25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncağı giriş sözü ilə xidmətin rəisi Namiq Paşayev açaraq bildirib ki, muxtar respublikanın energetika sektorunun növbəti mövsümə hazır­lığı tapşırığa uyğun olaraq diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, alternativ və bərpaolunan enerji mənbələri üzrə işləyən elektrik stansiyalarında elektrik enerjisi istehsalı ümumi istehsalın 60 faizi qədərdir ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə mühüm göstərici hesab edilir. Bundan başqa, Culfa rayonu ərazisində külək elektrik stansiyasının tikintisi üçün ölçü qurğuları alınıb quraşdırılıb. Araz çayı üzərində derivasiyatipli 36 meqavat güclü Ordubad Su Elektrik Stansiyasında su aparan kanalın və digər qurğuların tikintisi həyata­ keçirilir.
Ordubad rayonu ərazisində ­tikilməsi nəzərdə tutulan 14 meqavat güclü Tivi Su Elektrik Stansiyasının texniki-iqtisadi əsaslandırılması və ilkin layihə sənədləri hazırlanıb.
Hazırda Şahbuz rayonunda işçilərin iş şəraitini yaxşılaşdırmaq üçün yeni inzibati idarə binası və ikitransformatorlu müasir 35/10 kilovoltluq yarımstansiyanın tikilərək istismara verilməsi üçün son tamam­lama işləri aparılır. Bu məqsədlə 1 kilometr uzunluqlu birdövrəli 35 kilovoltluq, 10 kilometr uzunluqlu 10 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi işləri artıq başa çatdırılıb.

Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 63 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilib şəbəkələrə qaytarılıb. Vurğulanıb ki, elektrik enerjisindən israfçılıqla istifadə edilməsi, həmçinin sayğacdankənar enerjidən istifadə olunması və sayğaclara müdaxilə hallarının qarşısını almaq üçün mütəmadi reydlər keçirilir.
Bildirilib ki, muxtar respublikanın elektrik şəbəkələrinə gün ərzində verilən elektrik enerjisinin çox hissəsi Naxçıvan Modul Elektrik Stansiyasında istehsal edilir. Hazırda stansiyada 48 min işləmə saatına uyğun əsaslı təmir işləri həyata keçirilir. Diqqətə çatdırılıb ki, 2017-2018-ci­ illərin payız-qış mövsümünə hazır­lıq üçün kifayət qədər avadanlıq və material ehtiyatı yaradılır. İlin sonunadək məftil, ağac dirək, yağ, 35 və 10 kilovat hücrələri, 10/0,4 kilovoltluq transformatorlar, kabellər alınması üçün yeni müqavilələr bağlanılıb.
Sonra payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə bağlı çıxışlar olub.
Tədbirə Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR