməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Gənclər və İdman Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Fondu ilə birlikdə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğuna və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Ordubad rayonu ərazisindəki muzeylərə və tarixi abidələrə ekskursiyalarını təşkil edib. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən sınaq imtahanlarında yüksək nəticə göstərmiş 315 şagirdin, 45 sağlamlıq imkanları məhdud və 45 aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.
Sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ edilməsinin əhəmiyyətinə toxunularaq bildirilib ki, elektron resurs istifadəçiləri hazırda dünyada baş verən prosesləri, əsasən, virtual məkanın imkanlarından yararlanmaqla öyrənirlər. Eynilə də digər əcnəbi ölkə vətəndaşlarının ölkəmizin və muxtar respublikamızın mövcud həyatı haqqında müəyyən məlumatlara malik olması belə resursların vasitəçiliyi ilə təmin olunur. Bu gün muxtar respublikamızla bağlı həqiqətlərin sosial şəbəkələrdə təbliği aparılır, regionun müasir həyatı haqqında məlumatlar öz əksini tapır. Lakin bu sahədə görəcəyimiz işlər hələ çoxdur.
Qeyd olunub ki, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazır­lanması və internetdə yerləşdirilməsi məqsədilə 94 dövlət orqanının saytında Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının banneri yerləşdirilib. Mərkəzin internet səhifəsi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yenidən işlənib, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilib.
Dəyirmi masada Naxçıvanın turizm potensialının təbliği ilə bağlı diskussiyalar aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR