26 Dekabr 2024, Cümə axşamı

Kəngərli rayonunun Xok Kənd Mərkəzində “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən inkişaf və quruculuq xətti” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının keçirdiyi tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva məruzə ilə çıxış edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev bütün şərəfli ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmasına, onun nüfuzunun artmasına həsr edib. 1993-cü ildən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə güclü, qüdrətli bir dövlət qurulub. Bu gün dünyada böyük nüfuz qazanan müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli liderin ideyaları, dahi rəhbər tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının əzmkar və yaradıcı fəaliyyəti sayəsində ölkəmiz böyük inkişafa qovuşub, onun beynəlxalq aləmdə nüfuzu daha da artıb.

Vurğulanıb ki, ulu öndərimiz Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə müəyyənləşdirdiyi quruculuq və inkişaf siyasətinin qədim diyarda ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində muxtar respublikamız, o cümlədən onun hər bir bölgəsi yüksək inkişaf səviyyəsinə çatıb. Diyarımızın hər bir rayon, qəsəbə və kəndində aparılan abadlıq-quruculuq tədbirləri sakinlərin rahatlığını təmin edib, yaradılan yeni istehsal müəssisələri, açılan yeni iş yerləri məşğulluğu təmin edib, əhalinin rifah halı yaxşılaşıb.
Vurğulanıb ki, muxtar respublikamızda aparılan quruculuq tədbirləri çərçivəsində Kəngərlidə görülən işlər rayonun simasını tama­milə dəyişib, onun görünüşünə müasirlik və əzəmət gətirib. Rayonun yaradıldığı gündən keçən 13 il ərzində əldə olunan nailiyyətlər, burada müxtəlif sənaye və kənd təsərrüfatı istehsalı sahələrinin yaradılması, təhsil və infrastruktur quruculuğu seçilən düzgün yolun bariz nümunəsi kimi diqqəti cəlb edir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının şura üzvü Hacırəddin Mehbalıyev, Xok kənd ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvü Mübariz Əliyev mövzu ətrafında çıxış ediblər. Bildirilib ki, bütün mənalı ömrünü ölkəmizin inkişafına həsr edən ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, ölkəmizi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb. Bu gün dahi şəxsiyyətin yolu ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR