26 Dekabr 2024, Cümə axşamı

Yaz-yay mövsümünün başlanması ilə əlaqədar AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında mövcud yaşıllıqlara qulluq edilməklə yanaşı, bağın təcrübə sahəsinə yeni ağac və dekorativ gül bitkiləri salınır.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və Nəbatat bağının şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tərəfindən AMEA-nın Dendrologiya İnstitutundan, İran və Türkiyə respublikalarından, Batumi Botanika Bağından gətirilən, xüsusi sahələrə əkilən yeni bitki növlərinin arasında xeyli sayda otaq bitkiləri, müxtəlif kaktus növləri, palma tingləri, müxtəlif şam ağacı növləri və digər bitki nümunələri var.
Əkilən bitkilərin yerli şəraitə uyğunlaşması müəyyən ediləcək, əldə olunan yeni növlər artırılaraq yaşıllaşdırma işlərində, müxtəlif təşkilatların ərazilərində və fermer təsərrüfatlarında istifadə olunacaq.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədilə təcrübə sahələrinə ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik bəzək, dərman və digər bitki nümunələri əkilərək üzərlərində elmi-tədqiqat işləri həyata keçirilir. O cümlədən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin artırılması və bu bitkilərin qorunması tədbirlərinə xüsusi önəm verilir.

Qeyd edək ki, bağın ərazisində qurulan “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istixanada yetişdirilən müxtəlif iqlim şəraitlərinə uyğun olan bitki növlərinin toxumlarından alınan cücərtilər üzərində hazırda müşahidələr aparılır. Bu bitki növlərinin Naxçıvanın torpaq-iqlim şəraitinə uyğunlaşdırılması, introduksiya edilməsi böyük müvəffəqiyyət hesab oluna bilər.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR