26 Dekabr 2024, Cümə axşamı

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin məruzəsi dinlənilib.
Bildirilib ki, bu il mart ayının 16-da keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Ali Məclisin Sədri deyib: “Partiyamızın dünəni quruculuq, bu günü isə yaradıcılıq tarixidir”.
Qeyd olunub ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, partiyanın Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 16 min 52 nəfər idisə, ötən müddətdə onların sayı 168 nəfər artıb və hazırda şəhər təşkilatının əhatə etdiyi 150 ilk partiya təşkilatı ətrafında 16 min 220 üzvü birləşdirib. Ötən müddətdə partiyaya 234 yeni üzv qəbul edilib. Partiya üzvlərinin 8 min 469-nu qadınlar, 9 min 193-nü 19-35 yaşlı gənclər təşkil edir. İlin ilk üç ayı ərzində partiya sıralarına qəbul olunanların 130-nu qadınlar, 189-nu 30 yaşadək gənclər təşkil edir. Yeni qəbul olunan partiya üzvlərinin siyasi-ideoloji hazırlığı xüsusi diqqət mərkəzində saxlanılıb, onlarla bir neçə mərhələdə iş aparılıb.

Elman Cəfərli vurğulayıb ki, partiya üzvlüyünə qəbul məsələsində bundan sonra da keyfiyyət amilinin rəhbər tutulması davam etdirilərək gənclər arasında ideya-siyasi işi gücləndirməklə nümunəvi və bacarıqlı gənclərin partiya sıralarına fəal cəlb olunması prioritet istiqamət təşkil edəcək. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının hər ay keçirilən idarə heyəti və üç ayda bir dəfə keçirilən şura iclaslarında ilk partiya təşkilatlarının hesabatları dinləniləcək və müvafiq qərarlar qəbul ediləcəkdir. Bundan başqa, təşkilatın şura və idarə heyəti üzvlərinin ilk təşkilatların keçirdiyi tədbirlərdə daha fəal iştirakı təmin ediləcək, üzvlərlə bilavasitə görüşlər keçiriləcəkdir. Qadınlar Şurasının və Gənclər Birliyinin fəaliyyətini daha da gücləndirmək və partiya işinə məsuliyyəti artırmaq məqsədilə bundan sonrakı şura iclaslarında hər iki partiya qurumunun gördüyü işlər haqqında məruzələri dinləniləcəkdir.
Məruzəçi qeyd edib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatı bundan sonra da fəaliyyətini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında qarşıya qoyulmuş vəzifələrə uyğun, partiya işinin daha da yaxşılaşdırılması istiqamətində qurmalı, hər bir partiya üzvü şəhərimizin ictimai­-siyasi həyatında daha fəal şəkildə iştirak etməlidir.
Müzakirələrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının və Naxçıvan Şəhər Təşkilatı şurasının üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Hacıfəxrəddin Səfərli, Aidə Allahverdiyeva, şura üzvləri, ilk partiya təşkilatı sədrləri Tural Haqverdiyev və Çapay Quliyev çıxış ediblər.

Xəbərlər şöbəsi

* * *

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahim­ovun məruzəsi dinlənilib. Təşkilatın sədri bildirib ki, rayon təşkilatı fəaliyyətini 2017-ci ilin əvvəlindən yeni iş metodları ilə qurmağa çalışıb, təbliğat-təşviqat işlərini gücləndirib, yerlərdə partiya işlərini yeniləşdirməyə, inkişaf etdirməyə səy göstərib.
Təşkilatın ötən il oktyabrın 24-də keçirilmiş X konfransı barədə məlumat verən Q.İbrahimov vurğulayıb ki, rayon təşkilatının 11 nəfərdən ibarət Gənclər Birliyi, 11 nəfərdən ibarət Qadınlar Şurası fəaliyyət göstərir. Ərazi ilk təşkilat sədrlərinin 24-ü gənc, 12-si qadın, 46-sı ali təhsilli, 9-u orta ixtisas təhsillidir.
Qeyd olunub ki, hazırda rayon təşkilatında 5462 Yeni Azərbaycan Partiyası üzvü var. Onlardan 2577-si qadın, 1708-i gəncdir. Bələdiyyələrdə 145 YAP üzvü fəaliyyət göstərir. 2017-ci ilin 3 ayında 34 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub. Onlardan 32-si gənc, 22-si qadındır.
Qadir İbrahimov deyib ki, rayon təşkilatı öz işini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələbləri səviyyəsində qurub. Partiya üzvlüyünə qəbula xüsusi diqqət yetirilir, üzvlüyə yeni qəbul olunanlarla iş gücləndirilir, üzvlərlə fərdi işə üstünlük verilir. Ərazi ilk təşkilatlarında gənc və yaradıcı qüvvələrin Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsinə diqqət yetirilir.
Məruzə ətrafında müzakirələr olub.
İclasda Culfa Rayon İcra Hakimiyyətinin başçısı, təşkilatın şura və idarə heyətlərinin üzvü Şükür Babayevin çıxışı dinlənilib.
Şura iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov qeyd edib ki, 2017-ci il 16 mart tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında partiya strukturları qarşısında 2017-ci il üçün müəyyənləşdirilən əsas istiqamətlər və onlarla bağlı fəaliyyətin qurulması, tapşırıqların yerlərdə yerinə yetirilməsi bütün partiya təşkilatları, o cümlədən Culfa Rayon Təşkilatı üçün başlıca məqsəddir. Partiya təşkilatı sədrinin əsas tapşırıqları olan ideoloji və təşkilati iş inkişafın reallığına uyğunlaşdırılmalı, partiya üzvləri, xüsusən də yeni qəbul olunan üzvlərlə fərdi iş aparılmalı, Qadınlar Şurasının fəaliyyəti daha da gücləndirilməli, kənd yaşayış məntəqələrində yaradılan şəraitdən maksimum faydalı istifadə edərək ictimai fəallıq artırılmalı və hər zaman aktual olan partiyanın kadr siyasəti diqqətdə saxlanılmalıdır.
Sonda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Hüseyn ŞƏKƏRƏLİYEV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR