Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının şura iclasında ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov məruzə edib.
Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatını əhatə edən 55 ilk partiya təşkilatı 6779 nəfər partiya üzvünü öz ətrafında birləşdirir. 2016-cı ildə 108 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub. Onların 51 nəfəri qadın, 89 nəfəri gəncdir.
Bildirilib ki, 2016-cı ildə keçirilən referendumda rayon təşkilatı fəal iştirak edib, Azərbaycan Respublikası Konstitusiyasında edilən əlavə və dəyişikliklər dəstəklənib. Bundan başqa, hesabat ili ərzində tarixi günlər, bayramlar və digər tədbirlər müntəzəm olaraq qeyd edilib.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədr müavini Nihal Məmmədov, Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, Gənclər Birliyinin sədri Elnur Abbasov və şura üzvü Füzuli Salmanov çıxış ediblər.
Muxtar RZAZADƏ