25 Dekabr 2024, Çərşənbə

Ermənilər həmişə həyasızcasına soyqırımına məruz qaldıqlarını iddia edir, hər il bu məsələni dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməyə çalışırlar. Tarixi faktlar isə sübut edir ki, ermənilər heç vaxt soyqırımına məruz qalmamışlar, əksinə, Naxçıvan da daxil olmaqla, Azərbaycanın digər bölgələrində, həmçinin Türkiyənin Şərqi Anadolu vilayətlərində dəfələrlə kütləvi qətliamlar törətmişlər. 

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən tarixin müəyyən mərhələlərində törədilən soyqırımı cinayətlərində ideoloji amillər əsas rol oynamışdır. Məlum olduğu kimi, ideologiya cəmiyyətin maraqlarını, dünyagörüşünü, ideallarını ifadə edən ideyalar sistemi, məqsədləri və hədəfləri olan inanc və fikirlərin bütünləşməsidir. Bəşəriyyət üçün təhlükəli olan ideologiyanın əsas ünsürlərindən biri isə mifologiyadır. Hər bir millətin tarixində mifologiyalar böyük rol oynamışdır. Məsələn, italyanların “Mare Nostrum” (Böyük dəniz), yunanların “Megalo Idea” (Böyük ideya) kimi əfsanələri bu xalqların taleyi ilə bağlı keçmiş və gələcək hadisələri açıqlayan qavramlardır. “Böyük Ermənistan” uydurması “Hai-taht” (ermənilərin davası) da mifologiyaya əsaslanır. Ermənilər məhz bu ideologiyaya əsaslanaraq qonşu dövlətlərə qarşı mədəniyyət, ərazi iddiaları ilə çıxış edirlər. Hətta onlardakı nifrətin dərəcəsi o qədər yüksəkdir ki, əgər terrordan daha şiddətli metod varsa, onu da azərbaycanlılara qarşı tətbiq edə bilərlər. Bu vəziyyət ermənilər arasındakı nifrətin və terroru qidalandıran faşist ideologiyasının bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir.
Məhz həmin nifrətin və psixologiyanın nəticəsidir ki, XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da erməni daşnakları qanlı cinayətə əl atdılar. Qaradağlı və Xocalı faciələri mülki əhaliyə qarşı törədilən terrorizmin ən dəhşətli nümunələrindəndir.

Qaradağlı cinayəti 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımıdır. Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Belə ki, bu kənd sakinlərindən 104 nəfəri girov götürüldükdən sonra qoca və cavanlar ayrı-ayrı maşınlara doldurularaq yolboyu kəndlərdə düşürülmüş və ən qəddar üsullarla qətlə yetirilmişlər. Hətta erməni sakinlərə də müraciət olunub ki, kim azərbaycanlı öldürmək istəyirsə, gəlib istədiyi girovu öldürə bilər.
Beləliklə, ermənilər girov götürülənlərdən 67 nəfəri öldürdükdən sonra qazdıqları quyuya doldurmuşlar. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olmuş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılmışdır.
Qaradağlı soyqırımının törədilməsi ilə Xocalıya gedən yol tamamilə açılmışdır. Qaradağlı soyqırımı ilə kifayətlənməyən ermənilər Xocalıda daha amansız hərəkətlərə imza atmışlar. Bu faciə zamanı törədilən vəhşilikləri sözlə təsvir etmək mümkün deyil. Ermənilərin bu hadisələri törətməsi onların Azərbaycan türklərinə, ümumiyyətlə, türklüyə qarşı nifrət psixologiyasından, türkü öldürməkdən mənəvi zövq almasından irəli gəlir.
Ermənilərin Xocalıda törətdikləri soyqırımı Azərbaycan xalqına qarşı düşünülmüş psixoloji bir zərbə vurmaq məqsədi daşıyırdı. Əsas məqsəd bütün Azərbaycan xalqında kollektiv sarsıntı yarada bilmək, əhalidə ermənilərin “qorxu, təhlükə mənbəyi” imicini formalaşdırmaq idi. Dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsində bir sıra məqsədlər də güdülmüşdür: azərbaycanlılar arasında təşviş yaratmaqla hücumlara qarşı müqavimətin zəiflədilməsi, cəmiyyətin iflic vəziyyətinə salınması, mümkün qədər çox ərazilərin işğal edilməsi.
Əldə olan faktlar onu deməyə əsas verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən olan Qaradağlı və Xocalı faciələri mübahisəsiz bir soyqırımı aktıdır. Günümüzdə hər hansı bir faciənin soyqırımı olaraq tərif edilməsi üçün yanlış olaraq saylara diqqət çəkilməkdə və əgər yüz minlərlə insan məhv edilərsə, bunun soyqırımı olaraq xarakterizə oluna biləcəyi düşünülməkdədir. 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ndəki tərifdə müəyyənedici ünsür say deyil, millət, din, soy, ya da irq kimi xüsusiyyətlər üzərində qurulan bir qrupun məqsədli olaraq tamamilə, ya da qismən məhv edilməsi planıdır. Məhz bu baxımdan ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanların (qrupun) planlı olaraq məhv edilməsinə yönəlik məqsəd və cinayətlərin təzahürləridir. Ermənistan BMT-nin “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ni imzaladığı üçün bu nizamnamə qarşısında məsuliyyət daşıyır.
Ermənilərin “quzu cildinə girmiş çaqqal” obrazını ifşa etmək üçün üzərimizə böyük məsuliyyət düşür. Azərbaycan erməni saxtakarlığı və cinayətləri ilə bağlı qarşılaşdığı problemləri beynəlxalq aləmdə açıqca ortaya qoymuşdur. Bu mübarizədə uğurlar əldə etməyin başlıca yolu isə psixoloji müharibəni davam etdirmək və cəbhədə olduğu kimi, beynəlxalq ictimai rəydə də üstünlüyü əldən verməməkdir.


Emin Şıxəliyev
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı,tarix üzrə fəlsəfə
doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR