25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2016-cı ilin dekabr ayında bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 27 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 dekabr tarixli qərarı qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 dekabr tarixli qərarı ilə “Şahtaxtı və Xıncab bələdiyyələri ərazisində köhnə məktəb binası üçün ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətindən bələdiyyənin ehtiyat fonduna keçirilməsi haqqında” Kəngərli Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il 13 dekabr tarixli 61 nömrəli, “Nəzərabad bələdiyyəsi ərazisində Didivar kənd köhnə məktəbi üçün ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətindən Nəzərabad bələdiyyəsinin ehtiyat fonduna keçirilməsi haqqında” Babək Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il 13 dekabr tarixli 94 nömrəli sərəncamları təsdiq edilmişdir.

Kəngərli rayonunun Qabıllı, Yeni Kərki, Xıncab və Şahtaxtı bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələri, Babək rayonunun Nəzərabad, Güznüt, Çeşməbasar, Göynük, Naxışnərgiz və Hacıvar bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələri kateqoriyası dəyişdirilərək dövlət mülkiyyətinə alınmışdır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 dekabr tarixli qərarı ilə “Obyektin Tikintisinə İcazə”nin və “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə”, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarları qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixində “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, Şərur rayon Çomaxtur kənd orta məktəbinin, Püsyan kənd həkim ambulatoriyasının, Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Çomaxtur və Tumaslı kənd bağçalarının balansında olan, lakin istifadə edilməyən torpaq sahələrinin müvafiq bələdiyyələrin ehtiyat fonduna verilməsi və Şahbuz rayonunun Kolanı kəndində dövlət mülkiyyətində olan köhnə məktəb binasının sökülməsi nəticəsində boş qalmış torpaq sahəsinin Kolanı bələdiyyəsinin ehtiyat fonduna verilməsi barədə qərarları qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin həmin tarixdə Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarının bir neçə kənd bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrində dövlət mülkiyyətinə aid tikililər aparıldığı üçün həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək dövlət mülkiyyətinə verilməsi barədə qərarları da qəbul edilmişdir.
Qəbul edilmiş normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR