Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamışdır. Həmin gün saat 1100-da sərnişin qatarı ilə 57 sərnişin Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına yola salınmışdır.
Qeyd edək ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə fəaliyyət göstərəcəkdir. Bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir. Kupe tipli müasir sərnişin vaqonları yataq dəsti ilə təmin olunmuş və sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılmışdır. Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatır.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti