26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açaraq bildirib ki, muxtar respublikada əhalinin və infrastruktur obyektlərinin mühafizəsi, fövqəladə hallardan qorunması, eyni zamanda baş verə biləcək fövqəladə hallara qarşı əvvəlcədən vahid elmi-praktik şəkildə mühafizə olunmanın təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 17 mart tarixli Sərəncam imzalayıb. Atlasın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır.

Sonra Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” redaksiya heyətinin sədr müavini Şamı Abdullayevin, redaksiya heyəti üzvlərindən Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubovun, muxtar respublika Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilovun, həmçinin Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun çıxışları olub. Çıxışlarda tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu mənada, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” fövqəladə halların qarşısının alınmasına və mülki müdafiə işinin təşkilinə öz töhfəsini verəcəkdir. Atlasda fövqəladə halların başvermə təhlükəsi və onların qarşısının alınması üzrə tədbirlər sistemli şəkildə təqdim olunub.
Qeyd olunub ki, atlasda muxtar respublikanın iqtisadi-coğrafi şəraiti və inzibati ərazi bölgüsü, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinin təşkili haqda dəyərli məlumatlar vardır.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR