26 Dekabr 2024, Cümə axşamı

Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 51 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması” mövzularında seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının illik xidməti fəaliyyəti qiymətləndirilməlidir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsində məqsəd onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Qeyd olunan normanın Naxçıvan Muxtar Respublikasında icrasının təmin edilməsi məqsədilə 2016-cı ildə ilk dəfə olaraq muxtar respublikada dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb. Həmin ildə inzibati vəzifə tutan 1522 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib. Bu zaman bəzi çatışmazlıqlar müşahidə olunub. Belə ki, əksər dövlət orqanlarında xidməti fəaliyyətin qiymətləndirilməsinə məsul olan şəxslər tərəfindən müvafiq sənədlərin tərtib edilməsi zamanı rüblük qeydlər aparılmayıb, dövlət qulluqçuları il ərzində həyata keçirəcəkləri tapşırıqlarla vaxtında tanış edilməyib. Bugünkü seminarın keçirilməsində əsas məqsəd xidməti fəaliyyətin qiymətləndirilməsi zamanı ortaya çıxan çatışmazlıqların diqqətə çatdırılması və cari ildə bu işin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsidir.
İsmayıl Qəribli qeyd edib ki, vəzifə təlimatları dövlət qulluqçusunun tutduğu vəzifənin funksiyalarının təsvir edilməsi üçün tərtib olunur. Dövlət qulluqçusu fəaliyyətini vəzifə təlimatlarının tələblərinə uyğun olaraq həyata keçirməlidir. Həmçinin xidməti fəaliyyətin qiymətləndirilməsi aparılan zaman dövlət qulluqçusunun il ərzində icrası üçün nəzərdə tutulmuş tapşırıqlar onun vəzifə təlimatlarında göstərilmiş qulluq funksiyalarına uyğun olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən vəzifə təlimatlarında hər hansı əlavə və dəyişiklik olduqda, dövlət orqanı bu barədə bir ay müddətində həmin məlumatları komissiyaya təqdim etməlidir.
Seminarda komissiyanın sektor müdiri Türkan Gülməmmədli və şöbə müdiri Ümid Qurbanov dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi və vəzifə təlimatı qaydalarını izah ediblər.
Seminarda mövzularla bağlı slaydlar nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR