25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 12 iyul 2017-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə sentyabrın 11-də start verilmişdir.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 49 dövlət orqanında 642 vakant vəzifə üzrə 744 namizəd sənəd təqdim etmişdir ki, bu da indiyədək keçirilən müsabiqələr tarixində ən yüksək göstəricidir. Namizədlərdən 8-i dördüncü, 29-u beşinci, 429-u altıncı və 278-i yeddinci təsnifat vakant vəzifələr üzrə qeydiyyatdan keçmişdir.
İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünya­görüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün onlara 2 saat 30 dəqiqə vaxt verilmişdir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilmişdir.
İmtahanlarda keçid balını toplamış namizədlərə sertifikat veriləcək və onlar müsahibə mərhələsində iştirak etmək hüququ ­qazanacaqlar.
Nəticələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) ­yerləşdirilmişdir.
Test imtahanları 29 sentyabr 2017-ci il tarixədək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR