25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli bayrağımız meydana gətirilib. Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Mərasimdə Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov hərbi andın əhəmiyyətindən danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.
Mülki Müdafiə Alayının zabitləri kapitan Kənan İmanov, baş leytenant Aslan Əliyev çıxış edərək gənc əsgərlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.
Valideynlər adından çıxış edən Kifayət Cəlilova bu günün onda böyük qürur hissi doğurduğunu deyib, bütün valideynlərin vətənin müdafiəçiləri olan övladları ilə fəxr etdiyini bildirib.
Gənc əsgərlər adından çıxış edən Cəlil Cəlilov və Elman Bayramlı nümunəvi xidmətləri ilə hərbi hissənin adını daim yüksək tutacaqlarını, baş verə biləcək fövqəladə hallar zamanı əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, daxili xidmət polkovnik-leytenantı Nurlan Həsənov ordumuzun qüdrətindən, ölkə­mizdə həyata keçirilən ordu quruculuğundan danışıb, Mülki Müdafiə Alayının baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılmasına hər an hazır olduğunu bildirib.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR