25 Dekabr 2024, Çərşənbə

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infrastrukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. 

Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi özəl sеktоrun ümumi dахili məhsuldаkı pаyının ilbəil artması ilə müşahidə olunur. Bu artım, öz növbəsində, dахili bаzаrın yеrli istеhsаl hеsаbınа kеyfiyyətli məhsullаrlа təmin оlunmаsınа rəvac verib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda dekabr ayının 29-dan 31-dək təşkil olunacaq bayram yarmarkasında da yerli məhsullar satışa çıxarılacaq.
Yarmarkada istehlakçılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, digər ərzaq malları da təklif olunur. Əlavə olaraq, yarmarkaya muxtar respublikada fəaliyyət göstərən, kənd təsərrüfatı məhsullarını idxal edərək topdansatışını həyata keçirən 8 sahibkar dəvət olunub ki, həmin sahibkarlar da məhsulların topdansatış qiyməti ilə pərakəndə satışını həyata keçirəcək.
Bayram yarmarkasına 56 sahibkarlıq subyekti tərəfindən 42 növdə, 235 çeşiddə məhsul çıxarılacaq. İstehlakçılar bu yarmarkada müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.
Yarmarkanın təşkil olunmasında məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir.
Yarmarkada həm qiymətlərə, həm də keyfiyyətə daimi nəzarət ediləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR