26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində 28 May – Respublika Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov tədbiri açaraq 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, xalqımızın tarixində mühüm rol oynadığını diqqətə çatdırıb. Belə ki, demokratik respublika dövründə həyata keçirilən islahatlar müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Milli dövlətçiliyin bərpası – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda məruzə ilə çıxış edən ali təhsil ocağının Ümumi tarix kafedrasının müəllimi, doktorant Arzu Abdullayev bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin varisidir.
Qeyd edilib ki, Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İqtisad fakültəsinin dekan müavini, dosent Əşrəf Ələkbərov “Müstəqilliyimizin bərpasından sonra Azərbaycanın iqtisadi inkişafı” mövzusunda məruzəsində qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı təmin olunub. Respublikamız dünya ölkələri sırasında layiqli yerini tutub. 1994-cü il sentyabrın 20-də ulu öndərimizin gərgin əməyinin və qətiyyətinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyulub və müqavilə ölkəmizin tarixində yeni dövr açaraq dinamik inkişafın təməl prinsiplərindən birinə çevrilib.

Nərmin CABBAROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR