25 Dekabr 2024, Çərşənbə

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi də tapşırılıb. Bu istiqamətdə muxtar respublikada neçə illər əvvəl yaradılmış ənənəyə uyğun olaraq hazırlanmış yun corablar və şərflər “N” hərbi hissəyə təhvil verilib.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, bu gün məhdud fiziki imkanlı 19 şəxs tərəfindən toxunan 1107 cüt yun corab və 214 ədəd şərf “N” hərbi hissəyə təhvil verilir. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına da öz töhfəsini verir. İlin sonunadək yun corab və şərflərin toxunması işi davam ­etdiriləcək.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elxan Əlibəyov bildirib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı yüksəldilir. Fiziki imkanları məhdud insanlar tərəfindən toxunan isti geyimlərin hərbi hissəyə təhvil verilməsi artıq ənənə halını alıb. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hərbi qulluqçuların məsuliyyətini daha da artırır, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.
“N” hərbi hissənin əsgəri Əli Rəcəbli əsgərlər adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda yun corablar və şərflər hərbi hissəyə təhvil ­verilib.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR