26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin may ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 3 may tarixli 35 nömrəli qərarı ilə 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında, 36 nömrəli qərarı ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”ndə, 37 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda, 38 nömrəli qərarı ilə “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də və 39 nömrəli qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilmişdir. Sonuncu qərara görə qeyri-müntəzəm sərnişin daşımaları təşkil edilərkən sərnişin daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsi təmin edilməlidir.
Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 41 nömrəli qərarı ilə “Dövlət arxivlərinin maddi-texniki bazasının gücləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə göstərdiyi xidmətlərə görə Ödənişlər” və həmin vəsaitin istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir.
Nazirlər Kabinetinin 2017-ci il 18 may tarixli 43 nömrəli qərarı ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə və 44 nömrəli qərarı ilə “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”ndə dəyişiklik edilmişdir.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2017-ci il 26 may tarixli qərarları ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda və “Naxçıvan Muxtar Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nda dəyişiklik­lər edilmişdir.
Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli 48 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası” və 49 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması” təsdiq edilmişdir. Müvafiq Qaydaya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin inzibati rəhbər (idarəetmə), inzibati icraçı, yardımçı kargüzarlıq və yardımçı texniki növləri üzrə ayda bir dəfədən az olmayaraq test imtahanı keçirilir. Test imtahanı proqramları Komissiyanın internet saytında yerləşdirilir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR