22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar muxtar respublikada həyata keçirilən tədbirlər davam etdirilir. Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyətini məktəblilərə aşılamaq məqsədilə təhsil ocaqları da bu işdə fəallıq göstərirlər.
Culfa Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin ikinci turuna yekun vurulub. Məktəblilər yazdıqları inşalarda ulu öndərin hər bir azərbaycanlı üçün örnək olan həyat və fəaliyyətini, dahi rəhbərin Azərbaycan üçün etdiklərini özlərinə məxsus ifadə tərzi ilə qələmə alıblar. Ümummilli liderin Azərbaycanda təhsilin inkişafı, gənclərin intellektual və savadlı yetişməsi, onların dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət ruhunda böyümələri üçün həyata keçirdiyi tədbirlər barədə şagirdlərin fikirləri inşalarda əksini tapıb.
Müsabiqəyə təqdim olunmuş 28 yazı işinə münsiflər heyəti tərəfindən verilən rəyə əsasən, Əbrəqunus kənd tam orta məktəbinin X sinif şagirdi Gültən Əlizadə I, Saltaq kənd tam orta məktəbinin XI sinif şagirdi Mətin Qasımov II, Culfa şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Arzu Fətəliyeva üçüncü yerlərə layiq görülüblər. Dizə kənd tam orta məktəbinin X sinif şagirdi Pəri Hüseyn­ovanın yazı işi həvəsləndirici yerlə qiymətləndirilib.
I-III yerlərin sahiblərinə Təhsil Şöbəsi tərəfindən diplomlar verilib. Onlar muxtar respublika turuna vəsiqə qazanıblar.

Xəbərlər şöbəsi

 Azərbaycanda kənd təsərrüfatının inkişafının əsası ötən əsrin 70-80-ci illərində qoyulub

Yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olan, respublika əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını, insanların maddi rifahının yaxşılaşdırılmasını, respublikanın itirilmiş imicinin özünə qaytarılmasını, hər cür neqativ hallara son qoyulmasını, çoxsaylı məsələlərin həllini qarşısına məqsəd qoyan ulu öndərimiz Heydər Əliyevin 1969-cu ilin iyulunda respublika rəhbərliyinə gəlişindən dərhal sonra kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə misilsiz iqtisadi, siyasi, təşkilati və quruculuq işləri həyata keçirilmişdir.
Ümummilli liderimizin məqsədyönlü, qətiyyətli, prinsipial və gərgin əməyinin, yaradıcı fəaliyyətinin nəticəsi olaraq, 1969-1982-ci illərdə respublikanın kənd təsərrüfatında uzun illər davam edən tənəzzülə və böhrana birdəfəlik son qoyulmuş, onun dinamik inkişafı təmin edilmişdir.
Təbiətin Azərbaycana bəxş etdiyi zəngin təbii-iqlim şəraitindən ötən əsrin 70-ci illərinin əvvəllərində, yəni ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı illərdə daha geniş, düzgün və səmərəli istifadə edilməsi üçün kompleks tədbirlər həyata keçirilmiş, gələcək uğurların möhkəm təməli qoyulmuşdur.
Bu bir təkzibedilməz həqiqətdir ki, 60-cı illərin axırlarınadək respublikamızın təbii sərvətlərindən lazımınca istifadə edilmir, ondan demək olar ki, heç bir fayda götürülmürdü. Respublika iqtisadiyyatı və onun əsas sahələrindən biri olan kənd təsərrüfatı uzun sürən böhran və tənəzzül vəziyyətində idi. Azərbaycan əsas əkinçilik və heyvandarlıq məhsulları istehsalı və dövlətə satışı üzrə hətta azaldılmış planları belə, ödəyə bilmirdi. Bunun nəticəsində istehsalın həcmi və artım sürəti üzrə səkkizinci beşilliyin plan tapşırıqları yerinə yetirilməmişdi.

Ardını oxu...

Heydər Əliyev Muzeyində ümummilli liderimizin 90 illik yubileyi münasibətilə keçilən açıq dərslər və ekskursiyalar davam etdirilir.
Dünən Naxçıvan Musiqi Kollecinin tələbələri Heydər Əliyev Muzeyində olub, açıq dərsdə iştirak ediblər.
Dərsdə kollecin tarix müəllimi Akif Bağırov ulu öndərimizin ictimai-siyasi fəaliyyəti haqqında danışıb. O bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti müstəqil Azərbaycanın bütün vətəndaşları üçün əsl həyat məktəbi, xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir. Ümummilli lideri­mizin həyatı və zəngin dövlətçilik fəaliyyəti Azərbaycanın inkişafı ilə sıx şəkildə bağlıdır. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn ulu öndərimiz sosial-iqtisadi böhran keçirən, geridə qalan Azərbaycanı qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər, elm, təhsil, səhiyyə, mədəniyyət, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə görülən işlər XX əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etməsinə şərait yaradıb. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Biz Heydər Əliyev irsindən öyrənirik” mövzusunda elmi konfrans keçirilmişdir. Universitetin Gənclər Təşkilatının və Magistratura üzrə dekanlığının birgə təşkil etdiyi konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, ölkəmizin müasir dinamik inkişafında, taleyüklü məsələlərin həllindəki misilsiz xidmətlərindən bəhs etmişdir.
Magistratura üzrə Tələbə Gənclər Təşkilatının sədri, magistrant Lamiyyə Əliyeva “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda məruzə edərək xalqımızın böyük oğlu Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Magistrant Püstə Əhmədova “Heydər Əliyev və Naxçıvan” adlı məruzəsində bildirmişdir ki, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən blokada şəraitində olan Naxçıvanı erməni qəsbkarlarının hücumlarından, işğaldan qorumuş, Azərbaycanın gələcək müqəddəratı ilə bağlı mühüm tarixi siyasi qərarlar qəbul etmişdir. Ümummilli lider Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra da Naxçıvanın sosial-iqtisadi, elmi, mədəni tərəqqisini daim diqqət mərkəzində saxlamışdır. Ölkə başçısı və muxtar respublika rəhbəri tərəfindən Heydər Əliyev ideyalarının layiqincə davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan özünün əsl intibah dövrünü yaşayır.
Magistrant Səadət Əliyeva “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusuna həsr olunmuş məruzəsində ümummilli liderin Azərbaycanda milli jurnalistikanın demokratik prinsiplər əsasında inkişafı, söz, mətbuat azadlığının, plüralizmin təmin olunması istiqamətində qəbul etdiyi qərarlar barədə məlumat vermişdir.
Konfransda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd və “Tarixin Heydər Əliyev zirvəsi” adlı sənədli film nümayiş etdirilmişdir.

Mehriban SULTAN

Dünən Şərur rayonunda “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov açaraq rayondakı bələdiyyələrə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd edilmişdir ki, rayonda bələdiyyələrin normal fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmış, bu qurumların əksəriyyəti yeni binalarda yerləşdirilmişdir. Bunun müqabilində bələdiyyə üzvləri fəaliyyətlərini daha da yaxşılaşdırmalıdırlar.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanovun “Yerli özünüidarəetmə orqanlarında qanunvericiliyin tələblərinə riayət olunması və bələdiyyə qərarlarının qəbul edilməsi proseduru”, Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun “Bələdiyyə iclasının çağırılması və əhali ilə görüşün təşkili qaydalarının tənzimlənməsi”, Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Bələdiyyə fəaliyyətinin təşkilində kargüzarlığın rolu və bu sahəni tənzimləyən qanunvericilik” mövzularında məruzələri dinlənilmişdir.
Seminar-müşavirədə vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə “Bələdiyyələrin Nümunəvi Reqlamenti” təsdiq edilmişdir. Bu reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydaları və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir. Bələdiyyə orqanları həmin reqlamentin tətbiqini diqqət mərkəzində saxlamalıdırlar.
Tədbirdə yerli özünüidarəetmənin digər aktual məsələlərinə də toxunulmuş, bələdiyyə qərarlarının qəbul edilməsi prosedurunun düzgün həyata keçirilməsi, yerli vergi və ödənişlərin toplanması, maliyyə vəsait­lərinin istifadəsi və sair məsələlərin həlli istiqamətində görüləsi işlərin vacibliyi diqqətə çatdırılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Cəfər ƏLİYEV

İctimai sabitliyin keşiyində

1991-ci ilin dekabr ayında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1992-ci il martın 12-də Daxili Qoşunların şəxsi heyəti ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizəyə qoşulmuş, igidlik və qəhrəmanlıq nümunəsi göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyevin  1995-ci il 9 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəyə başladıqları gün – 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur.

Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük bir inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas vəzifə və fəaliyyət prinsiplərini müəyyən etmişdir. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisinə çevirməyin vacibliyini qeyd edən ulu öndərimiz deyirdi: “Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu vardır. Bizim Silahlı Qüvvələrimizdə, eyni zamanda Daxili Qoşunlarda Azərbaycanın dövlətçiliyinə, dövlətinə, Azərbaycanın Ali Baş Komandanına yüksək sədaqət ruhu formalaşıb”.

Ardını oxu...

Heydər Əliyev Muzeyində keçirilən konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafına daim böyük önəm verdiyini bildirib, ümummilli liderimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi XX əsrin 70-ci illərinin əvvəllərindən başlayıb. Həmin dövrdə geniş mədəniyyət müəssisələri şəbəkəsinin formalaşdırılması, mədəniyyət sarayları və mədəniyyət evləri, kitabxanalar və klublar, muzeylər və musiqi məktəbləri üçün möhtəşəm binaların tikdirilməsi ənənəsi də məhz ulu öndərimiz Heydər Əliyevə məxsusdur. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan mədəniyyətinin davamlı inkişafı müstəsna yer tutub. Ulu öndərimiz bütün həyat fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına, Azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanıdılmasına həsr edib. Dahi rəhbər siyasi dövlətçilik fəaliyyətində Azərbaycanda digər sahələrlə yanaşı, mədəniyyət və incəsənətin də davamlı tərəqqisi yolunda böyük və əvəzsiz tarixi xidmətlər göstərib.

Ardını oxu...

Dünən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” restoranında bayram tədbiri keçirilmişdir. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri Turqayə Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva və Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poli­klinikasının baş həkimi Xuraman Hacıyeva çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda qadınlara göstərilən dövlət qayğısından danışmışlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən Culfa rayonunun Yaycı kəndində tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd sığortanın rayon əhalisi arasında təbliğ olunması, sığorta maarifçiliyinin inkişafı və sığortaya olan etimadın artırılması, sığorta növləri haqda iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açaraq sığorta ma­arifçiliyinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Sədi İsmayılov çıxışında sığortanın əhəmiyyəti, icbari və könüllü sığortaların mahiyyəti, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, fərdi qəza sığortası, ev əmlakının sığortası və digər sığorta növləri barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evlərinin, binalarının və mənzillərinin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv element­lərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə kon­s­truksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Culfa Rayon Dövlət Sığorta Agent­liyinin direktoru Teymur Hacıyev çıxış edərək rayonda sığorta sahəsində görülən işlərdən, sığortanın iqtisadi və sosial əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Qadın ucalığın adıdır

1910-cu ildə qadınların Kopenhagendə keçirilən ikinci beynəlxalq konfransında 8 Mart – Beynəlxalq Qadınlar Günü təsis edilib. Bu bayram Azərbaycanda 1917-ci ildən qeyd olunur.
Azərbaycan qadınları bəşər mədəniyyətinin yaranmasında və təşəkkül tapmasında misilsiz xidmətlər göstərmiş, xalqımızın tarixində ucalığın rəmzinə çevrilmişlər. Ölkə­mizdə qadına həmişə böyük ehtiram, hörmət bəslənmiş, ana adı daim uca tutulmuş, müqəddəs sayılmışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmağa başlamış, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların ictimai-mədəni həyatda yeri və rolu daha da möhkəmlənmiş, qadın ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, xalqın inamını qazanan deputat, dövlət məmuru, sahibkar kimi də fəaliyyət göstərmişdir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçki hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımlarını atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının təzahürüdür. Qadınların cəmiyyət həyatında yerini və rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir... Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər. Qadınlar dövlətimizin, dövlətçiliyimizin müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ümummilli liderimizin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu təsbit edilmişdir. Bu gün Azərbaycan qadınları cəmiyyətin və dövlətin ictimai-siyasi həyatında maneəsiz iştirak etmək, yaradıcılıq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi hüquqlara malikdirlər.

Ardını oxu...

Dünən Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün açıq dərs keçilib. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə və Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar keçilən açıq dərsdən əvvəl tələbələr muzeydəki eksponatlarla tanış olublar.
“Heydər Əliyev və Azərbaycanda neft strategiyası” mövzusuna həsr edilən dərsdə kollecin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov çıxış edərək 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində sabitliyin bərqərar edildiyini, dövlətin malik olduğu təbii sərvətlərin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldildiyini bildirib. Xəzər Hüseynov deyib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanan Əsrin müqaviləsi Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoyub. Əsrin müqaviləsinin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyasının həyata keçirilməsinə başlanılıb. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına xarici investisiyalar cəlb edilib.

Ardını oxu...

“Elektron hökumət” anlayışı nədir? Qeyd etmək lazımdır ki, Azərbaycan dilində işlənən “elektron hökumət” termini ingilis dilində olan “Elektronic government (e_government)” termininin tam, dolğun tərcüməsi deyil. İngilis dilində “government” sözü bütövlükdə, dövlət məfhumunu bildirir. Beləliklə,  e_government  daha çox “elektron dövlət hakimiyyəti” anlamına uyğun gəlir. “Elektron hökumət” və “elektron dövlət” anlayışları bir-birindən fərqlənsə də, əsas üstünlük “elektron dövlət” anlayışına verilir. Çünki bu anlayış dünyada qəbul edilmiş beynəlmiləl terminologiyaya daha uyğundur. Lakin məhz icra hakimiyyəti orqanlarında formalaşan bu rəsmi anlayışın “elektron hökumət” sözü ilə ifadə olunması daha məqsədəuyğundur. 

“Elektron dövlət” (e_dövlət) dövlətin vətəndaşlar qarşısında vəzifə və xidmətlərinin elektron rabitə vasitəsilə rahat və təhlükəsiz bir şəraitdə həyata keçirilməsidir. E_dövlət eyni zamanda dövlət və vətəndaş münasibətlərinin sürətli, asan, ucuz və təhlükəsiz şəraitdə tənzimlənməsidir.

Ardını oxu...

Heydər Əliyev Muzeyində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda açıq dərs keçilib. Liseyin tarix müəllimi Natiq Əhmədov bildirib ki, 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan elə müstəqilliyinin ilk günlərindən mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Bu, ordu siyasəti sahəsində də özünü göstərdi. Səriştəsiz rəhbərlərin bacarıqsızlığı ucbatından silahlı birləşmələr daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ulu öndər ordu qurucu­luğuna hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən başlamışdı.

Ardını oxu...

Dünən Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Naxçıvan” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
Məşğələni giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açmışdır. Qeyd olunmuşdur ki, şəxsiyyətlərin və dövlət xadimlərinin keçdiyi şərəfli ömür yolu yeni nəsillərə daim örnək olmuşdur. Belə şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dahi rəhbər Naxçıvanın və naxçıvanlıların 90-cı illərdəki həyatında, o cümlədən doğma Azərbaycanımızın bütövlüyünün qorunub saxlanılmasında və inkişaf etməsində böyük uzaqgörənlik, sarsılmaz iradə nümayiş etdirməklə müasir gəncliyin qürur mənbəyinə çevrilmşdir. Rektor görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və “Heydər Əliyev ili” ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunda silsilə tədbirlərin keçiriləcəyini vurğulamışdır.
İnstitutun Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyev “Dahi rəhbər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı gərgin və yorulmaz fəaliyyəti Naxçıvanın erməni təcavüzündən qorunması, regionun blokadanın yaratdığı çətinliklərdən xilas edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərlə səciyyələnir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutu müəssisədənkənar ərazi ilk təşkilatının sədri Tamara Baxşəliyeva “Naxçıvanın inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusundakı məruzəsində Naxçıvanın sosial-iqtisadi inkişafından, ulu öndərin siyasi kursunun uğurla həyata keçirilməsindən bəhs etmişdir.
Məşğələnin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Xəbərlər şöbəsi

Ulu öndər Heydər ƏLİYEV: Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir. 

Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Hələ ötən əsrin 60-cı illərində dahi rəhbər Heydər Əliyev Azərbaycanda ali vəzifəyə irəli çəkilən andan ana dili məsələsinə xüsusi həssaslıqla yanaşaraq Azərbaycan dilinin dövlətimizin və xalqımızın milli atributlarından birinə çevrilməsi, sabitləşməsi uğrunda cəsarətlə mübarizə aparmış, nəticə etibarı ilə, ilk dəfə dil siyasətini dövlət siyasəti səviyyəsinə qaldırmışdır.
Ümummilli liderimizin Azərbaycan dilinin saflığını qorumaq, onu daha da inkişaf etdirmək naminə qəbul etdiyi bir sıra qərarlar, imzaladığı fərman və sərəncamlar dil siyasətini dövlət siyasəti ilə bilavasitə əlaqələndirmiş, onun tərkib hissəsinə çevirmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) yaranmasının 50 illik yubileyinə həsr olunmuş elmi məclisdə ittifaq mərkəzindən, bütün müttəfiq respublikalardan, xarici ölkələrdən gəlmiş nümayəndə heyətlərinin qarşısında ilk dəfə doğma Azərbaycan dilində nitq söyləməsi ana dilimizin nüfuzunun genişlənməsi baxımından olduqca əhəmiyyətli hadisə idi. Baxmayaraq ki, Sovetlər Birliyi dövründə belə yüksək tədbirlərin rus dilində aparılması vacib hesab olunurdu.

Ardını oxu...

Dünən Babək rayonunda “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni Babək Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elyar Qasımov açaraq rayonda fəaliyyət göstərən bələdiyyələrə dövlət qayğısından danışıb. Qeyd olunub ki, rayonda bələdiyyələrin fəaliyyəti üçün normal iş şəraiti yaradılıb, bu qurumların əksəriyyəti yeni binalarda yerləşdirilib. Bunun müqabilində bələdiyyə üzvləri məsuliyyətlərini dərindən dərk etməli, fəaliyyətlərində fəallıq göstərməlidirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zaman­ovun “Yerli özünüidarəetmə orqanlarında qanunvericiliyin tələblərinə riayət olunması və bələdiyyə qərarlarının qəbul edilməsi proseduru”, Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun “Bələdiyyə iclasının çağırılması və əhali ilə görüşün təşkili qaydalarının tənzimlənməsi”, Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Bələdiyyə fəaliyyətinin təşkilində kargüzarlığın rolu və bu sahəni tənzimləyən qanunvericilik” mövzularında məruzələri dinlənilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda 165-ci məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin bəşər tarixindəki nadir tarixi şəxsiyyətlərdən, fenomenal zəkaya, dərin siyasi təfəkkürə, yüksək erudisiyaya malik görkəmli siyasi xadim olduğunu bildirmiş, Azərbaycanın müstəqillik tarixində, müasir inkişafında misilsiz rol oynadığını vurğulamışdır. Rektor ümummilli liderin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar qarşıda duran vəzifələrdən, keçiriləcək çoxsaylı tədbirlərdən bəhs etmişdir.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Yusif Hüseynov mövzu ilə bağlı məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, müstəqil Azərbaycanın milli mənafeyə əsaslanan, tarazlaşdırılmış, sülhsevər xarici siyasəti böyük uzaqgörənliklə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Azərbaycanın suverenliyinin, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dünya dövlətləri ilə siyasi münasibətlərin, iqtisadi-mədəni əlaqələrin bugünkü inkişafı məhz bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Belə ki, ölkəmiz bu gün BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi bir çox nüfuzlu beynəlxalq təşkilatların, eləcə də BMT Təhlükəsizlik Şurasının üzvüdür.
Məşğələnin sonunda görkəmli dövlət xadimi Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Xəbərlər şöbəsi

Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu.
Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə Şahbuz rayonunda yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələrə həsr olunmuş seminar-müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin əməkdaşı İmran Məmişov açaraq tədbirin keçirilməsinin məqsədi barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov “Yerli özünüidarəetmə orqanlarında qanunvericiliyin tələblərinə riayət olunması və bələdiyyə qərarlarının qəbul edilməsi proseduru” mövzusunda məruzə etmişdir.

Ardını oxu...

Dünən Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası” mövzusunda açıq dərs keçilmişdir.
Dərsdə məktəbin tarix müəllimi Zeynəb Quliyeva şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyası nəticəsində ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında əldə olunan uğurlar haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın bugünkü inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir. Ulu öndər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Ümummilli liderimizin ölməz ideyaları Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün ölkəmizi sürətlə irəli aparır.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Biz Heydər Əliyev ideyalarına sadiq yaradıcı gənclərik” mövzusunda tədbir keçirilib.
Muxtar respublika Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə mərkəzin foyesində istedadlı gənc­lərin yaradıcılığına həsr edilən sərgi ilə tanış olublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, Azərbaycanda gənclərimizə göstərilən hərtərəfli diqqət və qayğı günü-gündən daha da artır. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənc nəslə qayğını həmişə ön plana çəkib. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ümummilli liderimiz gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Ulu öndərimizin təməlini qoyduğu dövlət gənclər siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni bir mərhələyə qədəm qoyub.

Ardını oxu...

Uzun illərdir ki, dahi şəxsiyyət Heydər Əliyevin nəsil şəcərəsi ilə bağlı araşdırmalar aparır və Azərbaycanın dövri mətbuatında yazılar dərc etdiririk. Ümummilli lider Heydər Əliyev haqqında onun uşaqlıq və gənclik dostlarının, qohumlarının, eləcə də onu yaxından tanıyan insanların xatirələrini toplamışıq. Bunları yubiley ərəfəsində çap etdirməyi nəzərdə tutmuşuq. Çünki əvvəlki yazılarımızı çox maraqla qarşılayan oxucuların bizə xeyli müraciətləri olub. Onlar Əliyevlər ailəsində himayəyə götürülən, böyüyən, tərbiyə və təhsil alan uşaqların sonrakı taleləri ilə maraqlanırlar. Oxucuların bu arzusunu nəzərə alaraq, həmin ailədə böyüyən qohum uşaqlarından biri – xeyirxah insan, bacarıqlı kəşfiyyatçı Rzaqulu Hüseyn oğlu Quliyev və onun bacısı Humay xanım haqqında, daha doğrusu, onların çətin, mənalı həyat yollarından, azacıq da olsa, söhbət açmaq istəyirik.

Rzaqulu Hüseyn oğlu Quliyev 1915-ci ilin sentyabrında Zəngəzur mahalında (qohumlarının dediyinə görə, Şıxlar kəndində) anadan olub. Bacısı Humay xanım isə 1913-cü ildə dünyaya göz açıb. Erməni daşnaklarının 1918-ci ildə Zəngəzur mahalında törətdiyi vəhşi­liklər nəticəsində Hüseyn kişinin də ailəsi qaçqınlıq ömrü yaşayıb. Hüseyn Quliyevin igid qardaşı 23 yaşlı Heydər bu döyüşlərdə həlak olub. Bu amansız döyüşlərdə kiçikyaşlı Humay və Rzaqulu ataları Hüseyni və anaları Zərifəni də itiriblər. Ulu öndər Heydər Əliyevin bacısı Şəfiqə xanım “Mənim anam” kitabında yazır: “Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il anam bacı-qardaşlarının sağ olub-olmamasından xəbər tuta bilməyib. Bir gün isə ona qardaşı övladlarının sağ olması xəbərini verirlər. Özü nəql edirdi ki, qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim. Məsmə, Səkinə, Rzaqulu, Humay... Onlar anam üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idilər”. Yalnız aradan 15 il keçəndən sonra anası (İzzət xanım – müəllif) öz qardaşı uşaqlarını – Məsməni, Səkinəni, Rzaqulunu, Humayı... axtarıb tapdı. İzzət xanım qardaşı uşaqlarını öz böyük ailəsinə qəbul etdi. Kimsəsiz qalan bu uşaqlar Əlirza Əliyevin və İzzət xanımın himayəsinə sığındılar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən Babək rayonunun Sirab kəndində tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd sığortanın əhali arasında təbliğ olunması, sığorta maarifçiliyinin inkişafı və sığortaya olan etimadın artırılması, sığorta növləri haqda iştirakçıların maarifləndirilməsi olub.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev açaraq sığorta maarifçiliyinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkə iqtisadiyyatının, sənayesinin, kənd təsərrüfatının inkişafı, əhalinin maddi rifahının gündən-günə yaxşılaşması sığorta işinin inkişafına əsaslı zəmin yaradır. Bu məqsədlə əhalidə daha dolğun sığorta təminatı yaratmaq üçün onlara müxtəlif növ sığorta xidməti göstərilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Sədi İsmayılov çıxışında sığortanın əhəmiyyəti, icbari və könüllü sığortaların mahiyyəti, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, fərdi qəza sığortası, ev əmlakının sığortası və digər sığorta növləri barədə tədbir iştirakçılarına məlumat verib.
Babək Rayon Dövlət Sığorta Agentliyinin direktoru İlkin Orucov çıxış edərək rayonda sığorta sahəsində görülən işlərin mahiyyətindən, sığortanın iqtisadi və sosial əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu gün muxtar respublikada təbii fəlakətlər və gözlənilməz fəsadlar nəticəsində əhaliyə dəyən zərərin ödənilməsinə təminat verə bilən təşkilatlardan biri sığorta qurumlarıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HÜSEYNOV

Bu gün dünyada qloballaşma proseslərinin sürətləndiyi bir dövrdə dünya xalqlarının sülh və qardaşlıq şəraitində yaşaması, dünya xalqları arasında qarşılıqlı faydalı əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Artıq beynəlxalq münasibətlər özünün inkişaf mərhələsində elə bir səviyyəyə gəlib çatmışdır ki, təkcə ayrı-ayrı ölkələr arasında deyil, müxtəlif ölkələrin regional idarəçilikləri arasında əlaqələrin inkişafı labüddür və bu proses dünya xalqları arasında əlaqələrin daha da sıxlaşmasına şərait yaradır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ölkəmizin müəyyən olunmuş vahid xarici siyasət xəttinə uyğun müxtəlif ölkələrin regionları ilə iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrini genişləndirir.

Hələ XX əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan xalqımızın ümummilli lideri Heydər Əliyev muxtar respublikamızın həmsərhəd ölkələrlə, bu ölkələrin ayrı-ayrı regionları ilə əlaqələrinin inkişaf etdirilməsini vacib məsələ kimi dəyərləndirmişdir. O zaman Türkiyə və İran İslam Respublikası ilə əlaqələrin qurulması sayəsində Naxçıvan Muxtar Respublikasını blokada şəraitində düşdüyü ağır vəziyyətdən çıxarmaq mümkün olmuşdur.

Ardını oxu...

Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltməkdir.
Müasir dövrdə bəşəriyyət öz təsərrüfat fəaliyyəti ilə ətraf mühitin tarazlığını pozmaqla təbii fəlakətlərin təkrarlanmasını, gücünü və miqyasını artırır. Təkcə son 10 ildə təbii fəlakətlərin sayı 3 dəfə, iqtisadi itkilər isə 9 dəfə artmışdır. Bu mənada dünyanın 50-dən artıq ölkəsinin daxil olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatı ən mürəkkəb fövqəladə hallarda cəmiyyətə yardım göstərir, əhatə etdiyi ölkələrdə mühafizə xidmətini inkişaf etdirir, mülki müdafiə təlimləri keçirir, bu sahədə tədqiqat işləri aparır və mülki müdafiə üzrə kadrlar hazırlayır. 1993-cü ildən bu nüfuzlu qurumun üzvlüyünə qəbul edilən Azərbaycan Respublikası təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Şübhəsiz ki, bu, ölkəmizin beynəlxalq nüfuzuna, dünyanın inkişaf etmiş dövlətlərində mühafizə sahəsində əldə olunmuş qabaqcıl təcrübəyə yiyələnməsinə, mülki müdafiənin maddi-texniki bazasının möhkəmləndirilməsinə müsbət təsir göstərmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Tibb Kollecinin tələbələrinin iştirakı ilə açıq dərs keçilib. Açıq dərsdə kollecin tarix müəllimi Rəna Vəliyeva tələbələrə ümummilli liderimiz Heydər Əliyevin milli-tarixi yaddaşımızın bərpasındakı əvəzsiz xidmətlərindən danışıb.
Bildirilib ki, XX əsrdə xalqımızın yetişdirdiyi ən böyük tarixi şəxsiyyət – ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir.
Ulu öndərimiz Azərbaycan xalqının tarixində şanlı səhifələr açmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 40 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Ümummilli lideri­miz Heydər Əliyevin təməlini qoyduğu Azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Açıq dərs zamanı tələbələrin diqqətinə çatdırılıb ki, xalqları dünya miqyasında tanıdan, məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi-mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynamış fenomenal tarixi şəxsiyyətləridir. Məhz belə fenomenal şəxsiyyətlərin müəyyənləşdirdiyi mütərəqqi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun beynəlxalq aləmdə özünəlayiq yer tutmasını təmin edir. Bu mənada ulu öndərin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi. Məhz bu istəklə dövlətimizin gələcəyi üçün misilsiz əhəmiyyəti olan böyük layihələrin, nəhəng işlərin təməli qoyulmuşdur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Səbuhi HÜSEYNOV

Sual: İcra hərəkətlərinin həyata keçirilməsi yeri və vaxtı qanun­vericilikdə necə tənzimlənir?
Cavab: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd olunur ki, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir.
Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.
İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer, yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə, yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-sı saat 1700-da Azərbaycan Respublikasının bütün ərazilərində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dünən Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, nəqliyyat dayanmış, avtomobillərdən səs siqnalları verilmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə Culfa rayonunun Əbrəqunus kəndində “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Kənd mərkəzində keçirilən tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlil Ağayev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov “Yerli özünü­idarəetmə orqanlarında qanunvericiliyin tələblərinə riayət olunması və bələdiyyə qərarlarının qəbul edilməsi proseduru” mövzusunda məruzə edib.
Məruzəçi yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların müntəzəm olaraq təkmilləşdirilməsindən danışıb, ölkə Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Bələdiyyələrin Nümunəvi Reqlamenti”nin onların fəaliyyətinin qanunauyğun təşkilində müstəsna əhəmiyyətini qeyd edib.

Ardını oxu...

Xocalı soyqırımı xalqımıza qarşı bir neçə əsr əvvəl başlanan və həyata keçirilən erməni təcavüzünün davamı və tərkib hissəsidir. Həmin faciənin törədilməsi ilə yüzlərlə soydaşımız qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Xocalının qəhrəman və fədakar sakinləri düşmən qarşısında mənən sınmamış, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərmişlər.
Dünən muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə Xocalı soyqırımına həsr olunmuş bir dərs saatında həmin qanlı faciə bir daha xatırlanmış, bu barədə tələbə, kursant və şagirdlərə ətraflı məlumat verilmişdir. Dərslərdə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsindən də ətraflı bəhs olunmuş, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmışdır.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universiteti Tələbə- Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilib. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açıb.
Naxçıvan Dövlət Universiteti Tələbə- Gənclər Təşkilatının sədri, magistrant Arzu Abdullayev, Tələbə-İnformasiya Mərkəzinin sədri Qönçəxanım Bayramlı çıxış edərək internet aksiyasının keçirilməsinin məqsədi haqqında məlumat veriblər.
Sonra internet aksiyasına başlanılıb. Aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlarla xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər. Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdırmaq idi. Qeyd edək ki, internet aksiyası zamanı Azərbaycan həqiqətlərini əks etdirən məlumatlar 100-dən çox ölkənin 350-yə yaxın elektron poçt ünvanına göndərilib. Universitetdə təhsil alan Nigeriya, Cənubi Koreya, Banqladeş və qardaş Türkiyədən olan tələbələr aksiyada fəal iştirak ediblər.

Xəbərlər şöbəsi

Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açmışdır.
“Xocalı faciəsi insanlığın faciəsidir” mövzusunda məruzə edən Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Həsənəli Eyvazlı bildirmişdir ki, Xocalı faciəsi XX əsrin sonunda Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdəndir. Etnik təmizləmə, soyqırımı həyata keçirmək məqsədini hədəf almış erməni vandalları Xocalıda qoca, qadın, uşaq demədən heç kimə aman verməmiş, hətta cəsədləri belə, təhqir etməkdən çəkinməmişlər. O zamankı Azərbaycan rəhbərliyi bu faciənin dünya ictimaiyyətinə çatdırılmasına laqeyd qalmış, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti sayəsində misli görünməmiş bu faciə dünya birliyində tanıdılmışdır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası institut ərazi ilk təşkilatının sədri Tamara Baxşəliyeva vurğulamışdır ki, bu gün dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Xocalı faciəsi bir çox dünya dövlətləri tərəfindən tanınır. Belə ki, bir sıra ölkələrin parlamentlərində bu soyqırımının səbəbləri və nəticələri müzakirə olunmuş, Xocalı faciəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi növbəti faciə kimi qiymətləndirilmişdir.

Xəbərlər şöbəsi

Fevralın 25-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna “Qurani-Kərim”dən ayələr oxunmuş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov çıxış edərək demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və döyüş texnikasının iştirakı ilə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə divan tutulmuşdur. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları Xocalı soyqırımını əks etdirən fotostendlərə, kitab və qəzet materialları əsasında hazırlanmış sərgiyə baxmışlar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Baş konsul Əli Əlizadə erməni millətçilərinin tarix boyu Azərbaycanda ağır hərbi cinayətlər törətdiklərini diqqətə çatdıraraq demişdir ki, xalqımız dəfələrlə xain düşmən tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalmış, doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inkişaf yolu” mövzusunda məruzə edib.
Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin gömrük işi sahəsində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi Ali Məclisin 1992-ci il 24 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılıb. O dövrdən muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.
2001-ci ildə Naxçıvan Şəhər Gömrük İdarəsinin və 2004-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin yaradılması nəticəsində muxtar respublika gömrük orqanlarının strukturu daha da genişlənib, gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla, 2007-ci ildə Culfada, 2009-cu ildə isə Şahtaxtıda müasir gömrük kompleksləri tikilib. Ötən il mayın 30-da isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleks istifadəyə verilib. Kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, kinoloji xidmət yaradılıb, müasir rentgen qurğuları quraşdırılıb. Yüksək standartlara cavab verən gömrük laboratoriyasında genidəyişdirilmiş malların təyini və mikrobioloji analizlərini aparmaq mümkündür.

Ardını oxu...

Dünən 26 fevral Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Ordubad rayon Gənzə kənd tam orta məktəbində “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının birgə təşkil etdiyi tədbiri məktəbin direktoru Nazim Nəcəfov açmışdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Mirməcid Seyidov tədbirdə çıxış edərək bildirmişdir ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. O dövrdə bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görülməmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir.

Ardını oxu...

Xocalıda məshəti türkləri də soyqırımına məruz qalıb

İnsanların, xalqların bir-biri ilə qarşılıqlı münasibətlərini zaman, tarix və məkan formalaşdırır. Təbii-tarixi xüsusiyyətlərinə, psixoloji durumuna görə insanlar və millətlər bir-biri ilə münasibət qurmağa, qarşılıqlı əlaqələrə möhtacdırlar.
Qafqaz tarixin bütün dövrlərində çoxmillətli region olmuşdur. Təsadüfi deyildir ki, XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış məşhur rus tarixçisi və jurnalisti Vasili Lvoviç Veliçko “Qafqaz: rus işi və tayfalararası məsələlər” əsərində yazırdı: “Qafqaz müstəqil nəticələr çıxarmaq üçün müşahidəçiyə və tədqiqatçıya geniş meydan verən, hər cür təbii laboratoriyalara malik böyük bir akademiyadır”. Qafqazın və bu regiona qonşu olan Türkiyə və İran kimi dövlətlərin gələcək təhlükəsizliyini təhdid edən erməni şovinizmi isə getdikcə daha da azğınlaşmaqdadır.
XIX əsrə qədər türklərin torpaqlarında, türklərin himayəsində təhlükəsiz və firavan yaşamış erməni millətçilərinin “böyük Ermənistan” xülyası və terrorizmi təkcə Türkiyə və Azərbaycan türklərini hədəfləməyib. Bu gün məzlum millət obrazı yaradaraq dünyanın hegemon dövlətlərinin himayəsinə sığınan ermənilər hələ XI əsrdə elə eyni tərzdə səlcuqlu türklərinə sığınmışdılar. İnkaredilməz faktdır ki, ermənilərin müxtəlif xarici dövlətlərin, din və məzhəblərin təzyiq və zorakılığından qurtulmaları, özləri müstəqil bir dövlət olmasa da, müstəqil və güclü bir dövlətin daxilində bərabərhüquqlu təbəə kimi yaşamaları məhz türk-səlcuqlar dövründən başlamışdır.

Ardını oxu...

Havaların soyuq keçməsinə baxmayaraq, Sədərəkdəki “N” hərbi hissədə xidmət öz axarı ilə davam edir. Burada müəyyən edilmiş qaydalara əməl olunmaqla şəxsi heyət döyüş hazırlığı planında nəzərdə tutulan tədbirləri ardıcıllıqla yerinə yetirir. Ermənistan silahlı bölmələri ilə üzbəüz mövqelərdə döyüşçülərimiz gecə-gündüz həmin hüdudların keşiyində ayıq-sayıq dayanır, məkrli düşmənin təxribatlarının qarşısını məharətlə alırlar.
– Əslində, döyüş bölgəsində irəlidə, yaxud arxada olmaq məfhumu bir qədər nisbi mahiyyət kəsb edir,– zabit Sərxan Qasımov bildirir. Deyir ki, ön xətdə hansısa bir hadisə baş verərsə, nisbətən arxadakı qüvvələr dərhal ön xəttə çıxmağa hazır olmalıdırlar. Şəxsi heyət tərəfindən xidmət qaydasında aparılır. Bölmələrimiz döyüş hazırlıqlarını günbəgün artırırlar.
Zabit S.Qasımov onu da qeyd etdi ki, Sədərək döyüş bölgəsindəki nizam-intizam, döyüş hazırlığı yüksək səviyyədədir. 2008-ci ildə inşa olunmuş tabor mərkəzi üçün binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait vardır. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydər­abad qəsəbəsində 15 zabit ailəsi üçün 8 ikimərtəbəli bina da tikilmişdir.

Ardını oxu...

“Xocalı faciəsi ərəfəsində ölkə­də yaranmış ağır ictimai-siyasi durum, 366-cı alayın erməni quldurlarına dəstək verməsi və qırğınların törədilməsində birbaşa iştirak etməsi bu qətliamın daha dəhşətli xarakter almasına səbəb olmuşdur”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda elmi konfransda səsləndirilib. Konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq XX əsrin ən dəhşətli soyqırımı aktlarından biri olan Xocalı faciəsinin səbəbləri və Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Xocalı faciəsi ərəfəsində Azərbaycanda vəziyyət”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov “Xocalı faciəsi: tarixi, səbəbləri və dərsləri”, direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə “Xocalı faciəsinin siyasi və milli mahiyyəti”, şöbə müdiri, dosent Emin Şıxəliyev “Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı soyqırımların tərkib hissəsi kimi”, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Xocalı qəhrəmanları” mövzularında elmi məruzələrlə çıxış ediblər.

Ardını oxu...

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı insanlıq əleyhinə yönəlmiş ağır cinayətdir

Ulu öndər Heydər ƏLİYEV: Xocalı faciəsi xalqımızın, millətimizin tarixində qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Azərbaycan xalqının XIX və XX əsrlər tarixində faciəli hadisələr çoxdur. Bu qanlı hadisələrin əksəriyyəti insan mənəviyyatından uzaq iyrənc bir ideologiyanın əsirinə çevrilmiş, türk düşməni olan ermənilər tərəfindən törədilmişdir. XIX əsrdə məqsədli şəkildə Qafqaza yerləşdirilmiş ermənilərin türkə və müsəlmana nifrət psixologiyasından regionda maraqları olan işğalçı qüvvələr zaman-zaman istifadə etmişlər. Azərbaycan xalqı həmişə öz istiqlalına can atanda, müstəqilliyi uğrunda mübarizə aparanda bədxah qüvvələr ermənilərdən bir vasitə kimi istifadə etmiş, Azərbaycanda soyqırımı və deportasiya siyasətini həyata keçirmişlər. Ötən əsrin əvvəllərində Azərbaycan öz istiqlalı uğrunda mübarizəyə qalxanda kütləvi qırğınlar törədilmiş, Bakıda və ölkəmizin digər şəhərlərində xalqımız soyqırımına məruz qalmışdır. Tarix XX əsrin sonunda da təkrar olunmuş, xalqımız özünün istiqlal mübarizəsində 20 Yanvar faciəsini yaşamalı olmuş, bundan iki il sonra törədilən Xocalı soyqırımı qan yaddaşımıza əbədi həkk olunmuşdur.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatı Çalxanqala kəndində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Mərasim iştirakçıları əvvəlcə iclas zalının foyesində təşkil edilmiş Xocalı dəhşətlərini əks etdirən fotosərgiyə baxmışlar.
Tədbiri giriş sözü ilə partiyanın rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov açmışdır. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Fazil Abbasov mərasimin Çalxanqala kəndində keçirildiyinin heç də təsadüfi olmadığını bildirmişdir. Qeyd etmişdir ki, bu kəndin sakinlərinin çoxu erməni zülmünün, erməni vəhşiliyinin canlı şahidləridir. Çalxanqalada Qərbi Azərbaycan torpaqlarından – öz dədə-baba yurdlarından zorla çıxarılmış 45 qaçqın və məcburi köçkün ailəsi yaşayır.
Fazil Abbasov Xocalı soyqırımından, ermənilərin azərbaycanlılara qarşı digər vəhşiliklərindən danışmışdır. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının Xocalının dinc sakinlərini – qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirməsindən, faciənin səbəb və nəticələrindən ətraflı bəhs etmişdir.
Natiq vurğulamışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi mümkün olmuşdur.

Ardını oxu...

Ordubad rayonunun Aza kənd tam orta məktəbində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Təvəkkül Məmmədov açaraq məktəblilərin Vətənə sədaqət ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətindən danışıb, Azərbaycan xalqına qarşı mənfur ermənilərin zaman-zaman davam edən əsassız torpaq iddialarından bəhs edib.
Məktəbin tarix müəllimi Ramiz Səfərov çıxışında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin ölkəmizin ən füsunkar bölgələrindən biri olan Xocalıya hücumunun məqsəd və mahiyyətini açıqlayaraq bildirmişdir ki, kökü bəlli olmayan ermənilərin gözləri həmişə yeraltı və yerüstü sərvətlərlə zəngin olan torpaqlarımıza dikilib. Ayrı-ayrı vaxtlarda arxalarında duran hamiləri sayəsində bəzi torpaqlarımızın zəbt edilməsinə nail ola biliblər. Xocalı da bu mənfur planın qurbanına çevrilib. Həmin soyuq qış günündə yüzlərlə Xocalı sakini ölümü şərəfsiz yaşamaqdan üstün tutub. Məğlubedilməzliklərini şəhid olmaqla göstəriblər.
Bildirilib ki, o vaxtkı hakimiyyət Xocalı sakinlərinə köməklik göstərməkdənsə, bu hadisəni bir neçə gün gizli saxlayıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışından sonra bu faciə öz hüquqi qiymətini alıb. Bu gün ölkə başçısı cənab İlham Əliyev itirilmiş torpaqlarımızın geri qaytarılması yönündə davamlı tədbirlər görür. Xocalı sakinlərinin qanı yerdə qalmayacaq.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Dilrubə NOVRUZOVA

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “Xocalı faciəsi bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir” adlı anım tədbiri keçirilmişdir. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan mərkəzin əməkdaşı Ceyhun Həsənov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərdən danışmış, tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, erməni işğalçıları tərəfindən Xocalıda qadın, uşaq, qocalar da daxil olmaqla, yüzlərlə insanın amansızcasına qətlə yetirildiyini iştirakçıların diqqətinə çatdırmışdır. Vurğulanmışdır ki, Xocalı soyqırımı bütün insanlığa qarşı edilmiş bir cinayətdir və bu soyqırımı törədənlər tarix və ədalət qarşısında cavab verməlidirlər.
Sonra Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Dilrubə NOVRUZOVA

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Özəl Universitetinin tələbələrinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu tədbir ümummilli liderimizin 90 illik yubileyi ilə əlaqədar təşkil edilib.
Konfransı giriş sözü ilə Naxçıvan Özəl Universitetinin prorektoru Əli Yusifov açaraq məruzə edib.
Qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz işıqlı obrazı yaşayır.
Xilaskarlıq missiyası ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik ulu öndərimiz Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə, yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir. 1982-87-ci illərdə fövqəldövlət olan keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi ən çətin və mürəkkəb sahələrə nəzarət edən ümummilli liderimiz müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtəolunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazanmış, Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış siyasi liderlərinin, kütləvi informasiya vasitələrinin daim diqqət mərkəzində olmuşdur.

Ardını oxu...

Bəşər tarixində kütləvi insan tələfatları çox olub. Bunları başvermə səbəblərinə görə müxtəlif kateqoriyalara ayırmaq mümkündür: təbii fəlakətlərin qurbanları, müharibə qurbanları, soyqırımı qurbanları. Təbii fəlakətlər nəticəsində həlak olanlara insan üzülür, kədərlənir, ancaq düşmənçilik, nifrət duyğusu yoxdur. Bu hadisədə kimi məsul tutacağımızdan söhbət gedə bilməz; müharibə hər hansı bir dövlətin və ya dövlətlərin, hətta şəxslərin imperialist siyasətinin, maraqlarının təzahürüdür. Ancaq müharibənin də öz qanunları var; lakin sivil insanlara qarşı güc tətbiq etmək, əliyalın insanları qətlə yetirmək, qoca, cavan, qadın, uşaq demədən insanları soyqırımına məruz qoymaq artıq müharibə deyil, insanlıqdan kənar bir hərəkətdir. Burada insanlar dil, din, milliyyət, soykök amilləri nəzərə alınaraq qətlə yetirilirlər. 1992-ci ilin 26 fevralında Xocalıda baş verənlər bunun ən bariz nümunəsidir.

Şübhəsiz ki, bu faciə zamanı törədilən vəhşilikləri sözlə təsvir etmək mümkün deyil. Ailələrin tamamilə məhv edilməsi, insanların diri-diri yandırılması, öldürülən azərbaycanlıların cəsədlərinin belə,­ ­­­­­­­­­­­­ təhqir olunması, insanların dərisinin soyulması, azyaşlı uşaqların başlarının kəsilməsi, hamilə qadınların qarınlarının süngülərlə deşilib bətnlərindən körpələrin çıxarılması – ümumiyyətlə, belə faktlar erməni faşizminin əlamətləridir.

Ardını oxu...

Daim Vətən üçün mübarizə aparmağa, bu yolda canından keçməyə hazır olan Milli qəhrəmanlarımızı xatırladıqca sanki xalqımızın varlığını əks etdirən bütöv qəhrəmanlıq tariximizi vərəqləyir, mənəvi kamilliyin fövqünə qalxırıq. Qəhrəmanlarımızın həyat yolu, mənəvi keyfiyyətləri ibrətə, örnəyə çevrilir, mənəvi inkişafımızda böyük rol oynayır, cəmiyyətə fayda gətirir və nəticədə, Qəhrəmanlıq doğurur. Hörmətli oxucular! Rubrikamızın bu sayında iki Milli Qəhrəmanımız – Əmiraslan Əliyev ilə Kərim Kərimovun keçdikləri şərəfli həyat yoluna, eyni zamanda şəxsi şücaətlərinə, fədakarlıqlarına və qəhrəmanlıqlarına nəzər yetirəcək, qəhrəmanlıq tariximizə faktların gözü ilə baxacağıq:

Əliyev Əmiraslan Rza oğlu

30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967-77-ci illərdə Naxçıvan şəhər 1 nöm­rəli orta məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra 1977-79-cu illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdir. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna Respublikasında xidmət etmiş, hərbi xidmətini Polşada başa vurmuşdur. 1981-82-ci illərdə Naxçıvan Şüşə Qablar Zavodunda, 1982-92-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə işləmişdir. İstehsalatda çalışmaqla yanaşı, təhsilini də davam etdirməyi unutma­mışdır. 1982-87-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirmişdir.
1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağırılmışdır. O, bir sıra məsul vəzifələrdə çalışmış, qarşısında duran vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Nümunəvi xidmətinə görə baş leytenant Əmiraslan Əliyev qərargahın baş zabiti kimi yüksək vəzifəyə təyin olunmuşdur.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı Aralıq kəndində Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev bildirmişdir ki, Xocalı soyqırımı insanlıq tarixində bəşəriyyət əleyhinə törədilmiş ən amansız və qanlı faciələrdən biridir. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərinin sakinləri bir neçə ay ermənilərin mühasirəsində qalaraq böyük əzab və məhrumiyyətlə yaşamışlar. Fevralın 25-dən 26-na keçən gecə isə erməni quldurları keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının köməyilə gözlənilmədən şəhərə hücuma keçmiş, 7 min nəfər əhalisi olan şəhəri yerlə-yeksan etmişlər. Qarlı-boranlı qış gecəsində dinc şəhər sakinlərinə amansız divan tutulmuş, günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törədilmişdir.

Ardını oxu...

Şərur rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Kərim Kərimov adına Qarahəsənli kənd tam orta məktəbində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirə toplaşanlar əvvəlcə Kərim Kərimovun məktəbin həyətində ucaldılan büstü önünə tər gül dəstələri düzüblər. Məktəbin direktoru İbrahim Əhmədov Milli Qəhrəmanın adını daşıyan təhsil ocağının keçdiyi şərəfli yola nəzər salaraq pedaqoji kollektivin Vətən üçün layiqli gənclər yetişdirdiyini bildirib:
– Cəmi 21 illik ömür yolu keçmiş məzunumuz Kərim Kərimov torpaqlarımızın azadlığı və bütövlüyü, müstəqilliyimizin daimi və əbədiliyi uğrunda şəhid olub.
1992-ci il may ayının 18-də məktəbin daha bir məzunu – 19 yaşlı Muxtar Məmmədov da Sədərək döyüşlərində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Sözsüz ki, hər iki igidin gənclərə örnək olan ömür yolu barədə oxuduqları təhsil ocağında bu kimi tədbirlərin keçirilməsinin məqsədi düşmən üzərində qələbəyə inamı artırmaqdır. Hər iki igid və cəsur Vətən oğlunun şərəfli ömür yolunun təbliği gənc nəslin torpağa bağlılıq hissinin yüksəldilməsində də vacib amillərdəndir.

Ardını oxu...

Ulu öndər Heydər ƏLİYEV: Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə  danışmağımla fəxr edirəm.

YUNESKO-nun 1999-cu ildə qəbul etdiyi qərara əsasən, hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
Tarixin ayrı-ayrı dövrlərində Azərbaycan dili dövlət dili kimi işlənmiş, geniş məkanda ünsiyyət vasitəsinə çevrilmişdir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə, milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Azərbaycan dili öz ifadə imkanlarının zənginliyi, səs tərkibinin səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir.
Dilimizin müasir dövrdə beynəlxalq münasibətlər sisteminə yol açması, dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”, – deyən ümummilli lider Sovetlər Birliyi dövründə dil siyasətinə mühüm əhəmiyyət vermiş, 1970-ci illərdən etibarən Azərbaycan dilinin tarixi elmi şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Sovet imperiyası dövründə ümummilli liderimiz böyük cəsarət göstərərək Azərbaycan ədəbi dilinin qorunması və inkişafına xüsusi diqqət yetirmiş, ana dilimizin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuş, hətta keçirilən mötəbər tədbirlərdə Azərbaycan dilində çıxış edərək doğma dilinə sonsuz məhəbbətini bir daha nümayiş etdirmişdir. Bir sözlə, Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı ölkə­mizin keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, ötən əsrdə SSRİ Elmlər Akademiyasının “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.

Ardını oxu...

Dünən Ordubad rayonunda “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov açaraq rayonda bələdiyyələrə göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanovun, Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun, Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun məruzələri dinlənilib.
Məruzələrdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə “Bələdiyyələrin nümunəvi reqlamenti” təsdiq edilib. Reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR