25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin avqust ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 3 avqust tarixli 71 nömrəli qərarı ilə “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 oktyabr tarixli 89 nömrəli qərarında, 72 nömrəli qərarı ilə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda, 73 nömrəli qərarı ilə “Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2017-ci il 29 avqust tarixli 81 nömrəli qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nda və 82 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 29 avqust tarixli 83 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları” və 84 nömrəli qərarı ilə “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının Naxçıvan Muxtar Respublikasının aidiyyəti orqanlarının sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. Sonuncu Qaydalara əsasən aidiyyəti orqanlar növbəti ilin tələbatına uyğun proqnozlaşdırılan protokol, qərar (qərardad) blanklarının miqdarı barədə hər il iyulun 1-dək Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə rəsmi müraciət edirlər. Aidiyyəti orqanların təqdim etdiyi tələbata uyğun hazırlanmış protokol, qərar (qərardad) blankları Nazirlik tərəfindən aidiyyəti orqanların rəsmi müraciəti əsasında hər ilin 1 mart tarixinədək onlara təhvil verilir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR