25 Dekabr 2024, Çərşənbə

Bu münasibətlə Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin rəisi Vüqar Babayev çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda dövlət və din münasibətləri yüksək səviyyədədir. 

Muxtar respublikamızda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verilməsi, dini etiqad azadlığı, dini qurumların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün yaradılan şərait haqqında danışan Vüqar Babayev qeyd edib ki, hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb.
Bildirilib ki, cari ildə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətinə nəzarət edilməsi məqsədilə hər ay Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində 17 icma rəhbərinin iştirakı ilə iclaslar təşkil olunub. Bu tədbirlərdə yas mərasimlərinin keçirilməsinin qanuni çərçivəyə salınması, din xadimləri tərəfindən vahid geyim formasına riayət olunması, dini və məzhəb ayrı-seçkiliyi zəminində baş verə biləcək halların vaxtında qarşısının alınması istiqamətində müzakirələr aparılıb, yerlərdə profilaktik tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, Naxçıvandakı məscidlərin təmizliyinə ciddi diqqət yetirilir, məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlərin təşkil olunması üçün müvafiq işlər görülür, tolerantlıq prinsiplərinin qorunmasına səy göstərilir, müxtəlif məzhəblərə məxsus şəxslərin məscidlərdə birgə ibadət etmələri təmin olunur.
Diqqətə çatdırılıb ki, yas mərasimləri və digər dini mərasimlərdə istifadə etmələri üçün bu gün yenidən dövlət vəsaiti hesabına 210 din xadiminə qış geyim formaları təqdim olunur. Bundan əlavə, hər il olduğu kimi, bu il də muxtar respublika rəhbərinin tapşırığı ilə qarşıdan gələn bayramlar münasibətilə icma sədrlərinə pul mükafatları da verilib. Din xadimləri geyimlərinə, hərəkət və davranışlarına daim ciddi riayət etməlidirlər.
Vurğulanıb ki, 2009-cu ilin ok­tyabrında Bakıda keçirilən İslam Konfransına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısı çərçivəsində Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunub. Son illər Naxçıvanda bu sahədə həyata keçirilən tədbirlər – məscidlərin tikilməsi və yenidən qurulması, tarixi abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması onu deməyə əsas verir ki, 2018-ci ildə keçiriləcək tədbirə Naxçıvan indidən tam hazırdır.
Tədbirdə çıxış edən din xadimləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR