25 Dekabr 2024, Çərşənbə

Novruz bayramı ərəfəsində xaricdən tezalışan maddələrin və pirotexniki vasitələrin gətirilməsinə qarşı mübarizə gücləndirilib. Bu məqsədlə muxtar respublika gömrük orqanları gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, 23 dekabr 2003-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, partlayıcı maddə və qurğuların, eləcə də tez­alışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.
Ötən illərlə müqayisədə pirotexniki məmulatların qanunsuz dövriyyəsinə cəhdlərin sayında azalma müşahidə olunsa da, bayram ərəfəsində yenə də bir sıra faktlar aşkar olunub. Əhalidə, xüsusən də uşaqlarda köhnədənqalma “bayram adət-ənənəsi”nə bağlılıqdan istifadə etməklə qazanc əldə etmək istəyənlər insanların sağlamlığına, rahatlığına, ətraf mühitə dəyə biləcək zərər və ziyana məhəl qoymadan müxtəlif üsul və vasitələrə əl atmaqla gömrük nəzarətindən yayınmağa cəhd göstəriblər. Bunun üçün bir neçə halda nəqliyyat vasitələrində düzəldilmiş müxtəlif gizli saxlanc yerlərindən istifadə edilib. Həmçinin pirotexniki vasitələrin vətəndaşların öz üzərlərində və əl yükləri arasında gizlədilərək keçirilməsinə də cəhdlər olub.

Mart ayının əvvəlindən bu yana gömrük orqanları tərəfindən, ümumilikdə, 5 adda 4775 ədəd pirotexniki vasitə saxlanılaraq müvafiq tədbirlər görülüb.
Xatırladaq ki, malların gömrük nəzarətindən gizli, eləcə də bəyan­etməmə və ya düzgün bəyan­etməmə yolu ilə keçirilməsi hallarına qarşı malın dəyərindən asılı olaraq Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar məcəllələrində cəza və cərimələr nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR