25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Şəhər Təsərrüfat­hesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Yasin Əli­yevin, Elxan Novruzovun, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmməd­ovun çıxışları olub. Çıxışlarda bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar avqustun 26-da keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı bir sıra işlər görülüb. İlk növbədə, şəhərlərarası və rayonlararası avtobusların hərəkət qrafiki bir daha nəzərdən keçirilib, qrafiklər daha da təkmilləşdirilib. Muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və taksilərin Daxili İşlər Nazirliyi ilə birlikdə texniki müayinəsi təşkil edilib. Müəyyən olunan nasazlıqlar aradan qaldırılıb, ucqar dağ və sərhəd kənd­lərinə işləyən avtobuslara lazımi köməkliklər göstərilib. Xarici görünüşü uyğun olmayan avtobuslara təmir üçün vaxt verilib.

Taksi ilə sərnişindaşımanın vəziyyəti xüsusilə nəzarətdə saxlanılıb. Taksi sürücülərinin geyim formasına, istifadə etdiyi nəqliyyat vasitəsinin təmizliyinə, sərnişinlərlə rəftarına, tarif qiymətlərinə əməl olunmasına nəzarət gücləndirilib.
Qeyd edilib ki, sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün avtovağzalların payız-qış mövsümünə hazırlığına diqqət artırılıb, istilik sistemləri yoxlanılaraq işlək vəziyyətə gətirilib, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Hazırda payız-qış mövsümündə avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət edilməsi üçün sərnişindaşıma fəaliyyəti göstərən avtobus və taksilərə Naxtel 4G, GPS sistemi quraşdırılması işləri davam etdirilir. Həmçinin şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək üçün bütün imkanlar səfərbər edilib və payız-qış mövsümünü qüsursuz başa vurmaq, əhaliyə fasiləsiz nəqliyyat xidməti göstərmək üçün hazırlıq işləri davam etdirilir.
Təsərrüfathesablı Nəqliyyat İdarəsində mexanik və çilingərlərdən ibarət təmir briqadası yaradılıb, bu dövrdə qarşıya çıxacaq nasazlıqları aradan qaldırmaq üçün idarənin təmir sexləri hazır vəziyyətə gətirilib.
Şəhər sakinlərinin marşrutdan rahatlıqla istifadə etmələri üçün 2 nömrəli marşrutun keçdiyi xətdə üç, 6 nömrəli marşrut xəttində isə iki yeni dayanacaq yaradılıb.
Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR