26 Dekabr 2024, Cümə axşamı

İyunun 21-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin 2017-ci ilin I yarımili ərzində gördüyü işlər və II yarımili ərzində görəcəyi işlərlə bağlı yığıncaq ­keçirilib.
Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının gənclər birliklərinin sədrləri, ali təhsil müəssisələrinin gənclər təşkilatlarının sədrləri və fəal tələbələrin iştirak etdiyi yığıncaqda gündəlikdə duran məsələlər səsləndirildikdən sonra çıxışlar dinlənilib.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidov, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədov çıxış edərək cari ilin birinci yarısında görülmüş işlər haqqında məlumat veriblər.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxışında bildirib ki, partiya xalq-hakimiyyət həmrəyliyinə əsaslanan, ölkəni böhrandan xilas etməyə qadir yeni siyasi qüvvəyə ehtiyac duyulan mürəkkəb ictimai-siyasi şəraitdə yaranıb. Yeni Azərbaycan Partiyası yarandığı dövrdən ötən müddət ərzində ölkəmizdə demokratiya prinsipləri əsasında dövlət təsisatlarının yaranması və müxtəlif islahatların həyata keçirilməsində fəal rol oynayıb. 2001-ci il noyabrın 21-də partiyanın II qurultayında ulu öndər Heydər Əliyevin dediyi kimi: “Həqiqi demokratiya Yeni Azərbaycan Partiyasına mənsubdur”. Bunu partiyanın ölkədə keçirilən seçkilərdə yaratdığı demokratik şəraitin timsalında da aydın görmək olar. Məhz bu inam və etibarın nəticəsində 2003-cü ildə keçirilən prezident seçkilərində xalq birmənalı olaraq cənab İlham Əliyevi Prezident seçdi. 2008 və 2013-cü illərdə də xalqın yenidən yekdilliklə cənab İlham Əliyevə səs verməsi partiyaya olan dərin inamın təzahürü idi.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sıralarında 21 min 47 nəfər gənc birləşib ki, onların da 10 min 862 nəfərini qadınlar təşkil edir. Partiyaya üzv olan gənclərin 4961-i təhsil, 2156-sı səhiyyə, 1528-i elm, mədəniyyət və incəsənət, 2320-si idarəetmə, 5257-si isə digər sahələrdə fəaliyyət göstərir.
Vurğulanıb ki, bu gün partiya üzvləri qarşısında mühüm vəzifələr durur. Belə ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri təşkilatın Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasında bir sıra tapşırıqlar verib. Bununla bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin şəhər (rayon) təşkilatlarının gənclər birliklərinin də üzərinə mühüm vəzifələr düşür. Gənclər birlikləri öz fəaliyyətlərini partiyanın 2017-ci ilə dair iş planına uyğun qurmalı, nəzərdə tutulmuş tədbirlər vaxtında icra olunmalıdır.
Bildirilib ki, bu gün muxtar respublikada uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Vətənpərvər gənc nəslin yetişdirilməsi, onların intellektual potensiallarının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait gənclərin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmalarına geniş imkanlar açır. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar muxtar respublikamızda gənclərin intellektual səviyyəsinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Gəncliyə dövlət qayğısı sabaha və gələcək uğurlara hesablanan bir siyasətdir.
Qeyd olunub ki, hər birimiz partiyanın qarşımıza qoyduğu vəzifələri layiqincə icra etməli, müstəqil Azərbaycanın daha da inkişafı naminə var ­gücümüzlə çalışmalıyıq.
Azad Cabbarov bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR