26 Dekabr 2024, Cümə axşamı

Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib.

Serqqapisi.az xəbər verir ki, muxtar respublikada səhayətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.

Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürülüb və səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.

Saat 12:00-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Domestic Grassroots” proqramı çərçivəsində regionlarda IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə məktəblilər arasında əyləncəli idman yarışlarına start verilib. Axşam saatlarında isə şəhərin mərkəzində - Heydər Əliyev prospektində “Su festivalı” keçiriləcək, konsert proqramı təşkil olunacaq.

 Xatırladaq ki, “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından götürdükləri Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən Bakıya gələn idmançıları salamlayacaqlar.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR