25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanı informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərin əhatə dairəsini genişləndirib.
Ali Məclis Sədrinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Fərmanına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş müvafiq qərarlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində elektron xidmətlərin göstərilməsi istiqamətində mühüm tədbirlər görülüb, nəticədə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti və səmərəliliyi artırılıb.
Hazırda komitə tərəfindən 19 adda elektron xidmət göstərilir. Vətəndaşların təklif edilən elektron xidmətlərdən rahat istifadəsini təmin etmək məqsədilə xidmətlər komitənin internet saytında (www.emlak.nakhchivan.az) yerləşdirilib və elektron hökumət portalına (e-hokumet.nmr.az) inteqrasiya olunub.

Daşınmaz əmlaka dair çıxarışların verilməsi, daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi, ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi, daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı və ləğvi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və ləğvi, daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatı və ləğvi, servitutun və uzufruktun dövlət qeydiyyatı və qeydiyyatın ləğvi, dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texniki sənədlərin (pasportun və ya plan ölçüsünün) tərtibi, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi üçün müraciət etmək, tələb olunan dövlət rüsumu və xidmət haqqını onlayn rejimdə ödəmək imkanları yaradılıb.
Müraciət qəbul edildikdən sonra elektron xidmət istifadəçisi işin icra mərhələləri barədə məlumatlandırılır, icradan imtina edildiyi hallarda istifadəçiyə bildiriş göndərilir.
Vətəndaşların göstərilən elektron xidmətlərə marağının nəticəsidir ki, cari ilin ötən dövrü ərzində komitənin elektron xidmətlərindən 258 fiziki və hüquqi şəxs yararlanıb. Müraciətlərin 32-si daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi, 20-si daşınmaz əmlaka dair çıxarışların verilməsi, 136-sı daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı, 67-si daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi, 3-ü ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı olub.
Komitənin fəaliyyət istiqamətləri üzrə yeni elektron xidmətlərin istifadəyə verilməsi ilə bağlı işlər davam etdirilir. Məqsəd muxtar respublikamızda əmlak və torpaq məsələləri ilə bağlı problemlərin həllində şəffaf, çevik və səmərəli xidmət göstərməklə əhalinin rahatlığının təmin edilməsinə töhfə verməkdir.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR