25 Dekabr 2024, Çərşənbə

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Müstəqil Azərbaycanın qurucusu” mövzusunda açıq dərs keçilib.
Məktəbin tarix müəllimi Könül Ramazanova bildirib ki, ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün hər birimizin qəlbində yaşayır. Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Ölkəmizin keçmiş sovetlər dövründə müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi, daha sonra yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsində yer alması, güclənməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Qeyd olunub ki, xalqımızın böyük oğlu Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi deyil, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlılığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi xalqımızın qəlbində yaşayır. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti 1990-1993-cü illərin ağır hadisələrindən keçib gələrək parçalanıb məhv olmaq təhlükəsindən qurtula bilib.
Vurğulanıb ki, 1993-cü ilin iyunundan etibarən ölkədə ictimai-siyasi sabitliyi təmin edən böyük strateq özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirib, bu sahədə mövcud problemlərin həlli yollarını göstərib. Ümummilli liderimizin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Ona görə də xalqımız ümummilli lideri ilə fəxr edir, qürur duyur, Onun ideyalarını həyata keçirməyə çalışır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub”, – deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyir. Dahi ­şəxsiyyətin ölkəmizdə nail olduğu ictimai-siyasi sabitliyin nəticəsidir ki, dünyanın nüfuzlu şirkətlərinin Azərbaycana olan marağı daha da artıb. Ulu öndər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Bütün bunlara görə ümummilli liderimiz Heydər Əliyev əbədiyaşarlıq qazanıb.
Sonra şagirdlər “Ulu öndər, ulu torpaq” adlı filmə baxıblar, muzeyin ekspozisiyası ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR