Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2017-ci ilin yanvar ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 yanvar tarixli qərarı ilə “Qapalı və sosialyönlü ictimai dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaitləri hesabına alınan ərzaq məhsullarının qiyməti” təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 26 yanvar tarixli qərarları ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik və tütün əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nda dəyişikliklər edilmiş və “Naxçıvan Muxtar Respublikasında təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin Siyahısı” təsdiq edilmişdir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.