26 Dekabr 2024, Cümə axşamı

Aprelin 15-də keçirilən iməciliklər zamanı Naxçıvan şəhərinin sakinləri Naxçıvan Sənaye Kompleksinin yaxınlığındakı 1,2 hektarlıq yeni salınmış bağda 700 ədəd meyvə ağacı, həmin ərazidəki 1,5 hektarlıq püstə bağında bərpa məqsədilə 350 ədəd püstə ağacı, Uzun­oba Su Anbarının yaxınlığındakı ərazidə 150 ədəd meyvə ağacı əkib, müəssisə və təşkilatların ərazilərindəki ağaclara aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunda keçirilən iməci­liklərdə də əhali fəal iştirak edib. Naxçıvan-Sədərək magistral yolunun Yuxarı Daşarx və Dizə kəndləri hissəsində 1800 ədəd meyvə, şəhərdə 1 hektarlıq ərazidə 40 min ədəd üzüm tingi əkilib.
Babək rayonunun sakinləri isə Sirab kəndinə gedən yolun kənarlarında 1000 ədəd meşə və 2000 ədəd meyvə ağacı əkib, yolun kənarlarındakı ağaclara aqrotexniki qulluq göstəriblər.
Ordubad rayonunda keçirilən iməciliklərdə rayon sakinləri Naxçıvan-Ordubad magistral yolunun “Əylis düzü” adlanan hissəsindəki 1 hektarlıq yeni salınmış bağda 550 ədəd meyvə, 200 ədəd bərpa məqsədilə meyvə, həmçinin 5 hektarlıq ərazidə 1500 ədəd gül kolu, kənd­lərdə isə, ümumilikdə, 150 ədəd meyvə və 500 ədəd meşə ağacı əkiblər.

Culfa rayonunda keçirilən iməci­liklərdə də fəallıq müşahidə olunub. Rayon sakinləri Darıdağ massivində, şəhərin bəzi yaşıllıq ərazilərində meyvə ağacları və qəbiristanlıqlarda həmişəyaşıl ağaclar olmaqla, ümumilikdə, 3 min 450 ədəd meyvə ağacı əkib, ağaclara aqrotexniki qulluq göstəriblər.
Kəngərli rayonunun sakinləri Böyükdüz kəndinin yol kənarlarında 500 ədəd meyvə, Böyükdüz kənd qəbiristanlığında 140 ədəd həmişə­yaşıl ağac, Çalxanqala kəndinə gedən yolun kənarlarında bərpa məqsədilə 540 ədəd meyvə, Qarabağlar kənd qəbiristanlığında 241 ədəd həmişəyaşıl ağac, Qabıllı kəndində 6 min 500 ədəd üzüm tingi əkiblər.
Şahbuzlular Sələsüz kəndindəki 0,5 hektarlıq yeni salınmış bağda 460 ədəd, ümumilikdə, bərpa məqsədilə 110 ədəd meyvə ağacı əkib, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara qulluq ediblər.
Sədərək rayonunda da iməciliklər mütəşəkkilliklə davam etdirilib, Naxçıvan-Sədərək magistral yolunun sağ hissəsindəki 1 hektarlıq ərazidə 600 ədəd meşə, magistral yolun kənarlarında bərpa məqsədilə 300 ədəd meyvə, Sədərək kənd qəbiristanlığında 220 ədəd həmişəyaşıl ağac əkilib.
Ümumilikdə, aprelin 15-də muxtar respublikada keçirilən iməciliklərdə 23 min 426 nəfər iştirak edib, 61 min 961 ədəd ağac və bəzək kolları, 2100 ədəd meşə ağacı, 11 min 260 ədəd meyvə ağacı, 601 ədəd həmişəyaşıl ağac, 1500 ədəd gül və bəzək kolları, 46 min 500 ədəd üzüm tingi əkilib.
Həmin gün muxtar respublikanın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik və abadlıq işləri aparılıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR