25 Dekabr 2024, Çərşənbə

Naxçıvan şəhəri

Mayın 9-da Naxçıvan şəhərindəki “Nuh yurdu” restoranında Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçı­lığı ilə alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibətilə çay süfrəsi arxasında tədbir keçirilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov müharibə veteranlarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik etmişdir.
Naxçıvan şəhərində yaşayan 1941-1945-ci illər müharibəsi veteranlarının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İkinci Dünya müharibəsinin sovet-alman cəbhəsində qazanılmış tarixi qələbədən söz açılmış, bu qələbənin qazanılmasında bir çox xalqlar kimi, Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin misilsiz xidmətləri xatırlanmışdır.

Ardını oxu...

Tarix, şəxsiyyət və xalq anlayışları arasında belə bir qızıl asılılıq aksiomu mövcuddur: tarixi məhz dahi şəxsiyyətlər öz işıqlı əməlləri ilə yazır və tarixdə yaşayırlar. Nadir şəxsiyyət və dühanın tarixi məhvərindən dəyişə bilməsi üçün isə tarixi zərurətin yaranması mütləqdir, labüddür. Hər hansı bir xalqın var oluşu isə bilavasitə onun lider yetirə bilməsinə, o lideri müəyyən tarixi situasiyalarda qoruyaraq ətrafında birləşə bilməsinə bağlıdır. Xalqın müqəddəratını düzgün həll etmək iqtidarında olan dühalar elə xalqın ömrü qədər də əbədiyyət qazanır, bütünlükdə, bəşər tarixində iz qoya bilirlər. Azərbaycan xalqının ümummilli lideri, Azərbaycanın əbədilik rəmzi olan dahi Heydər Əliyev kimi...

Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev yeganə dahi şəxsiyyətdir ki, bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə: sovet rejimi zamanı (1969-1986), keçid dövrü (1987-1990) və müstəqillik illərində (1991-2003) eyni siyasi qətiyyətlə möhtəşəm siyasi uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyev siyasi müdriklik və düha ilə hələ totalitar sovet rejimi dövründə Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmış, sonralar isə ilk tarixi fürsətdə elə özü də bu mühüm siyasi konsepsiyanı həyata keçirmişdir. Düz 35 illik bir epoxanın aparıcı şəxsiyyəti, nəhəng siması olan dahi öndərin böyük siyasətdə qət etdiyi çətin və şərəfli yol, siyasi iradə və obyektiv mövqe, atdığı qətiyyətli addımlar, Azərbaycan xalqı və dövlətçiliyinə bəxş etdiyi töhfələr əsl məktəbdir. Heydər Əliyev siyasi məktəbi...

Ardını oxu...

Mayın 6-da Batumi Dövlət Universitetində bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Merabi Xalvaşi elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rza Talıbovu rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Batumi Dövlət Universitetinə gəlişindən məmnunlu­ğunu ifadə edərək deyib: Rza Talıbovun Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmlənməsində, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsində, həmçinin elmin və təhsilin inkişafı istiqamətində mühüm xidmətləri vardır. Bütün bunları nəzərə alan Batumi Dövlət Universitetinin Elmi Şurası onu universitetin fəxri doktoru diplomuna layiq görüb.
Rektor universitetin elmi şurasının Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbova fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.

Ardını oxu...

Dövlət Təhlükəsizliyi Xidmətinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə mayın 3-də “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib.

Ardını oxu...

1941-1945-ci illər müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən ağırı, ən dəhşətlisidir. Milyonlarla insanın həlak olduğu, yaralandığı və əsir düşdüyü bu müharibədə Azərbaycan xalqının mərd oğul və qızları da qəhrəmanlıqla vuruşmuş, faşizm üzərində qazanılmış qələbədə böyük rol oynamışlar. Xalqımızın mərdliyinin və igidliyinin ifadəsi idi ki, minlərlə azərbaycanlı dəhşətli müharibənin başlandığı ilk gündən döyüş cəbhəsinə yollanmışdı. Arxa cəbhədə qalan yaşlı kişi və qadınlar isə döyüşə gedənləri əvəz etmək üçün bütün qüvvələri ilə çalışırdılar. 

1941-1945-ci illərdə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanmış, onların isə 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədə iştirak etmiş azərbaycanlıların təxminən yarısı həlak olmuş, azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar şərəfli döyüş yolu keçmişdir.

Ardını oxu...

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı “Ümummilli lider və Yeni Azərbaycan Partiyası” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ulu öndər Heydər Əliyev və Yeni Azərbaycan Partiyası” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub. 25 il bundan əvvəl Azərbaycanı böyük təhlükələrdən xilas etmək üçün ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının ümummilli liderə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətin “Səs” qəzetində dərc olunması partiyanın təşkili istiqamətində ilk tarixi addım idi. Ulu öndər müraciətə cavabında ölkəmizin qarşısında duran təxirəsalınmaz vəzifələri müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini bildirdi və onun fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. Bu, sadə xalq kütlələrində ruh yüksəkliyi yaratsa da, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr dahi şəxsiyyətin rəhbərliyi ilə yeni bir siyasi təsisatın yaranmasının əleyhinə idilər. Lakin ümummilli liderin hakimiyyətə qayıdışı artıq qarşısıalınmaz tarixi zərurət və yekdil sosial sifariş idi. Ozamankı iqtidarın gücü yalnız partiyanın təsis konfransının Bakıda keçirilməsinin qarşısını almağa çatdı. 1992-ci il noyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin ayrı-ayrı bölgələrindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransı keçirildi. Konfransda dahi rəhbər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi, təşkilatın Nizamnaməsi və Proqramı qəbul edildi. Tarixi zərurət və yekdil sosial sifariş, güclü lider və zəngin dövlətçilik təcrübəsi, uzaq hədəflərə hesablanmış siyasi-ideoloji baza qısa müddətdə Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsini, əsas milli, kütləvi partiyaya çevrilməsini şərtləndirdi.

Ardını oxu...

Ötən ayın mənzərəsi də belə deməyə əsas verir

Ekspertlərin ümumi rəyi belədir ki, hər bir ölkənin və ya məkanın gələcək inkişaf perspektivləri xüsusilə iki mühüm amildən asılıdır. Onlardan birincisi enerji, digəri isə ərzaq təhlükəsizliyidir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda hər iki sahədə böyük nailiyyətlər əldə olunub. Keçən əsrin 90-cı illərinin ağır, böhranlı günlərində enerji qıtlığı ilə üzləşən muxtar respublika bu gün enerji ixracatçısına çevrilib. Ötən illər ərzində ərzaq təhlükəsizliyi istiqamətində də mühüm nailiyyətlər əldə edilib, daxili bazarda məhsul bolluğu yaranıb. Hazırda muxtar respublikada 367 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq məhsullarıdır. 107 növdə ərzağa olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Dünyada geni modifikasiya olunmuş sağlamlığa zərərli məhsulların ayaq tutub yeridiyi bir dövrdə muxtar respublikada əhali ekoloji cəhətdən təmiz yerli kənd təsərrüfatı məhsullarıyla təmin olunur. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını da artırıb.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin möhtəşəm ömür yolu və çoxşaxəli, misilsiz fəaliyyəti Vətənə və xalqa fədakar xidmətin ideal nümunəsi olduğu kimi, nəzəri irsi də neçə-neçə nəsillərin yolunu işıqlandırmağa qadir olan mükəmməl təlimdir.   

Bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi günümüzdə” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Konfransda muzeyin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlərin inkişafı” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, ulu öndərimizin fəaliyyətində və təlimində multikultural dəyərlərə münasibət, müxtəlif xalqların mədəniyyətinə, dini etiqadına ehtiramla yanaşmaq, Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqələrinə obyektiv baxış özünəməxsus yer tutur. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür”, – deyən dahi rəhbər respublikamızda yaşayan hər bir xalqın, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması işinə də diqqət və qayğı göstərib. Məhz ümummilli liderimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin edilib.

Ardını oxu...

Bu il martın 16-da Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilmiş, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2016-cı ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı məsələ müzakirə olunmuşdur. Siyasi Şuranın iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri fəaliyyətin təşkili ilə bağlı konkret tapşırıqlar vermiş, yeni istiqamətlər müəyyənləşdirmişdir.
Qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və onun rayon (şəhər) təşkilatlarında aprel ayı ərzində bir sıra işlər görülmüş, 5 şura, 8 idarə heyəti iclası, 17 müxtəlif tədbir keçirilmiş, kəndlərdə partiya fəalları ilə görüşlər təşkil olunmuşdur. Bu dövrdə gənclərlə işə xüsusi diqqət yetirilmiş, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və rayon (şəhər) təşkilatları Gənclər Birliyinin xətti ilə 8 tədbir keçirilmişdir. Şəhər və rayon təşkilatları, eləcə də ərazi ilk partiya təşkilatları gənc və yaradıcı qüvvələrin partiya sıralarına cəlb edilməsinə diqqəti artırmış, qeyd olunan dövrdə 204 nəfər partiya sıralarına qəbul edilmişdir. Partiyaya yeni qəbul olunanlardan 185-i gənc, 110-u isə qadındır.
Qarşıya qoyulan vəzifələrin icrası Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və onun rayon (şəhər) təşkilatları tərəfindən bundan sonra da diqqətdə saxlanılacaqdır.

Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublika Təşkilatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Dövlət və“Naxçıvan” universitetlərinin, həmçinin Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri iştirak ediblər.
Tədbirdə mərkəzin elmi katibi Emin Məmmədov məruzə edərək Naxçıvan Muxtar Respublikasının inkişafının və yüksəlişinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Bildirilib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin və mənalı həyatında Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövr mühüm əhəmiyyətə malikdir. Bu dövrdə dahi rəhbər çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaradıb. Ulu öndərin 1990-cı il iyulun 22-də Naxçıvana möhtəşəm qayıdışı, 1991-ci il sen­tyabrın 3-də xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkə­miz üçün mühüm bir hadisəyə çevrilib.
Qeyd edilib ki, 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlayıb. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiy­yətə malik taleyüklü qərarlar qəbul olunub.
Vurğulanıb ki, ötən əsrin 90-cı illərində Naxçıvanın işğal olunmaqdan xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması xalqımızın böyük oğlu Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da dahi rəhbər Heydər Əliyev tərəfindən Naxçıvanda yaradılması ölkəmizin milli istiqlalında böyük öndərin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu bariz şəkildə göstərməkdədir.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Nail Əsgərov

Muxtar respublika gömrük orqanları tərəfindən narkotik vasitələrin, psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinə, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. Hazırda bununla bağlı iki fakt qeydə alınıb.
Belə ki, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan Türkiyə Respublikası vətəndaşı İran İslam Respublikasına gedərək oradan özünə məlum olan mənbədən əldə etdiyi 119 ədəd “Tramadol” adlı güclü təsir edən maddəni gizlətməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gətirmək istəyib. Culfa Gömrük İdarəsinin əməkdaşlarına əvvəlcədən daxil olmuş məlumat əsasında saxlanılan şəxs öz ifadəsində istifadə zamanı keyləşdirici təsir göstərən bu dərmanlara qarşı onda aludəçilik yarandığını deyib.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Qıvraq qəsəbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda tədbir keçirmişdir.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. 1969-1982-ci illərdə ulu öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan keçmiş itti­faq respublikaları arasında birinci sıralarda yer alıb. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır.
Qeyd olunmuşdur ki, 1993-cü ildə xalqa sədaqətlə rəhbərlik edən əsl liderin olmaması, dövlətçilik institutlarının səbatsızlığı ucbatından ölkə, sözün əsl mənasında, kortəbii axara düşmüşdü. Ulu öndərin dövlətçilik qətiyyəti və iradəsi nəticəsində qısa vaxtda bu vəziyyətə son qoyuldu, vətəndaş qarşıdurması aradan qaldırıldı, ictimai-siyasi sabitlik yaradıldı. Bundan sonra qarşıya qoyulan əsas məqsədlərdən biri xarici investorları ölkəyə cəlb edib iqtisadiyyatı dirçəltmək, yeni müəssisələr yaratmaq idi. Böyük öndər ölkənin iqtisadi inkişafını dövlətin əsas vəzifəsi elan etdi, 1994-cü ilin sen­tyabr ayında Azərbaycan və region üçün iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı. Bununla Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də mədəni həyatında yeni dövr başlandı.

Ardını oxu...

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində şəhər ərazisində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.          

Tədbirin təşkilində məqsəd avtomobil nəqliyyatı sahəsində xidmətin intensivliyinin təmin olunmasından, yaranmış çətinliklərin, yol verilən nöqsanların aradan qaldırılması yollarının müəyyən edilməsindən ibarət olub.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazir­liyinin şöbə müdirləri Yasin Əli­yevin, Elxan Novruzovun, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədovun çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, muxtar respublikada digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.

Ardını oxu...

Görkəmli dövlət xadimi Heydər Əliyev elə dahi şəxsiyyətdir ki, hələ sağlığında hər bir azərbaycanlının qəlbində daimi yaşamaq hüququ qazanmışdır. Şərəfli və mənalı ömrünün 40 ilə yaxın bir dövrünü respublikamıza rəhbərlikdə keçirən ulu öndər həyatımızın bütün sahələrinin yüksəlişinə nail olmuş, dövlətimizin gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Bu sahələr sırasında xalqımızın milli pasportu sayılan dilimizin layiq olduğu səviyyədə tanınmasında çox mühüm işlər görmüşdür.

Qeyd etmək lazımdır ki, Azərbaycan dili çox qədim dövrlərdən formalaşmağa başlamış, xalqımızın ictimai həyatında böyük nüfuz qazanmış, zəngin inkişaf mərhələləri keçmişdir.
Azərbaycanda dil siyasətinin həyata keçirilməsinə Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanılmışdır. 27 iyun 1918-ci il tarixdə qəbul edilmiş qərar Azərbaycan dilini dövlət dili elan edən ilk rəsmi sənəd kimi çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycan milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoymuşdur. Müəyyən dövrlərdə çox ciddi təzyiqlərə məruz qaldığından dövlət dili anlayışı Azərbaycanda ancaq müstəqillik dövründə real məzmun kəsb etməyə başlamışdır.

Ardını oxu...

Mayın 3-də Naxçıvan Dövlət Televiziyasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xidməti avtomobillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Dövlət Tele­viziyası və Radiosu böyük inkişaf yolu keçib. Son 20 ildə teleradio müstəqil kanalda yayımlanmağa başlayıb, televiziyanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Dövlət televiziyasının və radiosunun efir vaxtı 18 saatadək artırılıb, teleradionun internet üzərindən yayımı təşkil edilib. Yaradılan şərait muxtar respublikanın iqtisadi inkişafını, sosial mədəni tərəqqisini və turizm potensialını bütün dünyada təbliğ etməyə imkan verir. Bu gün təqdim olunan “Toyota” markalı avtomobil televiziyanın maddi-texniki bazasını daha da gücləndirməklə yanaşı, həm də səyyari çəkiliş imkanlarını artıracaqdır.

Ardını oxu...

Mayın 2-də Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən konfrans ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunub.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “Ulu öndər Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda çıxış edib. Bildirib ki, dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb.
Qeyd olunub ki, bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunub, onlar cəmiyyətin fəal təbəqəsinə çevrilib.

Ardını oxu...

Dünən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın müzakirə edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunub, aprelin 26-da atlasın təqdimatı keçirilib. Sərəncamda qeyd olunur ki, atlasın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, infra­struktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır. Ali Məclis Sədrinin sərəncamına əsasən hazırlanan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” bu sahədə vahid elmi yanaşmanın təmin olunmasına xidmət edən ilk dəyərli nəşrdir.

Ardını oxu...

Gümüşlü və Şahbulaq kəndləri Şərur rayonunun təbii gözəllikləri, əsrarəngiz mənzərələri ilə göz­oxşayan yaşayış məntəqələrindəndir. Bu kəndlərin ətəyində yerləşdiyi başıqarlı dağların sinəsi yaz-yay aylarında təbii rənglərdən toxunmuş xalıya bənzəyir. Şapur bulağından bir qədər yuxarı ərazidə yerləşən Şahbulaq kəndi dağlarının, dərələrinin, landşaftının özünəməxsusluğu ilə digər yerlərdən fərqlənir.

Ötən əsrin ortalarında Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyində salınan Gümüşlü isə əvvəlcə fəhlə qəsəbəsi kimi tanınıb. Bu yaşayış məntəqəsinin yaranmasının səbəbi həmin ərazilərdə qurğuşun-gümüş yataqları əsasında filizsaflaşdırıcı mədənin yaradılması olub.
Son illər muxtar respublikanın digər kəndləri kimi, Gümüşlü və Şahbulaq kəndləri də, sözün həqiqi mənasında, əsl inkişaf yoluna qədəm qoyub. Şahbulaq kəndinə gedən yol və yolun üstündəki körpülər yenidən qurulub, kənddə ikimərtəbəli məktəb binası və xidmət mərkəzi istifadəyə verilib. Gümüşlüdə isə birində 8, digərində 10 ailə yaşayan 2 bina əsaslı şəkildə təmir olunaraq sakinlərin ixtiyarına verilib, xidmət və kənd mərkəzləri tikilib. Binaların ətrafında abadlıq işləri aparılıb, gülkarlıq və yaşıllıqlar salınıb.

Ardını oxu...

 Bu yerlərdə hər qayaya, daşa salavat çevirməsəm, 

ürəyim rahatlıq tapmaz

Yurdumuzun hər qarışı mənə doğma və əzizdir. Azərbaycan, sözün əsl mənasında, gözəlliklər və özəlliklər məskənidir. Onun vəsfi və əsrarəngiz hüsnü ilə bağlı unudulmaz söz ustadlarımız bir-birindən dəyərli poetik nümunələr yaradıblar. Təbii ki, bu şeirlərin ovqatında tərənnüm də var, təsvir də, həsrət də, sadəcə, təqdim də, hətta mübarizlik də, döyüş ruhu da…Hər bir şeir öz müəllifinin daxili dünyasının əks-sədasıdır. Elə misralar da yaradılıb ki, sanki Vətənimizin şəklidir:

Azərbaycan şahindir,
Dimdiyi göy sularda,
Qanadları göylərdə…

Xəritəyə nəzər salsaq, Xalq şairi Rəsul Rzanın nə qədər haqlı olduğu dərhal bilinər. 

Tanınmadığın bir qapını döysən, yaşlısı sənə “balam”, çocuğu isə “nənəm” deyəcək

Nə isə… Mətləbdən uzaq düşdüm. Hərdən özüm də duyğularımı sözün rənginə bələməklə hisslərimi Vətənimin çalarlarına yönəldirəm: Zəngəzurum – dərdli qəlbim, Qarabağım – şah damarım, dağlar gözəli Şuşa ruhumun ünvanı, Mil-Muğanım geniş ürəyim, Cənubum – Lənkəranım göz nurum, Şimalım – əhli dostlarım, Şirvanım – şir biləklim, Bakım – taleyim, səadətim, sevincim, əbədi ünvanım… Və nəhayət, Naxçıvanım – Ana yurdun havasını ala bildiyim cənnətməkan! Müqəddəs və doğma diyar! Bu yerlərdə təkcə dağlara, pirlərə, müqəddəs ünvanlara deyil, hər qayaya, daşa salavat çevirməsəm, ürəyim rahatlıq tapmaz. Üç tərəfdən düşmənlə üz-üzə dayanmasına baxmayaraq, bu diyar qurub-yaradan insanların ilhamlı əməyi nəticəsində gündən-günə gözəlləşir. Şair Əliyar Yusiflinin misraları ilə bu qədim yurdun xəritəsi çox poetik naxışlanıb:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi­ haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunmuşdur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Dövlət Bayrağı Muzeyində olmuşlar. Məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmışdır. 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayan muzeydə hazırda 160 eksponat nümayiş etdirilir ki, bu eksponatların böyük əksəriyyətini Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları təşkil edir.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən gənclərin və tələbələrin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyalarının təşkili nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı qrafikə əsasən gənclərin Zəngəzur Milli Parkının Boyəhməd kəndi istiqamətində ekskursiyası təşkil olunub.
Ekskursiyadan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, gənclərin ayda bir dəfə olmaqla muxtar respublikamızın tarixi və təbiət abidələrinə yürüşlərinin təşkilində məqsəd bölgənin turizm potensialının gənclərə tanıdılmasından, onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir.

Ardını oxu...

Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə poliklinikanın foyesində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş insan Zərifə Əliyevanın son dərəcə zəngin, mənalı həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib.
Naxçıvan Şəhər Poliklinikasının baş həkim əvəzi Tamella Bayramova “Akademik Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti”, Naxçıvan Dövlət Universitetinin Tibbi klinik fənlər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev “Akademik Zərifə xanım Əliyevanın pedaqoji fəaliyyəti”, poliklinikanın həkimi Əhməd Seyidov “Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinin banisidir”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının göz həkimi Rəhmiyyə Əliyeva “Akademik Zərifə xanım Əliyevanın həkimlik fəaliyyəti” mövzularında çıxış ediblər.

Ardını oxu...

Tam 24 il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul olunub. BMT Təhlükəsizlik Şurası həmin qətnamədə təcavüzkar Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət etməyə çağırıb. Həmçinin bildirilib ki, başqa ölkələrin ərazilərinin əldə edilməsi məqsədilə güc işlədilməsi beynəlxalq hüquqa ziddir.
Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə olan Kəlbəcərin 2 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal olunması nəticəsində 500 nəfər həlak olmuş, 300-dən çox insan itkin düşmüş və girov götürülmüş, xalq təsərrüfatına külli miqdarda ziyan dəymişdir. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri 20 ildən çoxdur ki, talan edilir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli civə ehtiyatları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilir, qiymətli ağac növləri kəsilərək Ermənistana aparılır. Bununla yanaşı, Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da işğal ərazisindədir. Bu rayon öz ərazisində çox sayda qədim tarixi memarlıq abidələrini, ziyarətgahları, muzeyləri, qalaları, məscidləri qoruyub saxlayırdı. Həmin abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazir­lər Kabineti 2017-ci ilin aprel ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli 22 nömrəli qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na və 23 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na əlavələr edilmişdir.
Nazirlər Kabinetinin 2017-ci il 17 aprel tarixli 25 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi haqqında Əsasnamə” və 18 aprel tarixli 27 nömrəli qərarı ilə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilmişdir. Sonuncu qərara əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim edilir.

Ardını oxu...

Müdriklər deyirlər ki, yaddaşlarda yaşamaq əbədi ömür qazanmaqdır. Bu insanlara ölməzlik qazandıran onların nəcib, xeyirxah əməlləri, Vətən naminə gördükləri böyük işlərdir. Yalnız belə işıqlı simaların adları bəşər tarixinə qızıl hərflərlə yazılır. İmzası, dəst-xətti ilə seçilən belə uca şəxsiyyətlərdən biri – dünya şöhrətli alim Zərifə Əziz qızı Əliyevanın adı da əbədiyyət ünvanında həmişəlik qərar tutub. Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi pedaqoq, şəfqətli həkim, eləcə də qayğıkeş Azərbaycan qadını kimi daim yaşayacaqdır.

Bu gün görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın gözlərini işıqlı dünyaya açmasından 94 il ötür. Kim bilir, bəlkə də, o, gözlərini dünyaya elə gələcəkdə yüzlərlə, minlərlə insanın gözləri dünya işığına həsrət qalmasın deyə açmışdı. Adı VƏTƏN naminə yorulmadan çalışan 3 dahi insanın – görkəmli alim və dövlət xadimi Əziz Əliyevin qızı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və ölkəmizi yeni inkişaf mərhələsinə çıxaran, beynəlxalq aləmdə onun nüfuzunu daha da artıran Prezident İlham Əliyevin anası olmaq bir qadın üçün böyük xoşbəxtlikdir.
1923-cü il aprelin 28-də Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyevanın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşmişdir. Adında əks olunan zəriflik qədər zərif, dünyaya göz açdığı Naxçıvan qədər möhkəm iradəli və əyilməz, nəğməsini dinləyərək böyüdüyü Araz qədər şən və mehriban olmaq Zərifə Əliyevanın xarakterinin əsas cizgilərini təşkil edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək ­davamçılarının qəlbində əbədi yaşayacaqdır”.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və Azərbaycan gəncliyi qarşısında qoyduğu vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev bildirib ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli lider Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, Azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirməyə başlayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Hüseyn Cavid yaradıcılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Elvin Cavadov belə tədbirlərin əhəmiyyətindən danışıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev böyük şairimiz Hüseyn Cavidin həyat və yaradıcılığı haqda danışıb.
Bildirilib ki, qüdrətli sənətkarımız Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olub. Fəlsəfi-əxlaqi konsepsiyaların mürəkkəbliyi və dərinliyi də Cavid sənətinə xasdır. Sənətkarın yaratdığı obrazlar – Şeyx Sənan, İblis, Azər, Əmir Teymur, Xəyyam, Səyavuş və onlarla başqaları bənzərsizliyi, təkrarolunmazlığı ilə ədəbiyyatımızda əbədiyaşarlıq qazanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunub. Aprelin 26-da atlasın təqdimatı keçirilib.

Ardını oxu...

Kəngərli rayonunun Xok Kənd Mərkəzində “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən inkişaf və quruculuq xətti” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının keçirdiyi tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva məruzə ilə çıxış edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev bütün şərəfli ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmasına, onun nüfuzunun artmasına həsr edib. 1993-cü ildən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə güclü, qüdrətli bir dövlət qurulub. Bu gün dünyada böyük nüfuz qazanan müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli liderin ideyaları, dahi rəhbər tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının əzmkar və yaradıcı fəaliyyəti sayəsində ölkəmiz böyük inkişafa qovuşub, onun beynəlxalq aləmdə nüfuzu daha da artıb.

Ardını oxu...

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi qərarla hər il aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğuna uyğun olaraq əqli mülkiyyət hüquqlarının qorunması və səmərəli idarə olunması üçün hüquqi baza yaradılmış, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Ölkəmiz bu istiqamətdə beynəlxalq təcrübədən yararlanmaq və əlaqələri dərinləşdirmək məqsədilə 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olmuş, Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən və qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi siyasət təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqelərini möhkəmləndirir və layiqli yerini tutur. Davamlı inkişafın “Azərbaycan modeli” bir sıra vacib amilləri, o cümlədən innovativlik və modernləşməni, biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. Əqli mülkiyyət sahələri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkə­mizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması isə bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcılıq fəaliyyəti nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılmışdır.

Ardını oxu...

Ölkəmizdə sosial-iqtisadi sahələrin bütün istiqamətləri üzrə müşahidə olunan uğurlu inkişaf muxtar respublika səhiyyəsini də əhatə edir. Son illərin möhtəşəm quruculuq ünvanlarına daxil olan rayon mərkəzi xəstəxanaları və müasir səhiyyə müəssisələri bunu deməyə əsas verir. Muxtar respublika əhalisinin sağlamlığının qorunmasına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, son illər ərzində 220-dən çox səhiyyə müəssisəsi müasir standartlara uyğun tikilərək və yeni tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib. Onlardan 13-ü ötən ilin payına düşür. Tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan verir.

Bütün bunlara baxmayaraq, bəzi şəxslər dələduzluq yolu ilə vətəndaşların etibarından sui-istifadə edərək onların sağlamlığına böyük zərbə vururlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup şəxs tərəfindən külli miqdarda dərman preparatlarının qanunsuz olaraq muxtar respublika ərazisinə gətirilməsi və satışının təşkilinin qarşısı alınıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatı ilə birgə görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun ətrafında 22 aprel – Beynəlxalq Yer Kürəsi Günü münasibətilə təmizlik aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada 60 tələbə iştirak edib.
Tədbirdə Gənclər və İdman Nazirliyi Aparatının şöbə müdiri Nicat Babayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının şöbə müdiri Azər Məmmədov çıxış edərək bildiriblər ki, Beynəlxalq Yer Kürəsi Gününün yaranma tarixi XIX əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci il aprelin 22-də ilk dəfə Nebraska ştatında Ağac Günü rəsmi olaraq bayram günü kimi qeyd olunub. 1970-ci ildən isə ekoloji fəallardan olan senator G.Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə diqqəti cəlb etmək məqsədilə həmin günün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırılıb.

Ardını oxu...

Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 51 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması” mövzularında seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının illik xidməti fəaliyyəti qiymətləndirilməlidir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsində məqsəd onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Ardını oxu...

Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan icbari sığorta müqavilələrinin bağlanılması üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Dövlət Baş Sığorta Agent­liyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə nəzarət tədbirlərinin artırılması, maarifləndirici tədbirlərin keçirilməsi istiqamətində səy göstərməlidir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının keçirdiyi elmi konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor bildirib ki, Yeni Azərbaycan Partiyası dünənin tələbi ilə yaranan, ölkəmizin inkişafında mühüm rolu olan, bu günün və gələcəyin partiyası, xalqın inam, güvənc yeri, həmrəylik və birlik rəmzidir.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev “Yeni Azərbaycan Partiyasının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu” adlı məruzə ilə çıxış edib. O vurğulayıb ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda xalqa, millətə xidmət etmək üçün yaradılan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla öz məqsəd və məramını həyata keçirməyə başlayıb. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının, ümumilikdə, 1157 üzvü vardır ki, onlardan 202-si müəllimlər, 897-ni isə tələbələr təşkil edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyari xidmətin fəaliyyəti əhali tərəfindən yüksək qiymətləndirilir.
Nazirliyin əməkdaşı, polis kapitanı Seymur Tağıyevin sözlərinə görə, “Hyundai” markalı səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir.
Seymur Tağıyevdən aldığımız məlumata görə, ötən illər ərzində səyyari xidmət uğurla fəaliyyət göstərib. 2015-ci il ərzində səyyari xidmətə 6 min 320 müraciət olub. Onlardan 5 min 123-ü şəxsiyyət vəsiqəsi, 1155-i sürücülük vəsiqəsi, 29-u ümumvətəndaş pasportu, 2-si ov silahlarının qeydə alınması, 11-i məhkumluq arayışı almaq üçün müraciətlərdir.
Xidmət 2016-cı ili də uğurla başa çatdırıb. Belə ki, bəhs olunan dövrdə səyyari xidmətə 6062 müraciət edilib. Onlardan 4 min 627-si şəxsiyyət vəsiqəsi, 1386-sı sürücülük vəsiqəsi, 5-i ümumvətəndaş pasportu, 44-ü məhkumluq arayışı almaq üçün olunan müraciətlərdir.
Səyyari xidmət 2017-ci ildə fəaliyyətinə Şərur rayonundan başlayıb. Sədərək və Ordubad rayonlarında olub. Hazırda Babək rayonunda fəaliyyətini davam etdirir. Bu günədək rayonun Nehrəm, Qahab, Sirab və Yarımca kəndlərində əhaliyə səyyari xidmət göstərilir. Ümumilikdə, ilin ötən dövrü ərzində səyyari xidmətə edilən müraciətlərin sayı 1740-a çatıb. Onlardan 1270-i şəxsiyyət vəsiqəsi, 436-sı sürücülük vəsiqəsi, 10-u məhkumluq arayışı üçün olunan müraciətlərdir.
Dünən səyyari xidmət rayonun Kərimbəyli kəndində olub. Şəxsiyyət vəsiqəsi üçün 23, sürücülük vəsiqəsi üçün 6, məhkumluq arayışı üçün 1 nəfər xidmətə müraciət edib. Növbəti həftənin bazar ertəsi səyyari xidmət Zeynəddin kəndində olacaq.

 Muxtar Məmmədov

Son iyirmi ildə Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan məqsədyönlü işlər içərisində nəinki burada yaşayıb yaradan, hətta Bakıda çalışan alimlərin də Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı hazırladıqları ümumiləşdirici əsərlərin, kitab və monoqrafiyaların nəşr etdirilib elmi ictimaiyyətə çatdırılması mühüm yer tutur. Bu baxımdan Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərin də özünəməxsus yeri vardır. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının siyasi tarixində iz qoyan görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskidir. Azərbaycanın bir sıra taleyüklü məsələlərinin, xüsusilə Naxçıvana muxtariyyət verilməsində mühüm xidmətləri olan, Moskva müqaviləsinin hazırlanmasında böyük əmək sərf edən, Qars müqaviləsinin imzalanmasında Azərbaycanı təmsil edən Behbud ağa Şahtaxtinski, çox təəssüflər olsun ki, uzun illər öz layiqli qiymətini ala bilməmiş, Azərbaycan dövlət müstəqilliyini bərpa edənədək onun həyatı və fəaliyyəti tədqiq olunmamış, xalqa tanıtdırılmamış, əksinə, unutdurulmuşdur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onun haqqında ilk tədqiqatlar aparılmağa başlanılmış, dissertasiya müdafiə olunmuş, 2 kitab və dövri mətbuatda məqalələr işıq üzü görmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2011-ci il 21 fevral tarixli “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtax­tinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından sonra bu iş daha sistemli xarakter aldı. Bu baxımdan 2011-ci il oktyabrın 12-də Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhərində keçirilən və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirak və çıxış etdiyi elmi konfransın çox böyük əhəmiyyəti oldu. Bundan sonra Behbud ağa Şahtaxtinskinin əsərləri, haqqında olan arxiv materialları toplanmış, bir sıra məqalələr yazılaraq nəşr etdirilmiş,“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının xüsusi nömrəsi ona həsr olunmuş və digər işlər görülmüşdür. Bu işlərin davamı olaraq Naxçıvanşünaslıq elmi xəzinəsini Behbud ağa Şahtaxtinski irsi ilə zənginləşdirən bir əsər də işıq üzü görmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr olunmuş “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı görkəmli diplomat haqqında dəyərli elmi mənbədir.

Ardını oxu...

Xaricdən muxtar respublikamıza işlənmiş, köhnə malların gətirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə müvafiq müşayiət sənədləri olmayan, standartlara cavab verməyən “ikinci əl” məişət avadanlıqları, ev əşyaları, elektrik və təsərrüfat malları, geyimlər gömrük orqanları tərəfindən saxlanılaraq barəsində tədbirlər görülür. Belə ki, xaricdən köhnə, işlənmiş malların gətirilməsinin yolverilməz olduğu vətəndaşlara izah olunur, gətirilən bu cür malların geri qaytarılmasının təmin olunması üçün müəyyən vaxt verilir. Verilmiş müddət başa çatandan sonra gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında qalan mallar məhv edilir.
Sədərək sərhəd-keçid məntəqəsinin yaxınlığında həyata keçirilən növbəti məhvetmə tədbirində 22 adda 54 ədəd elektrik və qazla işləyən avadanlıq, 11 adda 25 ədəd mebel avadanlığı, 16 adda 131 ədəd müxtəlif ev əşyaları, ümumilikdə, 930 kiloqram geyim, 15 adda isə digər qarışıq mallar yandırılaraq məhv olunub.
Məhvetmə tədbirində iştirak edən Şərur Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Məhərrəm Qədimov qeyd edib ki, xaricdən gətirilən köhnə, işlənmiş əşyalar müxtəlif yoluxucu xəstəliklərin mənbəyidir. İnsanların istifadə etdikləri, birbaşa təmasda olduqları əşyalar gigiyenik cəhətdən sağlam və təhlükəsiz olmalıdır ki, istifadə zamanı hansısa fəsadlar ortaya çıxmasın. Digər tərəfdən indi müxtəlif ölkələrdə mənşəyi bilinməyən, müxtəlif yollarla asanlıqla yayıla bilən yoluxucu xəstəlik törədiciləri vardır. Xaricdən gətirilən köhnə, işlənmiş əşyalar da bu baxımdan xüsusi riskli amillər sırasındadır.

Ardını oxu...

Bu dünyada asan işlər çoxdur. Məsələn, məsləhət vermək, çərənçilik etmək, başgirləmək, səngərdə döyüşmək əvəzinə tankın üstündə şəkil çəkdirmək, tənbəllikdən yatıb günorta durmaq və sair, ilaxır. Tənbəllik demişkən, dünyaca məşhur maqnat Bill Qeyts deyir ki, mən ən çətin işlərimi ən tənbəl işçilərimə tapşırıram. Ona görə ki, onlar həmin işi yoluna qoymağın ən asan variantını tapırlar. Frans Kafka isə yazır ki, insanlar səbirsizliklərinə görə cənnətdən qovuldular, tənbəlliklərinə görə ora qayıda bilmirlər. Nəsə ki, hərə məsələyə bir cür yanaşır. Amma həqiqət budur ki, səbir böyük silah və gücdü. Bəzən bir ağacın bar verməsi üçün on illərlə gözləmək lazım gəlir, yəni səbir etmək. 

Qaranlığı lənətləməkdənsə, dur bir şam da sən yandır

Mirzə Cəlil isə hələ ötən əsrin əvvəllərində biganəliyi, laqeydliyi, tənbəlliyi və nadanlığı böyük bəla adlandırırdı. Ona görə də cəmiyyəti cəmiyyətin özündən gələn, öz içindən çıxan obrazlarla, simalarla aydınlığa aparmaq istəyirdi. Şeyx Nəsrullah da, kefli İsgəndər də, Qurbanəli bəy də, bizim Novruzəli də, Xudayar bəy də, Zöhrəbanu bacı da, Məhəmmədhəsən qardaş və ya əmi də belə meydana çıxmışdı. Hətta 25 il dədə-babalarımızın qulaqlarını “OYAN” nidası ilə yağır edən “Molla Nəsrəddin” jurnalı da... (Yeri gəlmişkən “Molla Nəsrəddin”in nəşrindən düz 111 il keçir və biz Böyük Mirzə Cəlilimizi hörmət və ehtiramla anırıq).

Ardını oxu...

Qəsəbə və kənd bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şöbə rəisi, ədliyyə müşaviri Səttar Zamanov bildirib ki, bu cür maarifləndirici görüşləri təşkil etməkdə məqsəd bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasıdır.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı, II dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov deyib ki, bələdiyyələrin öz əmla­kına dair mülkiyyətçi hüququna malik olması onun statusu haqqında qanunda xüsusilə qeyd olunub. Bu mənada, bələdiyyə torpaqlarının idarə olunması sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsi və hüquq pozuntularının baş verməməsi üçün yerli özünüidarəetmə orqanı olan bələdiyyələr qanunvericiliklə müəyyən edilən tələbləri düzgün yerinə yetirməlidirlər. Bunun üçün onlara müvafiq metodik vəsaitlər paylanılıb, tövsiyə məktubları göndərilib.
Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə orqanlarında vətəndaşların müraciətləri ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik” mövzusunda çıxış edərək bildirib ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri vətəndaşların, o cümlədən digər fiziki və hüquqi şəxslərin təklif, ərizə və şikayətlərinin qəbulu, qeydiyyata alınması, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı kargüzarlığın aparılması işini tənzimləyir.
Sonra mövzular müzakirə edilib, tədbir iştirakçılarına “Bələdiyyə büdcəsinin planlaşdırılması: şəffaflıq və hesabatlılıq” metodik vəsaiti paylanılıb.

Muxtar RZAZADƏ

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 19-da Naxçıvan Dövlət Xalça Muzeyində olub. Məlumat verilib ki, muzeyin fondunda 3 mindən çox maddi-mədəniyyət nümunəsi var. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılıb. Ekspozisiyada müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir.

Ardını oxu...

Bu ilin birinci rübündə görülən işlərə həsr olunan iclası Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq partiyanın xalqımızın və ölkəmizin həyatında mühüm rolu olduğunu, yarandığı vaxtdan bu günə kimi siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini bildirib. O, müstəqillik tarixinin uğurlarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi müstəqil ölkəmizin inkişafında mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirib. Bəhs edilən dövrdə rayonda partiya üzvlərinin ümumi sayı 1485 nəfərə çatıb. Onların 279 nəfərini qadınlar, 378 nəfərini gənclər təşkil edir. Bu ilin birinci rübündə partiya sıralarına 15 nəfər qoşulub ki, bunlardan 14-ü gənc, 5-i qadındır.

Ardını oxu...

Türkiyənin karadenizgazete.com.tr saytının əməkdaşı Əli Kurt muxtar respublikada səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra Naxçıvan haqqında məqalə yazmışdır. “Naxçıvanda 24 saat!” sərlövhəli məqalə karadenizgazete.com.tr saytında yerləşdirilmişdir. Müəllif məqalədə Naxçıvana səfərindən və burada gördüklərindən məmnunluqla bəhs etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik.


Naxçıvanda 24 saat

Bir neçə həftə əvvəl ikigünlük də olsa, Naxçıvana səfər etmək fürsətim oldu. Avtomobillə, təxminən, 9 saat yol getdikdən sonra Türkiyənin Dilucu sərhəd qapısına, oradan isə Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük-keçid məntəqəsinə çatdıq. Sədərək gömrük-keçid məntəqəsində çox sıxlıq olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının müvafiq orqanlarının buradakı nümayəndələrinin bizə göstərdiyi xoş münasibət və qonaqpərvərlik diqqətimdən yayınmadı. Muxtar respublikaya daxil olmaq üçün lazım olan bütün işlər ardıcıl və sürətlə yerinə yetirildikdən sonra gömrük işçilərinin ilk xəbərdarlığı “Yol hərəkəti qaydalarına riayət edin!” oldu. Biz də bu xəbərdarlığı nəzərə alaraq yolumuza davam etdik.

Ardını oxu...

Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov idmanın inkişafı və kütləviliyinin təmin olunması ilə bağlı konkret tapşırıqlar vermişdir. Ali Məclisin Sədri muxtar respublikada bu sahədə görülən işlərdən danışaraq demişdir: “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Aparılan idman siyasəti idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək məqsədinə xidmət edir”.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi müşavirədə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri ilə birgə tədbirlər planı tərtib etmiş və icrasını diqqətdə saxlamışdır. Hesabat dövründə voleybol üzrə təcrübəli məşqçi və Naxçıvan Muxtar Respublikasının voleybol üzrə yığma komandasının tərkibində oynamaq üçün üç idmançı muxtar respublikaya dəvət olunmuş, Azərbaycan Respublikası Cüdo Federasiyasından bir qrup təcrübəli məşqçi iki gün müddətində muxtar respublikada məşqçilərin hazırlanması üçün treninqlər təşkil etmişdir. Naxçıvan şəhər 16 və 11 nömrəli tam orta məktəblərin futbol meydançalarında isə Azərbaycan Futbol Federasiyası Assosiasiyasının məşqçi-müəllimləri 300 məktəblinin iştirakı ilə ustad dərsləri keçmişlər.

Ardını oxu...

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 18-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri ilə tanış olub.
Əvvəlcə Almaniyanın səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olub.
Səfir Mixael Kindsqrab Naxçıvan Biznes Mərkəzinə gələrək muxtar respublikada istehsal olunan məhsullardan ibarət guşələrə baxıb. Məlumat verilib ki, mərkəzin əsas fəaliyyət sahəsi sa­hibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.

Ardını oxu...

Bir sıra beynəlxalq layihələrdə təmsil olunan Naxçıvan Dövlət Universitetinin tərəfdaşı olduğu Erasmus+ pro­qramının əsas məqsədi tərəfdaş ölkələrdəki təhsil müəssisələri ilə Avropadakı universitetlər arasında əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. 

Martın 16 və 17-də Erasmus+ proqramının “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“Advocacy Establishment for Students through Ombudsman Position” – AESOP) layihəsi çərçivəsində layihənin regional tərəfdaşları arasında Xəzər Universitetində reallaşan ilk görüşündə Naxçıvan Dövlət Universiteti də tərəfdaş kimi təmsil olunub. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova görüşdə iştirak edərək sorğu nəticələri haqqında məlumat veriblər. Görüş zamanı nümayəndələr ehtiyacların qiymətləndirilməsi mövzusunda universitetlərdə aparılan sorğuların nəticələrini diqqətə çatdırıblar.
Aprelin 4-5 və 6-da isə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova, İngilis dili və tərcüməsi kafedrasının müdiri Ceyran Quliyeva AESOP Erasmus+ layihəsi iştirakçılarının Varşava şəhərində keçirilən növbəti görüşündə iştirak ediblər. Layihənin regional tərəfdaşlarının görüşünün əsas məqsədi Varşava Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq və onların təcrübələrini öyrənməkdən ibarət olub.
Görüşdə beynəlxalq əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

“Şərq qapısı”

Aprelin 15-də keçirilən iməciliklər zamanı Naxçıvan şəhərinin sakinləri Naxçıvan Sənaye Kompleksinin yaxınlığındakı 1,2 hektarlıq yeni salınmış bağda 700 ədəd meyvə ağacı, həmin ərazidəki 1,5 hektarlıq püstə bağında bərpa məqsədilə 350 ədəd püstə ağacı, Uzun­oba Su Anbarının yaxınlığındakı ərazidə 150 ədəd meyvə ağacı əkib, müəssisə və təşkilatların ərazilərindəki ağaclara aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunda keçirilən iməci­liklərdə də əhali fəal iştirak edib. Naxçıvan-Sədərək magistral yolunun Yuxarı Daşarx və Dizə kəndləri hissəsində 1800 ədəd meyvə, şəhərdə 1 hektarlıq ərazidə 40 min ədəd üzüm tingi əkilib.
Babək rayonunun sakinləri isə Sirab kəndinə gedən yolun kənarlarında 1000 ədəd meşə və 2000 ədəd meyvə ağacı əkib, yolun kənarlarındakı ağaclara aqrotexniki qulluq göstəriblər.
Ordubad rayonunda keçirilən iməciliklərdə rayon sakinləri Naxçıvan-Ordubad magistral yolunun “Əylis düzü” adlanan hissəsindəki 1 hektarlıq yeni salınmış bağda 550 ədəd meyvə, 200 ədəd bərpa məqsədilə meyvə, həmçinin 5 hektarlıq ərazidə 1500 ədəd gül kolu, kənd­lərdə isə, ümumilikdə, 150 ədəd meyvə və 500 ədəd meşə ağacı əkiblər.

Ardını oxu...

Naxçıvanın orta əsr tarixinin mühüm aspektləri illərdir ki, aşkar olunmuş numizmatik kəşflər və arxeoloji xəzinələrdə əks olunmuşdur. Orta əsrlərə aid Naxçıvanqala, Ərəzin yaşayış məskəni və Naxçıvan xanlarının zərbxanaları Azərbaycanın yerli iqtisadiyyatı və İpək Yolu ticarət marşrutunun inkişafında mühüm rol oynayan nadir mədəni abidələrdəndir.
Naxçıvanqala Naxçıvan şəhərində müdafiə divarları ilə möhkəmləndirilmiş istehkam kompleksidir. Hökmdar və feodal hakiminin əsas iqamətgahı olan qalada saray, xəzinə, inzibati və təsərrüfat binaları yerləşirdi. Qala müdafiə istehkamı kimi XVII əsrə qədər mövcud olmuş və Səfəvi-Osmanlı müharibələri zamanı güclü dağıntıya məruz qalmışdır.
Orta əsrlərdən bəri Azərbaycanın Naxçıvan bölgəsi mühüm ticarət mərkəzi olmuş, ərazi qızıl-gümüş pulların hazırlanması və zərb edilməsi mərkəzi kimi tanınmışdır. Fransız alimlərinin araşdırmaları və tarixi mənbələrə əsasən bugünkü Naxçıvan şəhərinin şimal hissəsi mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. İran və Gürcüstanın müxtəlif şəhərləri, Bolqarıstan və Qara dəniz limanları, Kiçik Asiya şəhərləri ilə ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədilə burada mühüm ticarət müqavilələri razılaşdırılaraq icra edilmişdir. Əmtəə istehsalının artımı və ticarətin inkişaf etməsi Naxçıvanda pul dövriyyəsi və pul istehsalı prosesinə də təsir etmişdir. Naxçıvana xas xüsusiyyətləri üzərində əks etdirən numizmatik materiallardan məlum olur ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərq və Qərb ticarət əlaqələrində strateji rol oynamış və XI-XII əsrlərdə regional ticarət əlaqələrinin daha da yaxşı inkişafına köməklik etmişdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin məruzəsi dinlənilib.
Bildirilib ki, bu il mart ayının 16-da keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Ali Məclisin Sədri deyib: “Partiyamızın dünəni quruculuq, bu günü isə yaradıcılıq tarixidir”.
Qeyd olunub ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, partiyanın Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 16 min 52 nəfər idisə, ötən müddətdə onların sayı 168 nəfər artıb və hazırda şəhər təşkilatının əhatə etdiyi 150 ilk partiya təşkilatı ətrafında 16 min 220 üzvü birləşdirib. Ötən müddətdə partiyaya 234 yeni üzv qəbul edilib. Partiya üzvlərinin 8 min 469-nu qadınlar, 9 min 193-nü 19-35 yaşlı gənclər təşkil edir. İlin ilk üç ayı ərzində partiya sıralarına qəbul olunanların 130-nu qadınlar, 189-nu 30 yaşadək gənclər təşkil edir. Yeni qəbul olunan partiya üzvlərinin siyasi-ideoloji hazırlığı xüsusi diqqət mərkəzində saxlanılıb, onlarla bir neçə mərhələdə iş aparılıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR