25 Dekabr 2024, Çərşənbə

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Gələcəyimizi qoruyaq” adlı tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.

Mərkəzin direktoru Namiq Novruzov zərərli vərdişlərdən olan siqaret asılılığı barədə danışaraq bildirib ki, iyirmi birinci əsrin taunu adlandırılan siqaretin səbəb olduğu xəstəliklərdən hər gün dünyada 600 min insan dünyasını dəyişir. Odur ki, bu gün dünyanın bir çox dövlətlərində siqaretə qarşı məhdudiyyətlər qoyulur, onun sağlamlığa vurduğu zərərlər barədə maarifləndirmə tədbirləri aparılır. Erkən yaşlardan başlayan zərərli maddələrin istifadəsinin həm fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə vurduğu ziyandan bəhs edən Namiq Novruzov yeniyetmələrin maarifləndirilməsi istiqamətində muxtar respublikamızda həyata keçirilən tədbirlərdən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, yeniyetmə və gənc­lərin psixologiyasına, sağlamlığına və əxlaqi kamilliyinə mənfi təsir göstərən kompüter oyunlarına, mobil telefonlara aludəçiliyin və ümumiyyətlə, uşaqların həyatına zərərli vərdişlərin qarşısının alınması ən vacib məsələdir. Bunun üçün yetkinlik yaşına çatmayan uşaqlarla müntəzəm olaraq maarifləndirici təbliğat işinin aparılması diqqət mərkəzində saxlanılır. Vurğulanıb ki, muxtar respublikamızda gənc­lərin asudə vaxtlarının səmərəli təşkili, istedad və qabiliyyətlərinin inkişafı, fiziki sağlamlıqlarının qorunması üçün məktəbdənkənar tərbiyə müəssisələrinin, uşaq musiqi məktəblərinin də üzərinə mühüm vəzifələr düşür.
Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanı Fariz Həsənov baş verən hüquqpozmaların qarşısının alınması üçün aparılan qabaqlayıcı profilaktik tədbirlərin, keçirilən reyd yoxlamalarının əhəmiyyətini vurğulayıb, məktəblilərin qeyri-qanuni əməyə cəlb edilməsinin və həmçinin təhsil prosesindən yayınmalarının qarşısının alınması tədbirlərindən, şagirdlərin və valideynlərin törədilən əmələ görə nəzərdə tutulan inzibati və cinayət məsuliyyətindən bəhs edib.
Sonra siqaretə, alkoqolizmə aludəçiliyin fəsadları barədə slaydlar göstərilib, dərnək üzvlərinin hazırladıqları “Siqaretin verdiyi zərərlər”, “Ölümə aparan yol”, “İnternetin zərərləri” səhnəcikləri nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR