25 Dekabr 2024, Çərşənbə

Fevralın 25-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.

Əvvəlcə Xocalı soyqırımı qurban­larının xatirəsi bir dəqi­qəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək demişdir ki, təcavüzkar Ermənistan 1992-ci il fevralın 26-da qədim tarixə malik olan Xocalı şəhərini yerlə yeksan etmiş, qadın, qoca və uşaqlar vəhşicəsinə öldürülmüş, Xocalıdakı tarixi abidələr məhv edilmişdir. Soyqırıma ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmiş, Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərdən danışan Baş konsul qeyd etmişdir ki, Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti nəticəsində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar soyqırımı tanımışdır.

Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu Çağlar Fahri Çakıralp Xocalı soyqırımı barədə çıxış etmişdir.
Çıxışlardan sonra Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş, mərasim iştirakçılarına Xocalı faciəsindən bəhs edən videomateriallar, kitab, jurnal və bukletlər paylanılmış, soyqırıma həsr olunmuş fotostendə baxış olmuşdur.
Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Valiliyinin rəsmi şəxsləri, Təbriz Şəhər İcra Hakimiyyəti başçısının müavini Səid Bərzigər, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Ərdəbil vilayətindəki nümayəndəliyinin rəhbəri Yəzdan Məlekan, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun işçiləri, kütləvi informasiya vasitələrinin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR