26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “Qayıdış” sənədli filmi nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkil etdiyi tədbirdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.
Filmdə ölkəmizə rəhbərlik etdiyi illər ərzində ümummilli lider Heydər Əliyevin Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımasından, xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarmasından, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etməsindən və onun həyata keçirilməsi üçün mühüm addımlar atmasından bəhs edilir. Eyni zamanda filmdə Azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qoyan ulu öndərin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli və mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafındakı rolu öz əksini tapıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR