25 Dekabr 2024, Çərşənbə

Dekabrın 28-də Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə bu şəhərdə yerləşən Heydər Əliyev adına Liseydə “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Azərbaycanın tarixi, mədəniyyəti və müasir sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub.
Konfransda Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində apardığı siyasətin və qəbul etdiyi tarixi qərarların uğurlu nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva edir.
Qafqaz Universitetinin dosenti Ellada Gərayzadə, Heydər Əliyev Liseyinin direktoru Rəcəb Uğurluel, bu təhsil ocağının müəllimləri Gökay Şimşir və Abdullah Duman çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən, qarşıya qoyduğu vəzifələrdən bəhs ediblər.
Sonra Heydər Əliyev Liseyinin şagirdləri Azərbaycana və xalqımızın həmrəyliyinə həsr olunan şeirlər oxuyublar.
Konfransda Heydər Əliyev Liseyinin kollektivi, Qars Qafqaz Universitetində çalışan Azərbaycandan olan görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri, KİV əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR