Dünən 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunun ön xətdəki bölmələrindən birində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açaraq əlamətdar gün münasibətilə əsgər və zabitləri təbrik edib.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin, Naxçıvan Dövlət Universitetinin müəllimi Qurban Qurbanlının, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Asəf Orucovun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin şöbə müdiri Nizami Əzizəliyevin çıxışları olub. Çıxış edənlər muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, əsgər və zabitlərimizə ən səmimi arzularını çatdırıblar.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının solistləri tərəfindən rəngarəng mahnılar səsləndirilib.
Səbuhi HÜSEYNOV