Mart ayının 18 –dən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən bayram şənliyinə gələnlərə Naxçıvan mətbəxinin nümunələri, eləcə də Novruz bayramının rəmzi olan şirniyyatlar təklif edilir. Burada ifa olunan mahnılar və rəqslər şənliyə gələnlərdə xoş ovqat yaradır.
Tədbirdə milli sənətkarlıq nümunələri, əl işləri və milli ornamentlərlə bəzədilən geyim nümunələri bayram gəzintisinə çıxanların diqqətini cəlb edir.
Xalq sənətkarlıq sahələrindən biri olan dulusçuluq da muxtar respublikada tarixən geniş yayılıb. Bu peşə ilə məşğul olan sənətkarlarımız gözəl saxsı qablar hazırlayır, qədim dulusçuluq sənətinin yaşadılmasına öz töhfələrini verirlər. Burada dulusçuluq emalatxanası yaradılıb. Naxçıvanlı sənətkarların hazırladıqları sadə və naxışlı saxsı qablara maraq böyükdür.
Muxtar respublika sakinlərinin və turistlərin bayram günlərində istirahətinin yüksək səviyyədə təşkili razılıqla qarşılanır.
Bayram şənliyi martın 27-dək davam edəcək.
Naxcivantv.az