26 Dekabr 2024, Cümə axşamı

Kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus dünyanın 150 ölkəsində 300 mindən çox kompüter sistemində yayılıb.
“WannaCry” adlandırılan bu virusun, əsasən, “Windows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb. Yoluxmuş server və kompüterlərdəki bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifrələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir. Bu məbləğ 3 gün ərzində ödənilmədikdə qarşıdakı 7 gün ərzində ikiqat ödəniş tələb olunur, əks-təqdirdə məlumatların tamamilə silinəcəyi barədə xəbərdarlıq edilir.
Qısa müddətdə bütün dünyada geniş yayılan bu virusdan hazırda qorunmaq üçün istehlakçılara öz server və kompüterlərində bəzi profilaktik işlər həyata keçirmələri tövsiyə edilir.
Qeyd edək ki, “Microsoft” şirkətinin “Windows” əməliyyat sistemində bu ilin mart ayında aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı 14 mart tarixdə “Microsoft Security Bulletin MS17-010-Critical” adlı yenilənməsi hazırlanıb. Virusun bu qədər sürətlə yayılması onu göstərir ki, heç də bütün istifadəçilər bu əlavəni öz kompüterlərinə yükləməyib. Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq təzələnmələr aparılıb. Kompüter sistemlərini təhlükədən qorumağınız üçün Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün aşağıdakıları tövsiyə edir:

-istifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki “Windows” əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə “patch” proqramının yüklənməsi və quraşdırılması işlərini aparmağı;
-e-poçt vasitəsilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməməyi;
-vacib sənədlərin ehtiyat nüsxəsini yaratmağı;
-aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olmağı;
-əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, “Microsoft Defender” antivirus proqramından istifadə etməyi;
-antivirus proqramı vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamağı;
-internetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyi.
Muxtar respublika sakinləri baş vermiş yoluxmalar barədə xəbərdar olduqda və ya əməli yardıma ehtiyac duyduqda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin “209” nömrəli qaynar xəttinə zəng edə və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yaza bilərlər.
Yuxarıda qeyd edilən profilaktik tədbirlərin həyata keçirilməsi sizin elektron məlumatlarınızın qorunmasını təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR