Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planına əsasən ilk tədbiri Baş Konsulluğun xidmət ərazisi olan İqdır vilayətində həyata keçirib.
Tədbir Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu ilə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) və İqdır Azərbaycan Evi Dərnəyinin (İAED) birgə təşkilatçılığı əsasında keçirilib.
Təşkil edilən tədbirdə Azərbaycanın Qars Baş konsulu Nuru Quliyev, İqdır vali vəkili Bilgehan Karanfil, İqdır vilayəti baş prokuroru Sedat Turan, Daxili İşlər İdarəsinin müdiri Orxan Çevik, alay komandiri Qəhrəmən Dikmən, Azərbaycanın Qars Baş Konsulluğunun diplomatik heyəti, protokol üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri Heydər Əliyev Fən Liseyi idarəçiləri, şagirdləri, dərnək başçıları və iqdırlılar iştirak ediblər.
Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) və İAED-in sədri Sərdar Ünsalın çıxışları dinlənilib.
Xocalı soyqırımının səbəb, məqsəd və nəticələrindən bəhs edən çıxışçılar XX əsr boyu erməni millətçilərinin təşkilatçılığı ilə bu toplumdan düzəldilən silahlı dəstələrin xalqımıza qarşı törətdikləri ağır cinayətlərdən və bu amansızlığın davamı olan Xocalı soyqırımının dünyada tanıdılması prosesi barədə iştirakçılara ümumi məlumat veriblər.
Baş konsul Nuru Quliyev diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində davam edən proseslər ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin mahiyyətini ifşa edir.
Tədbirin sonunda Xocalıya həsr edilmiş şeir müsabiqəsi olub. Keçirilən şeir müsabiqəsinin qaliblərinə hədiyyələr verilib.
* * *
Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planına əsasən ikinci tədbiri Baş Konsulluğun xidmət ərazisi olan İqdır vilayətində həyata keçirib.
Tədbir Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu ilə İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı əsasında həyata keçirilib.
İqdır Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, İqdır vali vəkili Bilgehan Karanfil, İqdır vilayəti baş prokuroru Sedat Turan, Daxili İşlər İdarəsinin müdiri Orxan Çevik, alay komandiri Qəhrəmən Dikmən, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Ərzurum Atatürk Universitetinin professoru Kerem Karabulut və həmin universitetin dosenti Mevlut Yüksəl, o cümlədən Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun diplomatik heyəti, protokol üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri, Heydər Əliyev Fənn Liseyi idarəçiləri, şagirdləri, dərnək başçıları və iqdırlılar iştirak ediblər.
Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyevin, İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, Ərzurum Atatürk Universitetinin professoru Kerem Karabulutun və həmin universitetin dosenti Mevlut Yüksəlin çıxışları olub.
XX əsrin sonunda təcavüzkar Ermənistan tərəfinin Azərbaycana qarşı ortaya atdığı əsassız ərazi iddialarından yaranmış Dağlıq Qarabağ problemi əsasında törədilən Xocalı soyqırımını təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş insanlıq cinayəti olduğunu ifadə edən çıxışçılar əminliklə bildiriblər ki, bütün sahələr üzrə inkişaf edən və qüdrətlənən Azərbaycan dövləti bu cinayəti törədənləri beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməyə məcbur edəcəkdir. Diqqətə çatdırılıb ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə soyqırımı kimi tanıdılan Xocalı hadisəsinin bütün dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanıdılmasına nail olmaq Azərbaycan xalqının beynəlxalq hüquq tərəfindən tanınan haqqıdır.
Xəbərlər şöbəsi