25 Dekabr 2024, Çərşənbə

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 17 noyabr – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov tədbiri giriş sözü ilə açıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlətçiliyimizin, müstəqilliyimizin bərpası üçün çox mühüm qərarlar qəbul edilib. Muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Tədbirin bədii hissəsində Şərur Rayon Mədəniyyət Evinin Şərur Xalq Yallı Ansamblının kollektivi tərəfindən xalq yallılarımız ifa edilib, uşaqlar tərəfindən bayrağımıza həsr olunan şeirlər bədii qiraət olunub.

 Səbuhi HÜSEYNOV

 

*  *  *

AMEA Naxçıvan Bölməsində “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək 17 noyabr 1990-cı ildə ümummilli lider Hеydər Əliyеvin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ucaldıldığını bildirib, müstəqilliyimizin rəmzi olan bayrağımızın qorunması və mühafizəsi ilə bağlı görülən işlərdən danışıb.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Bayrağı və digər dövlət rəmzlərinə olan qayğısı həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında imzaladığı Sərəncam Dövlət Bayrağına hörmət və ehtiramın yüksək ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli ­Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması, eləcə də ­2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi Naxçıvanda dövlət atributlarına münasibətin ifadəsidir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək Dövlət Bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğunu vurğulayıblar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR