22 Dekabr 2024, Bazar

Heydər Əliyev Muzeyində ümummilli liderimizin 90 illik yubileyi münasibətilə keçilən açıq dərslər və ekskursiyalar davam etdirilir.
Dünən Naxçıvan Musiqi Kollecinin tələbələri Heydər Əliyev Muzeyində olub, açıq dərsdə iştirak ediblər.
Dərsdə kollecin tarix müəllimi Akif Bağırov ulu öndərimizin ictimai-siyasi fəaliyyəti haqqında danışıb. O bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti müstəqil Azərbaycanın bütün vətəndaşları üçün əsl həyat məktəbi, xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir. Ümummilli lideri­mizin həyatı və zəngin dövlətçilik fəaliyyəti Azərbaycanın inkişafı ilə sıx şəkildə bağlıdır. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn ulu öndərimiz sosial-iqtisadi böhran keçirən, geridə qalan Azərbaycanı qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər, elm, təhsil, səhiyyə, mədəniyyət, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə görülən işlər XX əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etməsinə şərait yaradıb. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır.

1969-cu ildə əsası qoyulan dirçəliş və inkişaf strategiyası nəticəsində yaranmış böyük iqtisadi potensial XX əsrin 80-ci illərinin sonundan başlayaraq dağıdılıb bərbad hala salınsa da, 1993-cü ildən sonra yenə müdrik rəhbərin böyük iradəsi və səyləri ilə bərpa edilib. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarıb. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz ümummilli liderimiz təlatümlər burulğanından xilas edib, möhkəm ictimai-siyasi sabitlik yaradıb, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxarıb. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmayacaqdır.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də Azərbaycanın yoluna nur saçır, xalqımızı xoşbəxt gələcəyə səsləyir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ümummilli liderimizin siyasi kursu Azərbaycan Prezidenti tərəfindən daha da zənginləşdirilərək XXI əsrin mükəmməl dövlətçilik təliminə çevrilib. Bu gün böyük dövlət xadimi Heydər Əliyevin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır.
Açıq dərsdən sonra kollecin tələbələri dahi rəhbərin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

S.HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR