25 Dekabr 2024, Çərşənbə

Ana təbiət bəşəriyyətin yarandığı dövrdən insanların yaşayış məskəni olub. Hava, torpaq, su mənbələri, ağaclar və bitkilər insanların, ümumilikdə isə həyatın davamı üçün müstəsna rol oynayıb. Ancaq zaman keçdikcə insan oğlu bəzən təbiətə münasibətdə fərqli yol tutub, bilərəkdən və yaxud bilməyərəkdən onun zərərinə səbəb olacaq işlərə qol qoyub. Bununla da, təbiətin ahəngi pozulmağa doğru gedib. Nəticədə, ekoloji problemlərdən əziyyət çəkənlər də elə insanların özləri olub. Ancaq həyatda elə insanlar da yaşayıb ki, bütün ömürlərini təbiətin qorunmasına həsr ediblər, onun torpağına, suyuna, bu torpağın üzərində bitən hər ağaca, gülə, çiçəyə böyük məhəbbətlə yanaşıblar. 

Əgər həkimlər xəstələri müalicə edib yenidən həyata qaytarırlarsa, təbiəti sevənlər, torpağın, yaşıllıqların nazını çəkənlər gördükləri böyük işlərin sayəsində yüz minlərlə insanın sağlam ekoloji mühitdə yaşamasını təmin edirlər. Bunu da vurğulamaq lazımdır ki, təbiəti sevənlər, eyni zamanda bəşəriyyətin gələcəyinə böyük dəyər verən insanlardır. Məsələn, vaxtilə Hitler Almaniyasında bacarıqlı mühəndislər olsa da, onlar ölümcül silahlar hazırlayırdılar və yaxud savadlı həkimlər olsa da, onların əsas işi əsirlər üzərində ağlasığmaz sınaqlar keçirməkdən ibarət idi. Bu baxımdan həyatlarını təbiəti öyrənməyə, onu dərk etməyə, son nəticədə isə qorumağa həsr etmiş insanlar hər zaman hamı tərəfindən böyük hörmətlə anılır. Əslində, digər elm sahələri ilə müqayisədə dünyada məşhur təbiətşünas-alimlərin sayı elə də çox deyil. Ancaq bəxtimiz onda gətirib ki, ötən əsrdə xalqımız digər sahələrlə yanaşı, təbiətşünaslıq elminin inkişafına da böyük töhfələr vermiş alimlər yetişdirməyi bacarıb. Ekologiya elminə mühüm töhfələr verən, onun insan sağlamlığındakı rolu barədə sanballı elmi tədqiqatların müəllifi olan akademik Həsən Əliyevin ömür yolu isə Azərbaycan təbiətşünaslığında müstəsna rola malikdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Təbriz” otelində “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda vəkillər üçün ikigünlük təlimlərə başlanılıb.
Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı əsasında, Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları layihəsi çərçivəsində keçirilən tədbiri Avropa Şurası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası təşkil edib.
Təlim başlanmazdan əvvəl Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndəsi Vəfa Rövşənova bildirib ki, vəkillər üçün təşkil edilən təlimə muxtar respublikanın birinci və apellyasiya instansiya məhkəmələrində fəaliyyət göstərən hakimlər və prokurorluq əməkdaşları da dəvət olunub. Bu da mövzu ətrafında müzakirələrin səmərəli aparılmasına imkan yaradacaq. Təlimdə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan təminatlar, o cümlədən Avropa Məhkəməsinin müvafiq presedent hüququnun tətbiqi və ölkədaxili qanunvericilik müzakirə olunacaqdır. Bundan başqa, təlim müddətində mövzuya dair bu və ya digər nəzəri-təcrübi fikirlər təhlil ediləcək, təlim iştirakçılarına xüsusi vəsaitlər təqdim olunacaqdır. Əminliklə demək olar ki, iştirakçılar bu təlimdən çox məlumatlar əldə edə biləcəklər.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının növbəti – 216-cı məşğələsi keçirilib.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günündə keçirilən məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ulu öndər Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşdırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Vurğulanıb ki, ümummilli lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə milli təhsilin inkişafı istiqamətində mühüm işlər görüb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Azərbaycan bu gün dünyada özünün müasir təhsil infrastrukturu və ənənələri ilə seçilir. Təhsil sistemimizin hərtərəfli qayğı ilə əhatə olunması dövlətin öz gələcəyini daha etibarlı və işıqlı görmək əzmindən xəbər verir.

Ardını oxu...

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yaranmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçı­­­­­­­­­­­­­­ları müstəqil Azərbay­­­­­­can­­­­­­ın qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmət­lə ucalan abidəsi önünə gül dəstələri düzərək ulu öndərin­ xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev ­Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara ­baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 5 oktyabr tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 10 ildə mühüm inkişaf yolu keçib. Muxtar respublikada insan hüquqlarının qorunması, o cümlədən saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi diqqət mərkəzindədir. Penitensiar Xidmət də bu məqsədlə – həm məhkumların reabilitasiyası və cəmiyyətə qovuşmasını asanlaşdırmaq, həm də onların ailələrinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Bu xidmətin yaradılması muxtar respublika əhalisi tərəfindən rəğbətlə qarşılanıb və məhkumların islah olunmasına müsbət təsir göstərib.

Ardını oxu...

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi də tapşırılıb. Bu istiqamətdə muxtar respublikada neçə illər əvvəl yaradılmış ənənəyə uyğun olaraq hazırlanmış yun corablar və şərflər “N” hərbi hissəyə təhvil verilib.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, bu gün məhdud fiziki imkanlı 19 şəxs tərəfindən toxunan 1107 cüt yun corab və 214 ədəd şərf “N” hərbi hissəyə təhvil verilir. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına da öz töhfəsini verir. İlin sonunadək yun corab və şərflərin toxunması işi davam ­etdiriləcək.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elxan Əlibəyov bildirib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı yüksəldilir. Fiziki imkanları məhdud insanlar tərəfindən toxunan isti geyimlərin hərbi hissəyə təhvil verilməsi artıq ənənə halını alıb. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artırır, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.
“N” hərbi hissənin əsgəri Əli Rəcəbli əsgərlər adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda yun corablar və şərflər hərbi hissəyə təhvil ­verilib.

 Nail ƏSGƏROV

Kitabların insan həyatında rolu danılmazdır. Cəmiyyətin inkişafında, insanın formalaşmasında, dünyagörüşünün artmasında, doğma yurduna, mənsub olduğu xalqa, onun tarixi keçmişinə məhəbbət ruhunda tərbiyə olunmasında əsas rol oynayan amillərin başlıcası kitabdır. Hər kitab ayrıca bir xəzinədir. Bu xəzinəni oxuduqca ona sahib olursan. Kitab oxuduqca insan onun aləminə qapılır, az da olsa, özünü o aləmdə hiss edir və ona faydalı ola biləcək məsləhətləri götürür. Bütün bunlar kitabın ən böyük xəzinə olması fikrini bir daha təsdiq edir. Bu xəzinədən istifadə edənlər, ondan bəhrələnənlər isə daxili aləmini zənginləşdirir, özlərində yüksək əxlaqi-mənəvi keyfiyyətlər formalaşdırıb, cəmiyyətdə layiq olduqları mövqeyi qazana bilirlər.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci­ il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Bu sərəncam muxtar respublikamızda sağlam gəncliyin formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir. Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlı­lığın və dünyagörüşün formalaşmasına xidmət edən “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilib.
Əvvəlcə qeyd edək ki, Naxçıvan ­Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sərəncamı Kəngərli rayonunun ziyalıları və ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.
Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşı Yusif İmanov bizimlə söhbətində bildirdi ki, kitab hər bir insanın dünyagörüşünün formalaşmasında, ona həyat yolunda əsl bələdçi olmaqda ən etibarlı yoldaşdır. İnsanlar kitablar vasitəsilə biliklərə, müəyyən peşəyə və yaxud sənətə yiyələnir, xarici dil öyrənirlər. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin oxunması zəruri olan kitablarla bağlı sərəncamı gənc nəslin, ümumilikdə isə bütün ictimaiyyətin marağına səbəb olub.

Ardını oxu...

Yaxın keçmişimizin xatirələri, bu günümüzün təəssüratları

“...Biz ağsaqqallar böyük narahatlıq hissi ilə Sizə bildirməyə məcburuq ki, Ordubad rayonunda iqtisadi-siyasi vəziyyət olduqca gərgindir. Bunun bir səbəbi ondan irəli gəlir ki, rayonun inzibati orqanları, ilk növbədə isə rayon prokuroru və xalq hakimi siyasi sabitliyi bərpa etmək iqtidarında deyillər. Dövlət qanunlarının icrasına nəzarət edilmir, zəhmətkeşlərin hüquqlarının qorunmasına laqeyd münasibət göstərilir, sağlam qüvvələrin hər addımda təhqir edilməsinə, onların hədələnməsinə, döyülməsinə heç bir reaksiya verilmir. Bir sözlə, rayon prokuroru və rayonun xalq hakimi Azərbaycan dövlətinin və respublika hökumətinin qanunlarını və hüquqi aktlarını yerinə yetirmək istəmir, Xalq Cəbhəsinin mənafeyinə xidmət göstərirlər. 1 mart 1994-cü il tarixdə biz ağsaqqalların təşəbbüsü ilə keçirilən mitinqdə ictimaiyyəti narahat edən bir sıra problemlər açıqlandı. Çıxış edənlər dəqiq faktlar əsasında göstərdilər ki, rayon rəhbərliyi fəlakət qarşısında olan rayonu xilas etmək iqtidarında deyildir. Buna görə də xalq deputatları məclisinin və İcraiyyə Komitəsinin rəhbərliyi qeyd-şərtsiz istefa verməlidirlər”. 

Bu sətirlər ümummilli liderimiz Heydər Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Ordubad rayonunun şəhər, qəsəbə və kəndlərində yaşayan bir qrup ağsaqqalın iştirak etdiyi, 1 mart 1994-cü il tarixdə keçirilmiş mitinqdə qəbul edilmiş müraciətindən götürülüb. Qeyd edək ki, müraciət “Şərq qapısı” qəzetinin 5 mart 1994-cü il tarixli nömrəsində dərc edilib və Ordubad rayonunun o illərdəki durumunu gözlər önünə sərir.

Ardını oxu...

Ötən ayın nəticələri bunu bir daha təsdiq edir

Müasir dövrdə elm iqtisadi tərəqqinin və sosial inkişafın əsas təminatçı sferalarından biri kimi çıxış edir. Dünya praktikası isə həm də bunu sübut edir ki, intellektual fəaliyyətin məhsulu olan yüksək texnologiyaların tətbiqi yeni-yeni inkişaf istiqamətlərini müəyyənləşdirir, nailiyyətlərin davamlılığını təmin edir. Bu mənada, elmi-tədqiqat müəssisələrinin, müvafiq qurumların innovasiya-texnoloji mərkəzlərinin yaradılması, onlar üçün müasir infrastrukturun qurulması böyük əhəmiyyət kəsb edir. Xüsusən də təbii sərvətlərimizin öyrənilməsi, faydalı qazıntıların aşkara çıxarılması istiqamətində geoloji işləri davam etdirən qurumlar üçün müasir infrastrukturun mövcudluğu əhəmiyyətli nəticələrin əldə olunmasına birbaşa təsir göstərir. Sentyabrın 6-da Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleksin istifadəyə verilməsi, bu mənada, önəmlidir.

Ardını oxu...

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir. Məhz bu tarixdən Azərbaycanda özbaşınalığa, anarxiyaya, xaosa son qoyulmuş, ictimai-siyasi sabitlik bərpa edilmiş, ölkəmizin müstəqilliyi möhkəmləndirilmişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasından sonra ölkədə hakimiyyətsizlik, özbaşınalıq hökm sürürdü. Müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin təmin olunması və nəhayət, Azərbaycanın parçalanmaqdan xilası həllini gözləyən ən mühüm vəzifələr idi. Daxili və xarici siyasətdəki uğursuzluqlar nəticəsində ölkənin müxtəlif bölgələrində separatçı qüvvələr baş qaldırmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Həmin dövrdə ulu öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbər­lik edir, burada müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atırdı. Belə ki, l990-cı il iyulun 22-də ümummilli lideri­mizin Naxçıvana gəlişi xalqın böyük sevincinə səbəb olmuşdu. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşılamışdır. Naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində ulu öndəri özlərinə rəhbər seçmişdilər. Görkəmli dövlət xadimi Heydər Əliyev isə Naxçıvanı təhlükələrdən qorumuş, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə nail olmuşdur.

Ardını oxu...

Son illərdə muxtar respublikada qazanılan uğurlar barədə danışarkən öncə bunun təməlində hansı amillərin dayandığını düşünürsən. Cavab birmənalıdır: insan amilinə göstərilən qayğı, onun yaxşı yaşamasını, işləməsini təmin edən şəraitin yaradılması. Bu amillərin tərkib hissəsi isə genişdir: tikinti-quruculuq tədbirlərinin həyatımızın hər sahəsini əhatə etməsi, sənayenin, aqrar sektorun inkişafı üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi, müxtəlif xidmət sahələrində müasir iş şəraitinin təmin edilməsi və sair.  Bütün bunları bu gün paytaxt şəhərimiz Naxçıvandan tutmuş muxtar respublikanın ən ucqar dağ və sərhəd bölgələrində görə bilərik və görülən işlər, haqlı olaraq, region sakinləri tərəfindən yüksək dəyərləndirilir. Bu baxımdan 2017-ci ilin ötən dövrünün uğurlu nəticələri də təbiidir. Ona görə də yurd, torpaq təəssübünü hər şeydən üstün tutan hər bir naxçıvanlı bu müddət ərzində qazanılan uğurlara sevinir. Naxçıvanın Şərqə açılan qapısı hesab edilən Culfa da bu gün tamam özgə bir büsatdadır. 

Dünən belə deyildi

Qədim tarixi olan bu yurd yerinin yaxın keçmişinə qayıdaraq o dövrü xatırlayanlar bugünkü inkişaf və tərəqqi müstəvisində keçmişlə müqayisə belə, apara bilməzlər. Çünki sovet dönəminin ən güclü vaxtlarında burada barmaqla sayılası həcmdə iş görül­məsini yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. Baxmayaraq ki, Culfa o vaxt hərbçilər və dəmiryolçular şəhəri kimi tanınırdı. Buraya bir ucu Vladivostokdan, bir ucu Kamçatkadan, Sibirdən qonaqlar gəlirdi. Ovaxtkı Culfa Rayon Partiya Komitəsinin, Gömrük İdarəsinin və “İnturist” mehmanxanasının binaları dövrün yeni tikililəri olsa da, ənənəvi layihələrdən seçilmirdi. Digər tikililər də cansıxıcı görkəmilə uzaqdan seçilirdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə bu bölgənin də üzünə gün doğdu. Rayonda həyat canlanmağa başladı. Culfa şəhərində və kənd yaşayış məntəqələrində yeni tikililər həyata vəsiqə aldı. 1988-ci ilin sonlarından başlanan hadisələr bu rayonu da iflic vəziyyətə saldı. Ancaq hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanan culfalılar çətinliklərə dözdülər. Ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonu da yeni inkişaf dövrünə qədəm qoydu.
Son 22 il ərzində rayonun siması tamamilə dəyişib. Culfa şəhərində və bölgənin kəndlərində istifadəyə verilən yeni tikililəri saymaqla qurtarmaq olmaz. Həmin obyektlərin hamısı müasir arxitektura üslubunda və gələcək perspektivlər nəzərə alınmaqla inşa olunub. 2017-ci ilin ötən dövründə də bu tədbirlər davam etdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin sentyabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 9 sentyabr tarixli 86 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları” təsdiq edilmişdir. Qaydalara əsasən test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında dövlət qulluğu üzrə müraciət formasını doldurur. Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı halda və ya Formaya daxil edilmiş məlumatları və sənədləri eyniləşdirmə məqsədilə test imtahanında müvəffəqiyyət ­qazanmış namizəd şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin, əmək kitabçasının (olduğu halda) və müvafiq dövlət qulluğu vəzifəsi üzrə malik olduğu sertifikatın surətini, kadrlar uçotunun şəxsi vərəqəsini ­ 5 (beş) iş günü müddətində Komissiyaya təqdim etməlidir. Müsahibədə iştirakla bağlı müraciət etmək istəyən namizəd Forma vasitəsilə sayta daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda müvafiq düzəlişləri edir və müsahibə elanı verildiyi gündən 30 (otuz) gün müddətində həmin müsahibədə iştirak üçün Komissiyaya müraciət edir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyev­in 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Azərbaycanda prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabr ayının 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.
Bu dövrdən başlayaraq ulu ­öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, – deyən ulu öndərin rəhbər­liyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə komitənin kollektivi ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin ­mərkəzində ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində eksponatlarla tanış olub.

Tədbirdə komitə sədri Ramilə Seyidova çıxış edərək əməkdaşları yubiley münasibətilə təbrik edib və bildirib ki, ölkəmizdə ailə, qadın və uşaq siyasətinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb.
Muxtar respublikada da ailə, qadın və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli ­Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, 2007-ci il 25 ok­tyabr tarixli Fərmanla komitənin Əsasnaməsi təsdiq edilib. Ötən müddət ərzində Əsasnaməyə müvafiq dəyişikliklər edilib, muxtar respublikada ailə, qadın və uşaq siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin etmək əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Komitənin fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Ardını oxu...

Sentyabrın 28-də Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə “Nağdsız ödənişlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Vergilər, Təhsil nazirliklərinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri məktəbin direktoru Əli Novruzov açıb.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Azər Səfərov və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublika Baş İdarəsinin əməkdaşı Hidayət Məmmədov “Nağdsız ödənişlər və texnoloji yeniliklər” mövzusunda tədbir iştirakçılarına məlumat veriblər.
Muxtar respublikanın Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Ödəniş kartları nağdsız əməliyyatlar üçün əsas vasitələrdəndir” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a əsasən Vergilər Nazirliyi və bank orqanları qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması, belə ödənişlərin həcminin əhəmiyyətli şəkildə artırılması, POS-terminallardan səmərəli istifadə edilməsi və sair vardır. Keçirilən tədbirin də əsas məqsədi ondan ibarətdir ki, nağdsız əməliyyatların əhəmiyyəti və ödəniş kartlarının üstünlükləri haqqında hər kəs məlumatlı olsun.

Ardını oxu...

VII əsrdə Azərbaycanda İslam dininin qəbul edilməsi xalqın müqəddəratında ciddi dönüşün başlanğıcı olub. Zaman keçdikcə türk və qeyri-türk etnoslar arasında yaranan dini birlik bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin dərinləşməsinə şərait yaradıb. İslamı qəbul etmiş etnoslar Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına qarşı türk-islam bayrağı altında birləşib.

Əsrlərdən bəri ölkəmiz müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Sovet dövründə Azərbaycanda dinlə bağlı sərt qadağaların mövcud olmasına baxmayaraq, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanıb və bu gün də həmin dəyərlər yaşadılaraq gələcək nəsillərə çatdırılır.
Azərbaycanın İslam aləmində qazandığı nüfuz müstəqillik illərində – 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə öz ifadəsini bir daha tapıb. Bu çərçivədə həyata keçirilən çoxsaylı tədbirlər ölkəmizin islami dəyərlərə bağlı olduğunu, tarixboyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla yanaşdığını bir daha təsdiq edib. Bütün bunlar respublikamızın tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, Azərbaycanın İslam dünyasına inteqrasiyası sahəsində yeni dövrün başlanğıcını qoyub. Qürur duyuruq ki, 2018-ci ildə bu missiyanı Naxçıvan şəhəri yerinə yetirəcək.

Ardını oxu...

Qədim Naxçıvan torpağında yaşı ululardan ulu, igid, qəhrəman vətən övladlarının daşına, qayasına qanlarıyla tarix yazdıqları bir yurd yeri var. Xeyirin şərə qələbə çaldığı, düşmənin canına vəlvələ salan əzəmətiylə, qorxmaz insanlarıyla, yağının inadına onun gözü önündə salınan möhtəşəm tikililəri, bağ-bağatlarıyla, qoynunda vətən uğrunda canlarından keçmiş şəhidlərinə yer vermiş bu diyar Sədərəkdir. O Sədərək ki, Naxçıvanın ən çətin günlərdə düşmənin qarşısında səddə çevrilib. O yurd yeri ki, xalqımızın ən ali dəyərlərindən, qeyrət və şücaət daşlarından qurulan qalasının qapılarını düşmən üzünə bağlayıb, döyüşüb, mübarizə aparıb və qalib gəlib. İgid ərənlərimiz, fədailərimiz bu məkanın həm vətən torpaqlarının həm ilk, həm də son sərhədi olduğunu ən yüksək səslə hayqırıblar və sübuta yetiriblər ki, vətən sərhədi ana laylası, ana südü kimi müqəddəsdir, bu müqəddəsliyə heç kim xələl gətirə bilməz.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamı rayonun, eləcə də Heydər­abad qəsəbəsinin inkişafında mühüm rol oynayıb. Heydərabad qəsəbəsi dövlətimizin diqqət və qayğısı sayəsində inkişaf edir, çiçəklənir. Bu yurd yeri ulu öndərimizin əsasını qoyduğu, muxtar respublika rəhbərinin uğurla davam etdirdiyi quruculuq siyasətindən maksimum bəhrələnir.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda olan və aprel döyüşlərindən bəhs edən “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı sənədli film nümayiş etdirilib.
Filmə, ümumilikdə, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları da daxil olmaqla, 410 nəfər gənc baxıb.

Ceyhun MƏMMƏDOV

Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan Babək rayonunda da hər il yeniləşən kəndlərin sayı artır, sosialyönümlü layihələr uğurla icra olunur. Cari ildə rayonun Payız kəndində kompleks quruculuq işləri aparılıb, məktəb binası əsaslı şəkildə yenidən qurulub, kənd və xidmət mərkəzləri inşa olunub, yol infrastrukturu yenilənib və köhnə dəyirmana ikinci həyat verilərək bərpa olunub. Ötən günlərdə Ali Məclis Sədrinin iştirakı ilə bir gündə 4 yeni sosial obyektin və kənd yolunun istifadəyə verilməsini payızlılar dərin minnətdarlıqla xatırlayırlar.

Babək rayonunun ucqarlarında – Məkkəzdağın sərin mehinin tumarladığı bir kənd var. O kənddən üzü­aşağı çay boyunca səpələnən Gülşən­abad və Cəhri kəndləri əzəmətli, vüqarlı görünür. Bu kənd çoxlarına doğma ana yurdu, isti ocaqdır. Sərin meşəsini, barlı-bəhərli meyvə bağlarını, füsunkar təbiətini, insanlarının qonaqpərvərliyini sözlə ifadə etməkçün coşqun təbiətli şair olmaq lazımdır. Bu kənd Payızdır. İlin elə bir vədəsində həmin kəndə üz tutmuşduq ki, təbiət bir az miskin, kənd həyatı isə olduqca qaynar idi. Çünki son günlər bu yurd yerinin həyatında əlamətdar hadisə baş verib. Payız müasirləşib, sovet dönəmindən bəri yığılıb qalan sosial problemlər həllini tapıb. Artıq bu kənd öz müasir görkəmi ilə təbiətin indiki ahənginə tabe olmaq istəmir. Fürsətdən istifadə edib redaksiyamızın arxivində qalan və bir neçə il əvvəl Payızda çəkilmiş kənd məktəbinin binasının fotoşəklini oxucularımızla bölüşürük. Gəlin həmin vaxtla indini biz yox, fotolar özü müqayisə etsin…

Ardını oxu...

Naxçıvan Şəhər Təsərrüfat­hesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Yasin Əli­yevin, Elxan Novruzovun, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmməd­ovun çıxışları olub. Çıxışlarda bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar avqustun 26-da keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı bir sıra işlər görülüb. İlk növbədə, şəhərlərarası və rayonlararası avtobusların hərəkət qrafiki bir daha nəzərdən keçirilib, qrafiklər daha da təkmilləşdirilib. Muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və taksilərin Daxili İşlər Nazirliyi ilə birlikdə texniki müayinəsi təşkil edilib. Müəyyən olunan nasazlıqlar aradan qaldırılıb, ucqar dağ və sərhəd kənd­lərinə işləyən avtobuslara lazımi köməkliklər göstərilib. Xarici görünüşü uyğun olmayan avtobuslara təmir üçün vaxt verilib.

Ardını oxu...

Doğma diyarımıza təbiət min bir çalar, naxış vurub, ona nadir rəssam fırçası ilə ülvi gözəlliklər bəxş edib. Bu gün qədim Naxçıvan, onun ən ucqar bölgələri belə, ayrı bir büsatdadır. Hər yer müasirlik donuna bürünüb. İllər öncə bu yurd yerinə yolu düşənlər indi Naxçıvana gələrkən buranı tanıya bilmirlər. Şərur rayonu da gözəlliyə qovuşan bölgələrimizdən biridir. Bu gün rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələri də tanınmaz dərəcədə dəyişib. Belə ünvanlardan biri də qədim tarixi olan Oğlanqala kəndidir. Ulu əcdadlarımızın yaratdığı qədim mədəniyyətin izlərini və zəngin tarixi özündə yaşadan Oğlanqala kəndi bu gün həm də müasir görkəmi ilə diqqəti çəkir.
Bu ərazinin coğrafi cəhətdən əlverişli sahədə yerləşməsi, münbit və bərəkətli torpaqları, rəngarəng təbiəti ulu babalarımızın da diqqətindən yayınmayıb. Ona görə də eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində eyniadlı kəndin ərazisindəki Qaratəpə dağının ətəyində yurd salıb, yuva qurublar. “Oğlanqala” tarixi abidəsi bu gün də eyniadlı kəndin rəmzi sayılır. Qədimliyini özündə saxlayan bu yurd yerinə bu gün yolu düşən hər kəs buradakı yeniliyin, müasirliyin, inkişafın şahidi olur. Muxtar respublikamızda geniş vüsət alan tikinti-quruculuq tədbirləri bu yaşayış məntəqəsini də əhatə edib. Belə ki, 2016-cı il fevral ayının 15-də Oğlanqalada bir neçə sosial obyekt istifadəyə verilib.

Ardını oxu...

Naxçıvan şəhərinin, onun qəsəbə və kəndlərinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı tədbirlərinin yüksək sürət və keyfiyyətlə həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.
Son illərdə muxtar respublikada yeni elektrik stansiyalarının qurulması və enerji təhlükəsizliyinin təmin olunması, əhalinin ilboyu dayanıqlı təbii qaz, elektrik enerjisi və içməli suya olan tələbatının ödənilməsi, istilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri və yaradılan şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırıb. Bütün bunlara baxmayaraq, muxtar respublikanın iqlim şəraiti nəzərə alınaraq bu mövsümə hazırlıq tədbirləri hər il diqqətdə saxlanılır, mövcud infrastruktur daha da təkmilləşdirilir və müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar olaraq idarə tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində mərkəzləşdirilmiş və fərdi qazanxanalarda əsaslı və cari təmir işlərinin aparılması davam etdirilib, istismara yararlı qazanlar ərpdən təmizlənib, ötən mövsümdə sıradan çıxan avadanlıqlar yeniləri ilə əvəzlənib. Beş ünvanda mərkəzləşdirilmiş qazanxananın xarici istilik xətti izolyasiya edilib, elektrik, qaz və su xətlərinə baxış keçirilib.

Ardını oxu...

Sentyabrın 20-də Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik orqanlarının yaradılmasının 25-ci ildönümü qeyd olunub.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Sonra tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” 2017-ci il 19 sentyabr tarixli Sərəncamını oxuyub. ­Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları ilə təltif ediliblər.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.
Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş, minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz dağıdılmış, terrora məruz qalmışdır. Atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, münaqişədən əziyyət çəkir.

Ardını oxu...

Azərbaycan dünyanın zəngin təbii sərvətlərinə malik olan ölkələrindən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətdən yalnız XX əsrin sonralarında – müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsinə xidmət etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması demək idi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında tale­yüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tama­milə cavab verən müqavilə şərtləri əldə edildi. Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin əmək sərf etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncağı giriş sözü ilə xidmətin rəisi Namiq Paşayev açaraq bildirib ki, muxtar respublikanın energetika sektorunun növbəti mövsümə hazır­lığı tapşırığa uyğun olaraq diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, alternativ və bərpaolunan enerji mənbələri üzrə işləyən elektrik stansiyalarında elektrik enerjisi istehsalı ümumi istehsalın 60 faizi qədərdir ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə mühüm göstərici hesab edilir. Bundan başqa, Culfa rayonu ərazisində külək elektrik stansiyasının tikintisi üçün ölçü qurğuları alınıb quraşdırılıb. Araz çayı üzərində derivasiyatipli 36 meqavat güclü Ordubad Su Elektrik Stansiyasında su aparan kanalın və digər qurğuların tikintisi həyata­ keçirilir.
Ordubad rayonu ərazisində ­tikilməsi nəzərdə tutulan 14 meqavat güclü Tivi Su Elektrik Stansiyasının texniki-iqtisadi əsaslandırılması və ilkin layihə sənədləri hazırlanıb.
Hazırda Şahbuz rayonunda işçilərin iş şəraitini yaxşılaşdırmaq üçün yeni inzibati idarə binası və ikitransformatorlu müasir 35/10 kilovoltluq yarımstansiyanın tikilərək istismara verilməsi üçün son tamam­lama işləri aparılır. Bu məqsədlə 1 kilometr uzunluqlu birdövrəli 35 kilovoltluq, 10 kilometr uzunluqlu 10 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi işləri artıq başa çatdırılıb.

Ardını oxu...

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə 2, Dövlət Arxiv İdarəsinə 1, Kəngərli Rayon Məhkəməsinə 1, İqtisadiyyat Nazirliyinə 1 və Ordubad Rayon Baytarlıq İdarəsinə 1 ədəd “NAZ-Lifan” markalı xidməti avtomobil təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, muxtar respublikada dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılır, yeni inzibati binalar tikilərək istifadəyə verilir, onların maddi-texniki bazası möhkəmləndirilir. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməkdir. Bu gün 5 dövlət qurumuna yerli istehsal olan “NAZ-Lifan” markalı xidməti avtomobillərin verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır. Yeni xidməti avtomobillər idarəetmədə işin keyfiyyətini daha da yüksəldəcək.
Qeyd olunub ki, Naxçıvan Avtomobil Zavodunun bu gün təqdim olunan “NAZ-Lifan-620” və “NAZ-Lifan X-60” modelləri yüksək keyfiyyəti və rahatlığı ilə seçilir. Bu da işin keyfiyyətinin artırılmasına öz töhfəsini verəcəkdir. Buna görə də dövlət qurumlarının əməkdaşları avtomobillərin düzgün istismarına fikir verməli, onlara vaxtında lazımi texniki qulluq göstərməlidirlər.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov yeni avtomobillərin dövlət qurumlarında xidmətin keyfiyyətini yüksəldəcəyini, idarəetmədə səmərəliliyi artıracağını qeyd edib.
Kəngərli Rayon Məhkəməsinin hakimi Əhliman Xıdırov və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.

"Şərq qapısı"

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Sərəncam ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, ictimai xadimlər, jurnalistlər və ziyalılar kütləvi informasiya vasitələrində bununla bağlı fikirlərini bildirmiş, informasiya saytlarında və qəzetlərdə məqalələr dərc etmişlər. Həmin məqalələri təqdim edirik. 

İsa Həbibbəyli: “Vasif Talıbovun sərəncamı kitaba yenidən qayıdışdır”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Ali Məclis Sədrinin sərəncamı ictimaiyyət arasında və sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse- prezidenti, akademik İsa Həbibbəyli mətbuata açıqlamasında məsələyə münasibət bildirib.

Ardını oxu...

Naxçıvan televiziyasının videoarxivində diqqətimi 25 il əvvəl şəhərin Təbriz küçəsində lentə alınmış kadrlar cəlb edir. Ətrafdakı hər kəs ürəkağrısı və hiddətlə deyilən sözlərə diqqət kəsilib:
“Cinayət edirsiz, vallah, cinayət edirsiz! Tarix sizi bağışlamayacaq. Bax, o abidəni tikənlərə (əli ilə Zaviyə-mədrəsə binasını göstərir) min il sonra da rəhmət oxuyacaqlar. Siz isə qırıb-dağıdır, məhv edirsiniz”.
Bu, ulu öndər Heydər Əliyevin “Təbriz” otelinin qarşısındakı ağacları kəsib doğrayanlara qarşı ciddi etirazı, böyük mənəvi qınağı idi. O zaman ümummilli lider Moskvadan Naxçıvana yenicə gəlmişdi. Sadə həyat sürür və hələ heç bir siyasi vəzifə daşımırdı...

Gəmi batmağa başlayanda onu birinci siçanlar tərk edir... Əsl kapitanlar isə gəmini buraxmır, onu bütün təlatümlərdən xilas edib sahilə çıxarırlar

Bu, həmin Naxçıvan idi. Ötən əsrin 90-cı illərində batan gəmini xatırladan Naxçıvan. Ağır blokada, işğal təhlükəsi, çörək və enerji imtahanları sanki hər şeyi donduraraq iflic etmişdi. Hər şeyə rəğmən ürəklər azadlıq, müstəqillik eşqi ilə alovlanırdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 12 iyul 2017-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə sentyabrın 11-də start verilmişdir.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 49 dövlət orqanında 642 vakant vəzifə üzrə 744 namizəd sənəd təqdim etmişdir ki, bu da indiyədək keçirilən müsabiqələr tarixində ən yüksək göstəricidir. Namizədlərdən 8-i dördüncü, 29-u beşinci, 429-u altıncı və 278-i yeddinci təsnifat vakant vəzifələr üzrə qeydiyyatdan keçmişdir.
İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünya­görüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün onlara 2 saat 30 dəqiqə vaxt verilmişdir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilmişdir.
İmtahanlarda keçid balını toplamış namizədlərə sertifikat veriləcək və onlar müsahibə mərhələsində iştirak etmək hüququ ­qazanacaqlar.
Nəticələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) ­yerləşdirilmişdir.
Test imtahanları 29 sentyabr 2017-ci il tarixədək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən tədbiri nazir Famil Seyidov açaraq məruzə edib.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub. Bu məqsədlə muxtar respublikada daxili bazarın qorunması, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması, soyuducu anbar və istixanalardan səmərəli istifadə etməklə əhalinin tələbatının tam ödənilməsinə nail olunması istiqamətində icra planı hazırlanıb.
Qeyd edilib ki, mövsümə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması istiqamətində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə birgə soyuducu anbarların və istixana komplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, tələbatdan artıq istehsal olunan meyvə və tərəvəz məhsullarının anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti cari ilin avqust ayı ərzində miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirləri davam etdirib.
Xidmətdən aldığımız məlumata görə, ötən ay Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 35 əcnəbi aşkarlanıb. Onlardan 29-u barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 6-sı barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Ardını oxu...

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mühüm əhəmiyyəti ilə seçilən “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalandı. Sərəncamın mətnində Naxçıvanda belə bir muzeyin yaradılması zərurətini şərtləndirən amillər ardıcıllıqla sadalanır, eyni zamanda duz mədənçiliyi ilə bağlı faktların tarixiliyi önə çəkilir. Belə bir mühüm dövlət sənədinin imzalanması həm də digər maraqlı tərəfləri ilə diqqət çəkir.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan müasir Naxçıvan Muxtar Respublikasının ərazisi Şərqin ən qədim tarixə və mədəniyyətə malik bölgələrindəndir. Yunan alimi Klavdi Ptolomeyin bizim eranın ikinci əsrində tarixdə ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatması diyarın zəngin tarixi mədəniyyətinə Şərq kontekstindən əlavə, həm də dünya tarixinin mədəni prizmasından baxmağa əsas yaradır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən bura səfər etmiş səyyah və coğrafiyaşünasların xatirələrində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılır. Bu isə bəşəriyyətin ikinci yaranışının Naxçıvanla birbaşa əlaqəli olması faktını ortaya qoyur.
Faktın mükəmməlliyi ondadır ki, Naxçıvanla bağlı bütün yazılı mənbələrdə və səyyahların xatirələrində bu qədim diyarın adı hər hansı bir bölgə və ya ərazi kimi məchul deyil, bəzi fonetik dəyişikliklər istisna edilməklə, olduğu kimi yazılmasıdır. Yəni sözün kökündə Nuhla bağlılıq inkarolunmazdır. Sərəncamda adıçəkilən rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunmuş “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olmasının, şəhər əhalisinə duz çıxartmağı öyrətməsinin qeyd edilməsi isə Naxçıvanda duz mədənçiliyinin minilliklərlə yaşı olduğunu üzə çıxarır. Elə Naxçıvanla bağlı son illərdə aparılmış tədqiqatlarda, nəşr olunmuş elmi mənbələrdə gəlinən ortaq fikir də bundan ibarətdir ki, buradakı şəhər mədəniyyətinin əsasını duzçıxarma, duz mədənçiliyi təşkil edib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub.
İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə icrasına xüsusi diqqət yetirilir. Bu məqsədlə bölmənin elmi-tədqiqat müəssisələrində su, qaz, işıq sistemi yoxlanılıb, lazımi tədbirlər görülüb.
Sonra bölmənin İşlər idarəsinin baş mütəxəssisi Abbasəli Maqsudov payız-qış mövsümünə hazırlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. O, qış mövsümünə hazırlıqla əlaqədar mövcud istilik sistemlərinin vaxtında texniki baxışdan keçirildiyini, yararsız avadanlıq və xətlərin aşkar edilərək lazımi tədbirlərin görüldüyünü qeyd edib. Baş mütəxəssis ötən illərdə bölmənin elmi-tədqiqat institutlarında hər hansı bir ciddi problemin olmadığını bildirərək bu il də payız-qış mövsümünə tam hazır olduqlarını diqqətə çatdırıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar ­Nazirliyində keçirilən yığıncağı nazir Rövşən Məmmədov açıb.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə icrasına nazirlikdə xüsusi diqqət yetirilir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun tabeliyində olan müəssisələr üzrə payız-qış mövsümünə hazırlıqla bağlı qarşıda heç bir problem yoxdur. Nazirliyin anbarında hər zaman qəza halları üçün müxtəlif diametrli kabellərin hər birindən 2 kilometr olmaqla ehtiyat saxlanılır. Xüsusilə əsas magistral xətlərdə istifadə olunan optik kabellər, müxtəlif optik çeviricilər, muftalar və qəza zamanı istifadə olunan digər zəruri avadanlıqların daim anbarda olmasına xüsusi diqqət yetirilir. Mövsümdən asılı olmayaraq, istismar edilən bütün elektron qurğuların ehtiyat hissələrinin və bloklarının olması nəzarətdə saxlanılır. Belə ki, ehtiyat mal-material tükənmədən əlavə hissələrin alınması təmin edilir.

Ardını oxu...

Keçmişimizi və bu günümüzü özündə əks etdirən belə muzeylər gələcək nəslin tərbiyəsində, tarixi keçmişə ehtiram, vətənə məhəbbət ruhunda formalaşmasında böyük əhəmiyyət daşıyan mədəniyyət müəssisələridir. Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyinin müasir memarlıq üslubunda inşa olunmuş binası, səliqə-sahmanı bu ünvana üz tutan hər kəsin diqqətini ilk anda cəlb edir. 

1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Şəhidlər Muzeyi yaradılıb. Muzey 500 eksponatla fəaliyyətə başlayıb. 8 avqust 2000-ci il tarixdə muzeyin adı dəyişilərək Xatirə Muzeyi adlandırılıb. Hazırda burada 2000-dən artıq eksponat var. Onlardan 337-si ekspozisiyada sərgilənir. Muzeyin ekspozisiyası xronoloji ardıcıllıqla qurulub. Azərbaycanda baş verən qırğınlara və törədilən etnik qarşıdurmalara ilk hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1918-ci il 31 mart, 1990-cı il 20 yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı dahi rəhbərin imzaladığı sərəncamların surəti muzeydə özünə yer alıb.
Ekspozisiyada 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələri əks etdirən material, fotoşəkil və sənədləri görmək olar. Həmin illərdə erməni qəsbkarları hücum edərək yaşayış məntəqələrimizi soyur, talayır, əhalini isə xüsusi amansızlıqla qətlə yetirirdilər. Ermənilərin yürütdüyü “yandırılmış torpaq” siyasəti nəticəsində o dövrdə təkcə Bakı şəhərində 70 min insan qətlə yetirilmişdi. Andranikin başçılıq etdiyi erməni quldur dəstələri Naxçıvan mahalına da hücum etmişdilər. Yaycı kəndi tamamilə yandırılmış, əhaliyə heç bir çərçivəyə sığmayan şəkildə divan tutulmuşdu. Naxçıvanda 73 min 727 nəfər qətlə yetirilmişdi.

Ardını oxu...

Ötən ayın nəticələri də belə deməyə əsas verir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim xalqımızın güvənc yeri olub. Dahi şəxsiyyət muxtar respublikamızın ən çətin günlərində – 1990-cı il iyul ayının 22-də Naxçıvana gəlib, naxçıvanlılar Onu, O da Naxçıvanı qoruyub. Həmin il 340 nömrəli Nehrəm Seçki Dairəsindən ulu öndərin Azərbaycan SSR Xalq deputatlığına namizədliyi irəli sürülüb. Görkəmli dövlət xadimi Nehrəmə gələrək burada seçiciləri ilə görüşüb. Onun seçicilərlə görüşdüyü həmin ünvan bu gün Nehrəmdə müqəddəs bir yer sayılır. Bu ünvanda Heydər Əliyev Parkı salınıb, ümummilli liderin yüksəklərə qaldırdığı Azərbaycan bayrağı parkın mərkəzində ucaldılıb. Avqustun 5-də Nehrəm kəndində Heydər Parkı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nehrəm kəndində Heydər Parkının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: “Son illər Nehrəm kəndində geniş quruculuq işləri aparılmış, yeni məktəb binaları, musiqi məktəbi, rahat yol, xəstəxana tikilmiş, içməli su və kanalizasiya xətti çəkilmiş, rabitə və elektrik xətləri yenilənərək sakinlərin istifadəsinə verilmişdir. Bu gün açılışı olan Heydər Parkı da kənddə həyata keçirilən quruculuq tədbirlərinin davamıdır. Müasir sosial obyektlər və yaradılan infrastruktur imkan verir ki, Nehrəm kəndi daha da inkişaf etsin. Bütün bunlar isə insanlarda dövlətə inamı yaradır, onların rahat yaşayışına xidmət edir. Heydər Parkında istirahət edənlər də 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin Nehrəm kənd sakinləri ilə görüşlərini xatırlayacaq, o çətin və tarixi günləri bir daha yada salacaqlar”.

Ardını oxu...

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqların icrası ilə bağlı sentyabrın 7-də nazirlikdə iclas keçirilib.
Tədbiri nazir Cavid Səfərov açaraq bildirib ki, müşavirədə nazirliyin tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin təminatının diqqət mərkəzində saxlanması, qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlərin görülməsi və hərbi hissələr üçün yun corabların toxunması işinin bu il də davam etdirilməsi istiqamətində tapşır­ıqlar verilibdir.
Nazir çıxışında vurğulayıb ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Ahıllar Evinin və bərpa mərkəzlərinin təminatına diqqət artırılmış, hərbi hissələr üçün yun corab və şərf toxunulması məqsədilə sağlamlıq imkanları məhdud 23 şəxslə müqavilə bağlanmış və onlar tərəfindən toxunmuş 3 min cüt yun corab və 700 yun şərf hərbi hissələrə təhvil verilmişdir.

Ardını oxu...

Hər bir valideyn övladı üçün gözəl gələcək arzulayır, həmin arzuların reallaşması naminə səylə çalışır, hər şey övladının könlüncə olsun deyə əlindən gələnin ən yaxşısını etməyə can atır. Uşağın qidalanması, geyim-keçimi, əyləncəsi, istifadə etdiyi əşyalar və daha nələr-nələr... Ən yaxşısı, ən keyfiyyətlisi, ən qeyri-adisi, ən fərqlisi və sair. Söhbət təhsildən getdikdə valideynin qayğısı, məsuliyyəti daha da artır.
Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Hər il olduğu kimi, bu dəfə də şagirdlər həyəcanlı, valideynlərsə qayğılıdır. Dərs ­ləvazimatları, məktəbli formaları, çantalar və adını sadalamadığımız digər zəruri əşyaların alınması üçün valideynlər səylə çalışırlar ki, övladları tam hazırlıqlı olaraq məktəbə yollansınlar. Bəs bu ehtiyacları təmin etməklə yanaşı, uşaqlarımızı psixoloji baxımdan məktəbə necə hazırlayırıq?
Azyaşlılar, xüsusən ibtidai sinif şagirdləri arasındakı münasibətdə məktəbli ləvazimatlarının fərqli (bahalı, rəngarəng olması və sair) olması onların davranışına, eyni zamanda psixologiyasına çox təsir edir. Belə fərq məktəblərdə geyimlər arasında aradan qaldırılsa da, məktəb ləvazimatları üçün keçərli deyil. Məktəbli yarmarkasında olarkən bəzi valideynlərin fikirləri ürək­açan olmasa da, həmin fikirləri sizlərlə bölüşmək istərdim. Onlar düşünürlər ki, bahalı və dəbdəbəli ləvazimatlar həm keyfiyyətli olur, şagirdi yarı yolda qoymur, həm də uşağı yazıb-oxumağa daha da həvəsləndirir. Lakin düşünməliyik ki, kiçik bir qələm uşaqlar arasında, sözün mənfi mənasında, həsəd hissi yaradır və ən əsası onların diqqətini dərsdən yayındırır. Şagird üçün keyfiyyətli, amma standart ləvazimat almaq – sadə qələm, dəftər və xətkeş həm onun fikrinin yayınmasının qarşısını alır, həm də dostları ilə münasibətinin gərginləşməsinə imkan vermir. Valideyn hökmən bahalı və keyfiyyətli ləvazimata üz tutarsa, mümkün qədər ən sadə və dəbdəbədən uzağını seçməlidir. Məncə, bu cür seçim valideynlərin övladları üçün atacağı müsbət addımlardan olar.

Ardını oxu...

(Əvvəli qəzetin 8 avqust 2017-ci il tarixli nömrəsində)

...Bu kənd Şərqlə Qərb arasında mühüm rol oynayan Böyük İpək Yolu üzərində yerləşir. Bir zamanlar yüklə dolu dəvə karvanlarının keçidinə şahidlik edən bu yurd yeri indi beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin hərəkət etdiyi mühüm dəhlizə çevrilib. İstər çar Rusiyası dövründə, istərsə də Sovetlər Birliyi zamanında kəndin adı mühüm strateji keçid məntəqəsi kimi çox sənədlərdə öz əksini tapıb. Ötən yazıda Azərbaycanın ən məşhur kəndlərindən biri olan Şahtaxtı haqqında məlumat versək də, əsas mövzumuz buradakı yaşı yüzdən çox olan tarixi yaşayış evləri barədə olmuşdu. Eyni zamanda kənddəki məhəllə adlarından, çoxsaylı sututarları olan göllərdən bəhs etmişdik. Bu yazıda da Şahtaxtının keçmişindən və bu günündən söhbət açacağıq. Ancaq gəlin əvvəlcə bu qədim yurdun tarixi keçmişinə qısa ekskurs edək.

Şahtaxtı – tarixin daş yaddaşı

Şahtaxtı Azərbaycanın, eləcə də Naxçıvanın ən qədim yaşayış məskənlərindən biridir. Bir ucu Araz çayına dayanan və “Qarahasar” deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəni ilk dəfə 1936-cı ildə arxeoloq Ələsgər Ələkbərov tərəfindən arxeoloji tədqiqatlara cəlb olunub və burada aşkar olunan maddi-mədəniyyət nümunələri ərazinin qədim və zəngin tarixə malik olduğunu təsdiq edib. Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olan Şahtaxtı eramızdan əvvəl II minillikdə ətrafı möhkəmləndirilmiş bir yaşayış yerinə çevrilib, Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin əsas istehsal ocaqlarından biri olub. Bizim eradan əvvəl III-I minilliyə aid Şahtaxtı Govur qalası isə Son Tunc – İlk Dəmir dövrlərinə aid edilir. Hazırda qalıqları mühafizə olunan qala divarları, güman ki, bir zamanlar yadelli hücumlardan müdafiə məqsədilə tikilib. Təəssüf ki, bu qala divarları, hələ geniş tədqiqatlara cəlb edilməyib və onun haqqında əlavə fikirlər səsləndirmək imkanımız yoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda komitə sədri Bəxtiyar İsmayılov məruzə edib.

Qeyd olunub ki, bu ilin avqust ayının 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib, komitə qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Tapşırıqlara əsasən komitə tərəfindən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan, istifadə qaydaları haqqında Azərbaycan dilində müvafiq təlimatı olmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bununla əlaqədar istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması həyata keçiriləcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Müşavirədə mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün muxtar respublikamızda 29 muzey, 3 döv­lət teatrı, 2 dövlət filarmoniyası, 400-dən­ çox klub, mədəniyyət evi, kitabxana, mədəni-maarif müəssisəsi, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və digər mədəniyyət, turizm obyektləri fəaliyyət göstərir. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərindən 21-i müstəqil ­qazanxana sistemi, 2-si ümumiləşdirilmiş istilik sistemi, 4-ü isə dizel yanacağı ilə, digər əsas müəssisələrdən 2-i qazanxana sistemi, 8-i isə ümumiləşdirilmiş qaydada qızdırılacaqdır.
Bildirilib ki, cari ildə nazirliyin tabeliyində olan müəssisələrin ehtiyacı üçün 40 min litr dizel yanacağı, 77 kvadratmetr şüşə, 91 ədəd şifer, 600 kiloqram maye qaz, 595 metr polietilen, 47 ədəd neft sobası, 188 ədəd boru və 94 ədəd dirsək alınacaqdır. Müəssisə və təşkilatlarda müstəqil qazanxana və kombi sistemlərinin mövsümə hazırlığı vəziyyəti də yoxlanılır, onlar tam hazır vəziyyətə gətirilir.

Ardını oxu...

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilmişdir. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlləri atılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə demişdir: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.
Belə bir fikir var ki, böyük şəxsiyyətlərin dünyaya gəlişi sakit, idarəçiliyə gəlişi mərhələli, idarəçilikdən gedişi xarizmatik, siyasi hakimiyyətə yenidən qayıdışları isə möhtəşəm olur. Bu möhtəşəm qayıdış heç də həmişə yox, yalnız tarixin gedişatının dəyişdiyi məqamlarda baş verir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldığımız zaman biz bu mərhələləri açıq-aydın görürük.

Ardını oxu...

Qədim Səmərqənd şəhərindəki İmam Buxari ziyarətgahının muzeyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən göndərilən “Qurani-Kərim”in təqdimetmə mərasimi keçirilib.

Ardını oxu...

Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yaradılmasının 25-ci ildönümü qeyd edilib.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Daha sonra tədbir Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binasında davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” 2017-ci il 30 avqust tarixli Sərəncamını kollektivin diqqətinə çatdırıb, əlamətdar gün münasibətilə onları təbrik edib.
Daha sonra Cəlil Rüstəmov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu 25 ildə mühüm inkişaf yolu keçib. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada hüquq institutlarının inkişafı təmin edilib, onların səlahiyyətləri artırılıb və fəaliyyətlərinin müasirləşdirilməsi üçün tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun statusunun artırılması da bu diqqət və qayğının bir nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin avqust ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 3 avqust tarixli 71 nömrəli qərarı ilə “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 oktyabr tarixli 89 nömrəli qərarında, 72 nömrəli qərarı ilə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda, 73 nömrəli qərarı ilə “Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2017-ci il 29 avqust tarixli 81 nömrəli qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nda və 82 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 29 avqust tarixli 83 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları” və 84 nömrəli qərarı ilə “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının Naxçıvan Muxtar Respublikasının aidiyyəti orqanlarının sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. Sonuncu Qaydalara əsasən aidiyyəti orqanlar növbəti ilin tələbatına uyğun proqnozlaşdırılan protokol, qərar (qərardad) blanklarının miqdarı barədə hər il iyulun 1-dək Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə rəsmi müraciət edirlər. Aidiyyəti orqanların təqdim etdiyi tələbata uyğun hazırlanmış protokol, qərar (qərardad) blankları Nazirlik tərəfindən aidiyyəti orqanların rəsmi müraciəti əsasında hər ilin 1 mart tarixinədək onlara təhvil verilir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib. Müşavirəni kənd təsərrüfatı naziri Elşad Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyinə də bir sıra tapşırıqlar verilib, bununla bağlı nazirlik tərəfindən tədbirlər planı hazırlanıb. Tapşırıqların icrası ilə əlaqədar nazirlik Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə bağlı maarifləndirmə tədbirlərini həyata keçirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdır.
Qeyd olunub ki, son dövrlərdə muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində bir sıra layihələr həyata keçirilib. Belə ki, aparılan meliorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının yaradılması, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaradıb. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrə və herbisidlərin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara güclü stimul verib.

Ardını oxu...

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən yığıncağı İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyahət İmanov yığıncaqda məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tabeli müəssisə və təşkilatlarla birlikdə bir sıra işlər görülüb. Belə ki, qarşıdan gələn mövsümə hazırlıq məqsədilə mərkəzləşdirilmiş və fərdi qazanxanalarda cari təmir işləri aparılıb. Sıradan çıxmış nasos və siyirtmələr yeniləri ilə əvəz edilib, elektrik və qaz xətlərinə baxış keçirilib, 1 fərdi qazanxanaya əlavə istilik qazanı qoyulub, 12 yaşayış binasının, Tədris-Ticarət Mərkəzinin xarici istilik sistemi, 4 fərdi qazanxananın 2 tonluq su çəni dəyişdirilib. Hazırda digər qazanxanalarda cari və əsaslı təmir, 15 binada daxili istilik xətlərinin dəyişdirilməsi işləri davam etdirilir.

Ardını oxu...

1990-cı ildə 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan SSR Xalq deputatlığına namizədliyi irəli sürülən ulu öndər Heydər Əliyevin seçicilərlə görüşə gəlməsinə hələ xeyli qalmış Nehrəm kəndinin mərkəzində, necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Böyükdən-kiçiyə, seçici yaşına çatmayan şagirddən kəndin ağsaqqalı, ağbirçəyinə qədər yüzlərlə adam dahi şəxsiyyəti görmək, dinləmək, bugünkü mürəkkəb şəraitə münasibətini bilmək üçün kəndin meydanına toplaşmışdı. Seçicilərlə görüşdə kənd sakinləri Sosialist Əməyi Qəhrəmanı Əli Əliyev, uzun illər muxtar respublikanın səhiyyə sisteminə rəhbərlik etmiş mərhum Əqil Mehdiyev və başqaları çıxış edərək ulu öndərimiz haqqında ürək sözlərini bildirdilər. Xalqımızın görkəmli oğlu Heydər Əliyev seçiciləri ilə görüşdə dedi: “Mən uzun müddət müxtəlif sahələrdə işləmiş, müxtəlif ali orqanların deputatı olmuşam. Xalqın etimadını doğrultmağa çalışmışam. Lakin indiki dövrdə, tarixin bu mühüm mərhələsində, ölkəmizin ictimai-siyasi vəziyyətinin gərgin bir vaxtında Azərbaycan Xalq deputatlığına namizəd göstərilməyim mənim üçün daha xoşdur. Buna görə mən böyük məsuliyyət hiss edirəm. Mənə belə bir etimad göstərdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Əgər deputat seçilsəm, heç seçilməsəm də, Azərbaycan xalqının gələcək səadəti uğrunda var-qüvvəmlə çalışacağam. Mən harada olmuşamsa, Nehrəm kəndinin Azərbaycan tarixində xüsusi yerini qeyd etmişəm. Bu tarixi kəndin, Nehrəmin yetirmələri Azərbaycan xalqının tarixində şərəfli yer tutmuşlar. Nehrəmlilər qoçaq, mətin adamlardır. Onlar həmişə öz keyfiyyətlərini qoruyub-saxlayıblar, öz zəhməti, əməyi ilə yaşayan adamlardırlar. Onlar ata-babalarının ənənələrini heç vaxt əldən verməyiblər”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. 

Bəzi informasiya saytları Sərəncamın mahiyyətini və əhəmiyyətini başa düşmədən “mülahizələr” səsləndirir, gənclər tərəfindən oxunması zəruri olan kitabları bütün muxtar respublika əhalisinə məcburi oxutdurulan kitablar kimi təqdim etməyə cəhd göstərirlər.   

Əslində Sərəncamda oxunması məcburi yox, zəruri olan kitablar gənc nəsil üçün nəzərdə tutulub. Təhsil və mədəniyyət müəssisələrində bu kitablardan ibarət güşələr yaradılacaq ki, bu da  kitabların daha asan seçilməsinə və oxunmasına xidmət edəcəkdir. Bir sözlə, söhbət ölkəmizin gələcəyi olan gənc nəslin kitaba və mütaliə mədəniyyətinə marağının artırılmasından gedir. 

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı ümummilli lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 26-cı ildönümünə həsr olunmuş “Naxçıvandan başlanan böyük xilaskarlıq missiyası” mövzu­sunda tədbir keçirib.

Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 1991-ci il 3 sentyabr özünün qurtuluş, istiqlal və inkişaf missiyası ilə Azərbaycan tarixində şanlı bir səhifə olaraq əbədiləşib. Blokada vəziyyətinin yaratdığı çətinliklərə sinə gərən, düşmən təcavüzünə qarşı rəşadətlə müqavimət göstərən naxçıvanlılar ulu öndər Heydər Əliyevə böyük məhəbbət və inam bəsləyərək ümummilli liderin öz fəaliyyətini Ali Məclisin Sədri kimi davam etdirməsini istəyirdilər. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə iclasında ulu öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi.
Qeyd olunub ki, dahi rəhbərimiz Ali Məclisin Sədri kimi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər görüb, “hakimiyyət xalq üçündür” prinsipini reallığa çevirib. Ümummilli lider real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə nail olub. Görkəmli dövlət xadiminin uzaqgörən siyasətinin nəticəsi olaraq 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyuldu.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR