25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada muzeylərə kollektiv gedişi təmin edib. Sərəncama uyğun olaraq, “Muzey günləri”nin tərtib olunması müxtəlif təşkilatların kollektivlərinin muxtar respublikadakı muzeyləri ziyarət etməsinə, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmasına şərait yaradıb. Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də belə mədəni tədbirlər davam etdirilir. 

Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi dövrdə çoxsaylı yerli və əcnəbi qonaqların ziyarət etdiyi ünvana çevrilən muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 600-dən çox eksponat nümayiş etdirilir.

Bildirilib ki, bu zəngin mədəniyyət müəssisəsində ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə, ölkəmizə rəhbərliyi dövrlərinə həsr olunmuş stendlər, Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri nümayiş etdirilir. Muzeyin kitabxanasında ümummilli lider Heydər ­Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Bəhruz Kəngərli Muzeyində, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında olmuşlar.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasını, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksini, Ədliyyə Nazirliyinin kollektivi Xatirə Muzeyini, Dövlət Gömrük Komitəsinin kollektivi Cəmşid Naxçıvanskinin ev-muzeyini, Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini, İqtisadiyyat Nazirliyinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyini, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi isə Dövlət Bayrağı Muzeyini ziyarət etmişlər.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR