25 Dekabr 2024, Çərşənbə

Azərbaycan qədim zamanlardan bəri multikultural dəyərlərin forma­laşdığı bir ölkə olub və bu sahədə zəngin ənənələrə malikdir. Hazırda dünyanın bir sıra regionlarında münaqişələr, müharibələr davam edir. Bu da multikulturalizmin təbliğində və təşviqində Azərbaycan təcrübəsini ön plana çıxarır.

Bu fikirlər “Naxçıvan” Universitetinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Multikulturalizmin əsas məkanlarından biri kimi Azərbaycan” adlı elmi-praktik konfransda səsləndirilib.
Konfransda çıxış edən “Naxçıvan” Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlib. Bu ideyanın əsasını isə ümummilli lider Heydər Əliyev qoyub. Prezident cənab İlham Əliyev bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılması istiqamətində böyük səylər göstərir. Dövlət başçısı qeyd edib ki, dünyada multikulturalizmin alternativi yoxdur. Azərbaycanda ən müxtəlif xalqların və millətlərin nümayəndələri həmrəylik, birlik şəraitində yaşayır. Bu, əsrlərdən bəri inkişaf edərək bu günümüzə gələn ənənədir. Ona görə də 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi heç də təsadüfi deyil və bunun tarixi kökləri vardır.

Konfransda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu, universitetin Pedaqogika və psixologiya kafedrasının müəllimi Həbibə Əliyevanın “Multikulturalizm və Azərbaycanda onunla bağlı görülən işlər”, həmin şöbənin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Ələkbər Hüseynovun “Multikulturalizm və xarici siyasət”, universitetin İqtisadiyyat ixtisasının III kurs tələbəsi Əjdər İbrahimovun “Multikulturalizm cəmiyyətin həyat tərzi kimi” mövzularında çıxışları olub.
Çıxışlarda qeyd olunub ki, multikulturalizm siyasətinin təməlində xalqların qarşılıqlı əməkdaşlığı, tolerantlıq ideyaları və münaqişələrə yol verməmək prinsipləri dayanır. Əsrlər boyu böyük mədəniyyətlərin qovuşduğu bir diyar olan Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Bu gün Prezident cənab İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı istiqamətində atdığı addımlar davamlı xarakter daşıyır.
Bildirilib ki, müstəqillik dövründən bu günə kimi multikulturalizm sahəsində həyata keçirilmiş islahatlar və atılmış addımlar tarixi ənənələrimizin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan multikulturalizmi bir model kimi formalaşıb və bu model artıq dünyada nümunə kimi qəbul olunur.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR