26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının Nazir­lər Kabineti 2017-ci ilin aprel ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli 22 nömrəli qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na və 23 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na əlavələr edilmişdir.
Nazirlər Kabinetinin 2017-ci il 17 aprel tarixli 25 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi haqqında Əsasnamə” və 18 aprel tarixli 27 nömrəli qərarı ilə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilmişdir. Sonuncu qərara əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim edilir.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2017-ci il 18 aprel tarixli 28 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nda və 29 nömrəli qərarı ilə “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişikliklər edilmişdir. Həmçinin Nazirlər Kabinetinin eyni tarixli 30 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi, 31 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”na daxil edilmişdir.
Nazirlər Kabinetinin 2017-ci il 22 aprel tarixli 32 nömrəli qərarı ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ildə yerinə yetirəcəyi aqrotexniki xidmətlərin qiymətləri və yanacaq norması” təsdiq ­edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR