26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının keçirdiyi elmi konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor bildirib ki, Yeni Azərbaycan Partiyası dünənin tələbi ilə yaranan, ölkəmizin inkişafında mühüm rolu olan, bu günün və gələcəyin partiyası, xalqın inam, güvənc yeri, həmrəylik və birlik rəmzidir.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev “Yeni Azərbaycan Partiyasının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu” adlı məruzə ilə çıxış edib. O vurğulayıb ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda xalqa, millətə xidmət etmək üçün yaradılan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla öz məqsəd və məramını həyata keçirməyə başlayıb. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının, ümumilikdə, 1157 üzvü vardır ki, onlardan 202-si müəllimlər, 897-ni isə tələbələr təşkil edir.

Universitet Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Elgün Tağıyev “Yeni Azərbaycan Partiyası və tələbə gənclik” mövzusunda məruzə edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 1995-ci ildə təsis olunub. Məqsəd gənclərin siyasi cəhətdən təşkilatlanması, gənc tələbələrin ictimai-siyasi fəallığının təmin edilməsi, onların potensial gücünün ali məqsədlərə doğru düzgün istiqamətləndirilməsini təşkil etməkdən ibarətdir. Məruzədə Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gördüyü işlər barədə ətraflı məlumat verilib.
Bədən tərbiyəsi və idman kafedrasının əməkdaşı Nicat Allahverdi­yevin “Universitet gənclərinin idmanda uğurları” adlı məruzəsində qeyd olunub ki, bu gün müstəqil Azərbaycan dövlətinin ən uğurlu və prioritet məsələlərindən biri dövlət gənclər siyasətidir. Aparılan bu siyasət gənclərə ictimai həyatın bütün sahələrində fəal iştirak etməyə geniş imkanlar açır.
Universitet Tələbə Elmi Cəmiyyətinin sədri Bətulə Əlizadə “Partiya üzvü olan tələbələrin elmi fəaliyyəti” adlı məruzəsində qeyd edib ki, ali təhsil ocağının professor-müəllim və tələbə kollektivinin ictimai-siyasi cəhətdən fəal hissəsi Yeni Azərbaycan Partiyasının Universitet şəhərciyi ərazi ilk təşkilatında birləşib. Cari tədris ilində 600 baldan yuxarı nəticə göstərmiş tələbələr də daxil olmaqla 150-dən çox tələbənin partiya sıralarına qəbul edilməsi Yeni Azərbaycan Partiyasının gənclər arasında artan nüfuzunun göstəricisidir.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Nərmin CABBAROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR