22 Dekabr 2024, Bazar

Dünən 26 fevral Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Ordubad rayon Gənzə kənd tam orta məktəbində “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının birgə təşkil etdiyi tədbiri məktəbin direktoru Nazim Nəcəfov açmışdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Mirməcid Seyidov tədbirdə çıxış edərək bildirmişdir ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. O dövrdə bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görülməmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir.

Tədbirdə Gənzə kənd tam orta məktəbinin tarix müəllimi Xoşbəxt Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının Ordubad rayon şöbəsinin sədri Raqib Baxşıyev, Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Rafiq Bayramov çıxış edərək bildirmişlər ki, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.
Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirir.
Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR