25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının Na­zir­lər Kabinetində 2016-cı ilin noyabr ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
“Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə 2017-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli qərarları qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda, “Naxçıvan Muxtar Respublikasında gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda və “Məktəbə hazır­lığın təşkili Qaydaları”nda dəyişikliklər edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 noyabr tarixli qərarı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsinin təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktlar təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixində “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması ilə əlaqədar Nümunəvi Formalar”ın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 iyul tarixli 73 nömrəli qərarında dəyişikliklər edilməsi barədə”, “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 ok­tyabr tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük brokerlərinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” qərarları qəbul edilmişdir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR