25 Dekabr 2024, Çərşənbə

Qış mövsümündə idarə, müəssisə və təşkilatların fasiləsiz fəaliyyət göstərməsini və əhalinin normal yaşayışını təmin edən əsas amillərdən biri də inzibati və ictimai yaşayış binalarının istiliklə təmin olunmasıdır.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu məqsədlə Naxçıvan şəhərində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. 2016-2017-ci illərin payız-qış mövsümünə hazır­lıqla əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz edilib, elektrik və qaz xətləri yoxlanılıb, istismar müddəti başa çatan borular və siyirtmələr yenisi ilə əvəz olunub.
İstilik təsərrüfatındakı xətlərdə əsaslı və cari təmir işləri də diqqət mərkəzində saxlanılıb, qış mövsümündə Naxçıvan şəhərinin daha etibarlı istilik sistemi ilə təmin olunmasına möhkəm zəmin yaradılıb. Baş verə biləcək qəza hallarının vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb, növbətçi elektriklərdən, çilingərlərdən ibarət təmir qrupu, qəza briqadaları yaradılıb.

Əhalinin davamlı olaraq istiliklə təmin edilməsi üçün mərkəzləşdirilmiş qazanxanaların təbii qaz və mazutla, fərdi qazanxanaların isə təbii qaz və dizel yanacağı ilə işləməsi təmin edilib. Yəni qaz təsərrüfatında hər hansı bir qəza baş verərsə, qazanxanalar mazut və dizel yanacağı ilə işləyəcək, istilik sistemində fasilələr yaranmayacaq. İstilik şəbəkələrinin, ictimai yaşayış binalarının aşağı paylama və daxili istilik sisteminin yenidən qurulması ilə əlaqədar kompleks tədbirlər həyata keçirilib. Qazanxanalarda və xətlərdə baş verə biləcək hər hansı qəzanın vaxtında aradan qaldırılması üçün qəza briqadalarının 24 saat fəaliyyət göstərməsinə, inzibati və ictimai yaşayış binalarının etibarlı istiliklə təmin olunmasına hərtərəfli şərait yaradılıb.
Onu da qeyd edək ki, son illər yeni inşa edilən binalarla yanaşı, mövcud inzibati və ictimai yaşayış binalarının da istilik sisteminin yenidən qurulması ilə əlaqədar olaraq istilik şəbəkəsi ildən-ilə genişləndirilir, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fərdi qazanxanalar tikilib istifadəyə verilir. Fərdi qazanxanalardan inzibati və yaşayış binalarınadək olan məsafədə istilik xətləri tunellər vasitəsilə çəkilib. Bu da həmin xətlərin korroziyaya uğramasının qarşısını alır, yaranmış nasazlıqların yerüstü kommunikasiya xətlərinin zədələnmədən aradan qaldırılmasına imkan verir.
2016-2017-ci illərin payız-qış mövsümündə 5 mərkəzləşdirilmiş və 38 fərdi qazanxana vasitəsilə 173 ictimai yaşayış binasının 7634 mənzili və 31 inzibati bina istiliklə təmin olunacaq. Tərtib edilmiş qrafikə uyğun olaraq İstilik Təsərrüfatı və Mənzil-İstismar idarələrinin əməkdaşları tərəfindən ayrı-ayrı ünvanlarda inzibati və ictimai yaşayış binalarının paylayıcı istilik xətlərinə baxış keçirilib, nasazlıqlar aradan qaldırılıb.
Həyata keçirilən məqsədyönlü kompleks tədbirlər onu deməyə əsas verir ki, soyuq qış mövsümünə keçidlə əlaqədar olaraq, yəni noyabr ayının 15-dən aprel ayının 15-dək Naxçıvan şəhəri istiliklə etibarlı şəkildə təmin olunacaq.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR