25 Dekabr 2024, Çərşənbə

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Haşımlı Tural Əbdül oğlunun nəşi fevralın 28-də Naxçıvana gətirilib.

Naxçıvan Beynəlxalq Hava Limanında qəhrəman şəhidimizin nəşini minlərlə naxçıvanlı qarşılayıb. Yüzlərlə avtomobildən ibarət karvanın müşayiəti ilə şəhidin cənazəsi doğulduğu Ordubad rayonuna aparılıb. Ordubad şəhərinin girişindən şəhidin evinə və Ordubad şəhərindəki Şəhidlər xiyabanına kimi minlərlə muxtar respublika sakini yürüş edib. Yürüş iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.
Şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Ordubad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Əlahiddə Ümumqoşun Ordusunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksəkrütbəli hərbçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildiriblər.
Şəhidin ruhuna dualar oxunub. Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşinin müşayiəti ilə şəhid Tural Haşımlı dəfn edilib, məzarı üstünə əklillər və tər qərənfil­lər düzülüb. Tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR