26 Dekabr 2024, Cümə axşamı

Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrasına uyğun olaraq gənclərin Culfa Bayraq Meydanı - Gülüstan türbəsi istiqamətində yürüşü təşkil olunub.

Yürüş başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış ediblər.
Bildirilib ki, verilən tapşırıqlara uyğun olaraq Gənclər Fondu ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə hazırladığı qrafikə əsasən gənclərin dağlıq ərazilərə, qoruq və yasaqlıqlara yürüşünün təşkil edilməsi nəzərdə tutulub. Ayda bir dəfə olmaqla muxtar respublikamızın tarixi və təbiət abidələrinə həyata keçiriləcək yürüşlərin məqsədi Naxçıvanın turizm potensialının gənc­lərə tanıdılması, onların asudə vaxtının səmərəli təşkil edilməsi və bacarıqlı gənclərin üzə çıxarılmasından ibarətdir. Bu tədbirlər həm də gənclərin fiziki hazırlıqlarının möhkəmləndirilməsi və bu sahədə bacarıqlı gənclərin üzə çıxarılmasında da əhəmiyyətli rol oynayacaqdır.

Qeyd olunub ki, keçiriləcək yürüşlərə təkcə Naxçıvan şəhərindəki ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclər deyil, eyni zamanda muxtar respublikanın bölgələrində yaşayan gənclər də cəlb olunacaqlar.
Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi tərəfindən təqdim olunan bədii hissədən sonra gənclərin yürüşünə start verilib. Gülüstan türbəsi istiqamətində 4 kilometrdən artıq məsafəni başa vuran gənclərə türbənin tarixi və onun bərpası haqqında, eyni zamanda böyük təbiət ərazilərini və rəngarəng ekosistemi əhatə edən “Arazboyu” Dövlət Təbiət Yasaqlığı barədə ətraflı məlumat verilib.
Onu da qeyd edək ki, 60-dan çox gəncin iştirak etdiyi yürüşə Hava və Ekstremal İdman Növləri Federasiyasının Culfa rayon bölməsinin üzvləri də qoşulublar. Yürüşdə fəal iştirak edən gənclərə təşkilatçıların fəxri fərmanları təqdim olunub.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR